Azad Qaradərəlinin “Renessans həsrəti” kitabının 3-cü cildinin təqdimatı olacaq
06.06.22

 12 iyun 2022-ci il tarixdə, saat 12.00-1300 arasında Bokzone kitab evində - H.Əliyev sarayının sağ tərəfi, AF Mall Ticarət mərkəzinin yanı, 2-ci mərtəbə - yazıçı Azad Qaradərəlinin “Renessans həsrəti”  kitabının 3-cü cildinin təqdimatı olacaq.

          Azad Qaradərəli bir nasir olsa da, zaman-zaman esselər, portret yazıları yazmış, eyni zamanda ayrı-ayrı mətbuat orqanlarına, saytlara verdiyi müsahibələrində dövrün və zamanın hadisələrinə öz münasibətini bildirmişdir. Müəllifin sözügedən yazıları və müsahibələrinin yer aldığı iki cilddən ibarət “Renessans həsrəti” adlı kitabları vaxtilə çap olunaraq oxucuların ilgisini çəkmişdir. (“Renessans həsrəti”, 1-ci kitab, Qanun, 2015, 368 s.; “Renessans həsrəti”, 2-ci kitab, Alotoran, 2018, 350 s.)
          Yenicə çapdan çıxan  396 səhifəlik üçüncü kitabda yazıçının son illərdə qələmə aldığı esselər, portret yazıları, verdiyi müsahibələr, ədəbi qeydləri və bir sıra nəzəri fikirlərini əks etdirən mətnləri toplanıb. Esselərin bəziləri klassiklərin ( Nizami, Hadi, İ,Şıxlı, Sabir Əhmədli,) , bəziləri müəllifin müasirlərinin və gənc yazarların ( Eldar Baxış, Musa Yaqub, Məmməd İsmayıl, Oljas Süleymenov, Tofiq Qəhrəmanov, Tehran Əlişanoğlu, Azər Abdulla, Toğrul  Tanyol, Əjdər Ol, Qismət,  İsfəndiyar Əhmədzadə, Vaqif Qüdrət, Mənzər Niyarlı, Fərzuq Seyidbəyli, Orxan Bahadırsoy, El-Sevər, Səxavət Sahil, Şükufə Əliyeva, Sərdar Amin, Şəhla Nihan, Şəhriyar del-Gerani, Nicat Azər, Nemət Mətin, Günel Rəcəb, Nərgiz Nasir, Əli Eynəliyev,Pəri Minatür, Heyran Mustafazadə,  Arif Həkimoğlu və başqaları) yaradıcılığından və həyat lövhələrindən bəhs edir.
         Ədəbi qeydlər bölümündə Q.Lorka, M.V.Lyosa, R. Qaraca, Elnaz Eyvaz, M.Örən, Vahid Əlifoğlu,  Fəridə, Maral Yaqubova, Esmira Məhiqızı, El Roman, Emin Piri, şəhid yazar Teymur Rəsulov, Azər Xanlarov, Həmid Piriyev və başqalarının yaradıcılığından çınqılar yer almışdır. Portret yazılarında atasının, babasının, nənəsinin, habelə uşaqlıq və gənclik dostlarından bəzilərinin obrazları yer alıb.
         Müsahibələrdə müəllif ona verilən sualları cavablandırakən, əslində öz baxış bucağını sərgiləmiş, yazdığı bəzi nəzəri materiallarda isə (məsələn, “Yeni naturalizm”, “Nəsr: hekayə və hekayəçilik” və s.) özünün nəzəri düşüncələrini bölüşmüş, ortaya qoyduğu yeni ədəbi dünyagörüşün (“Yeni ədəbi naturalizm”) prinsiplərini sərgiləmişdir. Onun internet statusları şəklində qələmə aldığı fikirlər də, əslində bu düşüncələrinin davamı olan ədəbi qeydlərdir.
         Kitabda həmçinin müəllifin Türkiyə səfərindən təəssüratlar da oxuculara təqdim olunur.
 Nəşrin redaktorları Günel Rəcəb, Nicat Həşimzadə, tərtibçi Türkan Mehdiyevadır. Kitab Mücrü nəşriyyatında işıq üzü görüb.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.