Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

31.05.22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd tərəflər arasında Türk Dünyasının mədəni irsinin qorunması, öyrənilməsi və təbliği istiqamətində birgə əməkdaşlığı nəzərdə tutur.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalanan sənədin əhəmiyyətindən bəhs edib. E.Babayev bildirib ki: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu aktiv fəaliyyəti ilə seçilən beynəlxalq təşkilatdır. Bakı Dövlət Universiteti isə böyük kadr potensialı olan təhsil ocağıdır. Ona görə də bu sənəd birgə işlər üçün geniş imkanlar yaradacaqdır”.

Rektor əməkdaşlığın səmərəli olduğuna inamını dilə gətirərək deyib: “Biz Türk dünyasının zəngin mədəni irsinin birlikdə öyrənilməsi və təbliğini uğurla həyata keçirəcəyik. Türk dünyasının mədəniyyəti tükənməz bir xəzinədir və bizim borcumuz da bu xəzinəni qoruyub gələcək nəsillərə çatdırmaqdır. Beləliklə, universitetin tələbələri müxtəlif ixtisaslar üzrə türk xalqlarının mədəniyyətinin araşdırılmasına və öyrənilməsinə fəal şəkildə cəlb ediləcəkdir.”  

Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında ətraflı danışıb: “Fondun məqsədi türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq, eyni zamanda nəhəng türk mədəniyyətini, irsini, tarixini, adət-ənənələrini bütün dünyada təbliğ etməkdir. Fond gənc təşkilat olsa da bir çox beynəlxalq layihələrə imza atıb, konfranslar, dəyirmi masalar, sərgilər keçirib, müxtəlif ölkələrdə kitablar yayımlayıb, türk dünyasının dahi şəxsiyyətlərinin yubileylərini qeyd edib, tamaşalar səhnələşdirib və bu istiqamətdə davamlı çalışmaqdadır.”

Günay Əfəndiyeva imzalanan sənəd barədə tədbir iştirakçıları ilə fikirlərini bölüşərək, Memorandumda nəzərdə tutulan məsələlərə diqqət çəkib: “Memorandumda tələbələrin Fondda istehsalat təcrübələrinin təşkili, Türk dünyası ilə tədqiqat işləri aparan gənclərə təqaüdlərin verilməsi, birgə nəşrlərin çap olunması, eyni zamanda, universitetdə “Türk Dünyası Elmi Tədqiqatlar və Araşdırmalar Mərkəzi”nin yaradılması kimi məsələlər öz əksini tapır. Müxtəlif təhsil ocaqlarında Fondun himayəsi ilə belə Mərkəzlərin yaradılması gələcəkdə onların böyük şəbəkəsinin təşkilinə imkan yaradacaq.”

Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Bakı Dövlət Universitetin rektoru Elçin Babayev Anlaşma Memorandumunu imzalayıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Tədbir Bakı Dövlət Universitetinin tələbələrinin ifasında konsert programının göstərilməsi ilə davam edib.



Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.