Azad Qaradərəli - Ədəbiyat fahişələri

02.06.22

Esse

(Uşaq hekayəsinin böyüklər üçün yazıya çevrilməyi  və fahişəliyin gizlin otaqlardan parklara, bulvarlara daşınması haqqında ağılagəlməz esse)


            İlin, günün bu vaxtında iki gündür ki, yuxum pozulub, həyat ritmim, iş rejimim alt-üst olub. Gizlində gedən oyunların, əsər alverlərinin, təqaüd dəllallarının mövcudluğunu, təbii ki, hamı kimi mən də bilir, bunu hərdən yazılarımda qırmanclayırdım. Lakin bu günlərdə bir kiçik ədəbiyyat adamının bir “iribuynuzlu” ədəbiyyat direktoru ilə “mən yazmışam” davası ovqatımı təlx elədi. Bu, bilirsiniz nəyə bənzəyir?! Məmurların saxladığı gizli fafişəxanalarda hər gün onlarla kişi ilə yatan bir qəhbənin günün günorta çağı bir parkda, hamının gözü qabağında müştərisi ilə yatmağına...

                                                           ***

            ...Zülmətdi ətraf. Göz-gözü görmür, səsdən qeyri heç nə duyulmurdu. Səs də nə səs?! Qarşıdakı gölməçədən qurbağalar zülmətdən vəcdə gəlirmiş kimi ağız-ağıza verib quruldaşırdılar.

            Bir ağacın gövdəsinə söykənərək başını qolunaun altına qoyub yatan aslan bu səslərdən bezdi, ayağa qalxdı, zülmətdə heç nə görməsə də, fəhmlə gölməçənin qırağına gəldi, bu qır-vırı kəsmək üçün  pəncəsini kölməçəyə çırpıb nərildədi.

            Ətrafa zülmətə yaraşan bir sakitlik çökdü. İsti havada buranın daha sərin və səssiz olduğunu düşünən aslan yenə qollarını başının altına qoyub suyun qırağında yatdı...

                                                           ***

            Mən Cavidi oxudum zaman-zaman. Onun  göylər  övladı, “səma şairi” olduğunu bilibən xatirəsinə “Əllidən bir kəm” adlı roman həsr etdim. Cavid əfəndi sizləri – mənəvi “axsaqları” düşünərək yazmadımı:

                        Rəqsi təlim ediyor axsaqlar,
                        Əzəmət düşkünüdür alçaqlar.

            Eyyyy, sizlər! Əzəmət, vəzifə düşkünləri! Tutduğunuz o vəzifələr, yığdığınız o paralar, qızıllar yetmədimi sizə, bizim ədəbiyyata da burnunuzu soxdunuz?! Siz gözgörəti  söz uğunda ölümə gedən, əyilməyi deyil, qurşunu, sürgünü seçən Çəmənzəminli, Cavid, Müşfiq, Cavaddan heçmi utanmadınız, heçmi basmadı Cavid əfəndinin xofu sizi?!

            Yaxşı, tutaq ki, bunlar tarixə dönmüşdü, unudulduğunu zənn etdiniz, bəs kor gözünüzlə gördüyünü İsmayıl Şıxlı, Sabir Əhmədli? Onlardan da utanmadınızmı? On illərlə kitabları qadağan olunsa da, bir kimsənin qarşısında əyilməyən, son mənzili uzaq Bakı kəndlərinin məzarlığı olan o ustad yazıçının bu kəlmələri gözünüzə girmədimi:”Sındırırdılar qapını. Basırlar, mən bu üzdən var gücümlə saxlamağa çalışıram. Qapının bir taxtası qırılır, ordan, o yarıqdan onları görürəm. Sir-sifətlərindən qatillik yağır.”

            Bax, o qatillər sizsiniz - ədəbiyyat qatilləri. Ədəbiyyatı sallaqxanaya, qəssab kötüyünün qanlı ortamına çevirən dələduzlar. Pul müqabilində təkcə ədəbiyyatı deyil, varlığınızı da satarsınız siz. Necə ki. satırsınız. Məlum qəzetin baş redaktoru məndən yazı istəyəndə bax, bu lənətullahların yer aldığı o qəzetə bu səbəbdən yazı verməmişdim... Məlum irliyin yönəticiləri məni ora dəvət edəndə bax, o şarlatanlarn yer aldığı yığnağa o səbəbdən üzv olmamışdım...

            Hələ ustad İsmayıl Şıxlı nə demişdi:”Cılızlıq cəngavərliyə meydan oxumamalıdır.”

            Oxudu, ustad! Cılızlar başa çıxdılar! Hətta millət vəkili, zavod direktoru, nazir oldular. Bu yetmədi, sizlərin – o müqəddəs söz uğrunda başından keçənlərin meydanına – söz meydanına da iddia etdilər. Gör nə yazdılar?! Yazdırdılar, ustad! Ənvər paşanın obrazına dil uzatdılar... Bakımızı rus-erməni işğalçılarından təmizləyən o müqəddəslərin ruhunu təhqir etdilər. Ənvər paşanı, Nuru paşanı, Qafaqz uğrunda canını fəda edən Mehmetciyi təhqir etdilər. Onların ruhunu bazara çəkib alqı-satqıya yatırdılar. Bazarlıqları alınmayanda bir-birinə diş qıcadılar. Açıq-açığına müqəddəs sənətə - yazıya və yazıçıya meydan oxudular...

                                               ***

            Bir məsələdə rahatam: o mənəviyyat yoxsulları ilə bir gəmidə deyiləm. Onların bulandırdıqları o sudan üstümə sıçramır. Yuyunduqları sudan içən, bir-birinin üstünə qaytaran, qurbağalar kimi gölməçə aşiqi olan bu cılızlardan yüz kilometrləcə məsafədəyəm, bəli. Amma Vətənim, yurdum olan ədəbiyyat onların taptağında. Onların bu qırılası ayaqlarının, kəsiləsi əyri yazan əllərinin çəngindən qurtarmağa gücüm yetmir o vətəni. İşğal elə işğaldır. Bunun nə ermənisi, nə qeyrisi...

                                               ***

            Uşaqlar üçün yazmaq istədiyim, lakin uşaq mövzusundan kənara çıxan yuxarıdakı təmsilin sonu (əslində “sonu” demək düz deyil, çünki yazı yarımçıq qalmışdı ) belə bitməliydi: qurbağalar az sonra yenidən şövqlə quruldaşırlar. Səs aslanın başına düşür və gölməçəyə hücum çəkib qurbağaları məhv etmək istəyir. Fəqət bu mümkünsüz. Qurbağalarla aslanın döyüşünə hələ heç kim şahidlik etməyib. Bəs nə etsin? Bu meşəni, bu kənarı sərin gölməçəni qurbağalara buraxıb getsinmi gedənlər kimi?
            ?......................................

 02.06.2022

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.