Günay Əfəndiyeva Qazax ədəbiyyatı kitabxanasının təqdimatında çıxış edib
21.06.22

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan dilində rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının təqdimat mərasimi keçirilib. Təqdimat Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub. 

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan-Qazaxıstan arasında mövcud olan münasibətlərdən danışıb: “Bu il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün əlamətdar ildir. Çünki Fonda üzv dövlətlərin əksəri cari ildə diplomatik münasibətlərin qurulmasının 30-cu il dönümünü yüksək səviyyədə qeyd edirlər. Bu otuz il ərzində qardaş ölkələr arasındakı siyasi, ictimai, mədəni əlaqələr böyük və şərəfli yol keçmişdir. Bu qarşılıqlı münasibətlər ən müxtəlif sahələrdə bu gün də davam edir. İlk növbədə dövlət başçıları səviyyəsində, qurumlar səviyyəsində və əlbəttə, xalqlar arasında. Biz xalqlarımızın qarşılıqlı dəstəyini 30 ildə daim müşahidə etmişik. Məsələn, Azərbaycanın 44 günlük Vətən Müharibəsi zamanı, yaxud bu ilin əvvəlində baş verən Qazaxıstandakı son hadisələr zamanı. 

Bu gün qazax ədəbiyyatının elektron kitabxanası Azərbaycan Milli Kitabxanası vasitəsi ilə bütün dünyaya təqdim edilir. Bu mənbə əsasında Azərbaycan və dünya oxucuları qazax ədəbiyyatını daha yaxından tanıyacaq və nəticədə ədəbi körpülər, mədəni sütunlar möhkəmlənəcəkdir. Arzu edirəm ki, bu layihə digər Türk dövlətləri ilə davam etsin. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da mədəni layihələrə daim dəstək verir. Ötən il Fond tərəfindən İspaniyada Abayın markası nəşr olundu və böyük şairin ad günündə Qazaxıstanın Azərbaycandakı səfirliyi ilə birgə ictimaiyyətin diqqətinə təqdim edildi. Bu o deməkdir ki, Avropa Abay yaradıcılığı ilə, Qazax adət ənənələri ilə və bütövlükdə Türk Dünyasının mədəniyyəti ilə daha yaxından tanış olacaq. Fond iki ildir ki, Abayın həyat və yaradıcılığı ilə bağlı əhatəli bir nəşri çapa hazırlayır. Həmin kitab bu il dahi şairin ad günündə – 10 avqustda oxucuların ixtiyarına veriləcək. 

Eyni zamanda təşkilatımız “Üç ozan bir arada” adlı böyük bir ədəbi layihəni həyata keçirir. Layihə 3 böyük şəxsiyyətin: Yunus Əmrənin, Aşıq Ələsgərin və Cambul Cabayevin həyat və yaradıcılığını ehtiva edir.”

Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev,Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov-Tağısoy, Mahmud Kaşqari adına Uluslararası Fondun sədri, yazıçı, şair Elxan Zal Qaraxanlı, BDU Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, BDU Türkologiya kafedrasının professoru Firuzə Ağayeva və başqaları çıxış edərək, Azərbaycan və Qazaxıstan arasında mədəniyyət sahəsində əlaqələrindən söz açıblar.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.