"Ulduz" jurnalının yeni sayı işıq üzü görüb.
04.07.22

"Ulduz" jurnalının iyun sayı işıq üzü görüb. Dərgi Xuraman Hüseynzadənin özüylə söhbəti və şeirləri ilə açılır.  Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi "Qısa fikirlər xəzinəsi"ni bu dəfə də fərqli mütəfəkkir  və yazarların fikirləri bəzəyir. "Nəsr" rubrikasında  Bahəddin Salmanın "İflicin nağılı", Rəşid Bərgüşadlının "Tanrının gözü", Şəhriyar Təyyaroğlunun "Çağrılmamış qonaq", Vahid Qazinin "Gəlmə" hekayələri, "Şeir vaxtı"nda isə Ələsgər Əhməd, Nicat Məmmədov, Təranə Dəmir, Kəmaləddin Qədim və Şəfəq Sahiblinin şeirləri yer alıb. Mətanət Vahidin "Bədii ədəbiyyatda yalan motivi: Qoyma bilim" başlıqlı yazısında yalan məfhumu təhlil edilir. Rengin Kızıldoğdunun "Türk eli" rubrikasında yer almış "Yaşıl limon" hekayəsini dilimizə Aslan Quliyev uyğunlaşdırıb. Dramaturq Əli Əmirlinin ənənəvi "Ustad dərsləri"ndə  dramaturq-rejissor tandemindən söhbət açılır. Misirli yazıçı, həkim, filosof Mustafa Mahmudun  "Sabah" essesi, eləcə də "Məchul şey" hekayəsi müvafiq olaraq Məhəmməd Bayramlı və Lalə Əliquliyevanın tərcüməsində təqdim edilir. Professor Gülşən Kəngərlinin "Kitabi-Dədə Qorqud eposunda tarixin ruhu" sərlöhvəli yazısında eposun mahiyyətini təşkil edən türk təfəkkürünün və  etnopsixologiyasının bədii  təzahürlərinə nəzər salınır. Eminqueyin "İzi bilinməyən Odər" essesi şair Vaqif Bayatlının Tanrı və insan sevgisiylə süslənmiş yaradıcılığına işıq tutur. Abid Tahirlinin "Azərbaycan mühacirət mətbuatı Mirzə Ələkbər Sabir haqqında" yazısında mühacir həyatı yaşamış aydınlarımızın böyük şairə həsr etdiyi məqalələr  təhlil olunur. Müsəlman şərqində Əbdül Vahid Yəhya kimi tanınan fransız mistik yazıçı Rene Genonun "Şərq metafizikası" yazısını Elmar Vüqarlının tərcüməsində oxuyacaqsınız. Tənqidçi Vaqif Yusifli  "Ədəbi fraqmentlər"i bu dəfə şairə Aida Adıgözəlin yaradıcılığına həsr edilib. Nəhayət, "Dərgidə kitab"da Elvin İntiqamoğlunun şeirləri, "Dərgidə sərgi"də isə gənc rəssam  Zivər Əlfiyevanın rəsm əsərləri dərc edilib. 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.