“Ulduz” jurnalının iyul sayı çap olundu
02.08.22

"Ulduz" jurnalının iyul sayı işıq üzü görüb. 

Dərgi Cəlil Cavanşirin "Özüylə söhbəti" və "Gənc şairin dilemması" adlı hekayəsi ilə açılır. "Şeir vaxtı" rubrikasında Gülay Tahirli, Təvəkgül Boysunar, Adilə Nəzər, Rüfət Vahidov, Sabir Yusifoğlu, Qədiməli Əhməd, Elmar Vüqarlı və Güləmail Muradın poeziya nümunələrinə,   eləcə də "Debüt"də  gənc şair Azər Ərzinin şeirlərinə yer verilib. 

Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi "Qısa fikirlər xəzinəsi"ni Ralf Emerson, Mark Tven, Bernard Şou, Jül Renar, Ayzek Azimov və Rey Bredberinin  kəlamları bəzəyir. Filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının "Yazı həm də xilas yoludur" başlıqlı yazısı Taleh Mansurun "Cənnətlik günah" adlı hekayələr kitabından yadda qalan təəssüratları əhatə edir. Nəsrsevərlər Elşən Əzimin "Pəncərə" və "Rəqiblər", Məmməd Məmmədlinin "Arafın dərin qatlarında", Günel Mehrinin "Xoşbəxtlik iksiri" hekayələrini oxuya biləcəklər. Mina Rəşidin "Böyük insan" yazısında görkəmli maarifçi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ömür və yaradıcılıq yoluna nəzər salınır. Dərginin redaksiya heyətinin üzvü Rəsmiyyə Sabirin “Beynəlxalq dərgilər sərgi-yarmarkarasının təəssüratları" sərlövhəli yazısı 8-12 iyun aralığında İstanbulda keçirilmiş sərgi-yarmarkasından bəhs edir. 

Qeyd edək ki, müəllif sözügedən sərgi-yarmarkada "Ulduz" jurnalını təmsil edib. Dramaturq Əli Əmirlinin ənənəvi "Ustad dərsləri"nin növbəti mövzusu "Dramaturq və tənqid"dir. Mətanət Vahidin "Oğurlanmış sözlər" tənqidi essesi ədəbiyyatda təqlid və plagiat probleminə işıq tutur. "Tərcümə saatı"nda Əkbər Rzayevin çevirməsində Amerika yazıçısı Hovard Fillips Lavkraftın "Ultarın pişikləri" hekayəsi təqdim edilib. Mustafa Çəmənlinin "Ötən günlərdən səhifələr" başlıqlı xatirə yazısı Xurşidbanu Natəvanın 190 illik yubileyinə yazıçı töhfəsidir. Nurlana Umudvarın "Böyükdən uşağa" rubrikasında yer almş  "Ayçil yuxu gördü", "Ağ şar", "Kassadakı dələ" və digər hekayələri balaca oxucuların marağına səbəb olacaq. 

Nəhayət, "Dərgidə kitab" rubrikasında  Nemət Mətinin hekayələri, "Dərgidə sərgi"də isə gənc rəssam Aytac Cahangirin rəsm əsərləri yer alıb. 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.