Vyanada “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı çap olunub
08.06.22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Avstriyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlərə start verilib. İlk tədbir iyunun 7-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən almanca nəşr olunmuş “Azərbaycan qadın şairlərinin poeziya antologiyası”nın təqdimatı ilə baş tutub.

Tədbirdə Türk Dünyasının ayrılmaz parçası olan Azərbaycan mədəniyyəti, Azərbaycan qadın şairələrinin ədəbi inciləri təqdim edilib. Mərasimdə Vyanada akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, eləcə də Avstriya ictimaiyyətinin və Azərbaycan diasporasının təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan da daxil olmaqla Türk dünyasında qadınların cəmiyyətdəki mühüm rolundan söz açıb, onların xüsusi mövqeyə sahib olduğunu vurğulayıb. Leyla Qasımova çıxışında müsəlman Şərqində qadınlara seçki hüququ tanıyan ilk ölkənin Azərbaycan olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycanla Avstriya arasındakı mədəni münasibətlərin mövcudluğuna toxunaraq, Türk xalqlarının qədim dəyərlərinin Avropada təbliğinin vacibliyindən söz açıb.  Türk Dünyasının zəngin mədəniyyətinin, tarixinin, irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirən səfir, Avstriyada təşkil olunan tədbirin böyük əhəmiyyətə malik olduğunu bildirib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında bildirib ki, Türk tarixinə nəzər salanda keçmişdən bugünə kimi hər zaman böyük şəxsiyyətlər sırasında qadınların xüsusi yerə sahib olduğunu, onların mənsub olduqları ölkənin və xalqın taleyində böyük rol oynadığını görmək mümkündür: “Bu baxımdan, mən müasir zəmanəyə nəzər salarkən Türk Dünyasının öndə olan qadınlarından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini qeyd etmək istərdim. Onun rəhbərliyi altında həyata keçirilən layihələr, onun təşəbbüsləri və xeyirxah əməlləri həm ölkənin daxilində, eyni zamanda beynəlxalq aləmdə mühüm nüfuz qazanmışdır.”

Kitab haqqında məlumat verən Fondun prezidenti “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabının səkkiz yüz illik bir dövrün ədəbi ruhunu özündə daşıdığını bildirib: “Burada toplanan şeirlər orta əsrlərdən, yəni XII əsrdən XX əsrədək Azərbaycan ərazisində yaşamış görkəmli şairələrin yaradıcılığına işıq tutur. Bu şairələr ölkənin müxtəlif guşələrində, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağda, mədəniyyət beşiyi olan Şuşada yaşamış şairələrdir. Onlardan birinin məşhur şairə və ictimai xadim Xan qızı Xurşidbanu Natəvanın bu il anadan olmasının 190 ili tamam olur və bu yubiley dünyada geniş şəkildə qeyd edilir”
G.Əfəndiyeva tədbirin təşkilində əməyi keçən bütün tərəfdaşlara, eləcə də yaradıcı heyətə təşəkkürünü çatdırıb.

Antologiyanın alman dilində nəşrinin ərsəyə gəlməsində önəmli rolu olan araşdırmaçı-yazar Orxan Araz çıxışında hələ orta əsrlərdə Azərbaycan şairələrinin dövrünün ziyalı, tərəqqipərvər və açıq fikirli insanlar olduqlarını, öz əsərlərindəki poetik estetikanın digər müasirlərindən daha üstünlük təşkil etdiyini vurğulayıb.

Daha sonra Azərbaycan qadın şairələri haqqında sənədli film nümayiş etdirilib. Yazar və jurnalistlər Ülviyyə Heydərova və Zəhra Quliyevanın müəllifləri olduqları sənədli filmdə Azərbaycan tarixinə nəzər salınıb, müxtəlif dövrlərdə yaşamış şairələrin həyat və yaradıcılığından bəhs olunub.
Tədbir musiqili bədii proqramla davam edib.  Azərbaycanın Xalq artisti Mehriban Zəki və avstriyalı aktrisa Sebine Petzl tərəfindən Antologiyaya daxil olan şeirlər səsləndirilib, Avstriyada yaşayan azərbaycanlı pianoçu Abuzər Manafzadə və Karen Danqer-Manafzadənin ifasında şairələrin əsərlərinə bəstələnmiş mahnılar tamaşaçılara təqdim olunub.

Qeyd edilməlidir ki, antologiyada 800 il ərzində əsərləri ilə dünya ədəbi irsinə təkrarsız nümunələr bəxş edən Məhsəti Gəncəvinin, Ağabəyim Ağanın, Xurşidbanu Natəvanın, Heyran xanımın, Ümmügülsümün, Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin və digər şairələrinin şeirləri toplanıb.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.