Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram

01.05.22

"Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram. Esselelərin əksəriyyəti gənclərin yaradıcılığına həsr olunub. Bir forslu-postlu gəncin şeirlərindən bəhs edən yazının girişini paylaşıram:
"...Ədəbiyyat işi sevgidir – bu gün onun yaratdığı qəhrəmanları daş-qalaq edənlərin övladları müəyyən zaman keçdikdən sonra onlar üçün göz yaşı tökəcək, balalarına adlarını qoyacaqlar.
     Ədəbiyyat işi bir az da sehrbazlıqdır – kanat üzərinə çıxardar səni, ömründə ilk dəfə! Əlinə uzun ağac da verib “yeri” deyər. O “Yeri”ni elə deyər ki, ən usta sehrbazın çıxara bilmədiyi oyunlardan çıxarsan  kanatın üstündə.
     Ədəbiyyat fitili gödək bombadır – hər oğul ona kibrit çala bilməz.
     Ədəbiyyat p...dan konfet düzəltməyə bənzəyir – yeyərsən, barmaqlarını da yalayarsan.
     Ədəbiyyat bic uşağı elə doğuzdurar, elə göbəyini kəsər, elə anasının qucağına verər ki, heç ruhu da inciməz. Hətta az keçməz ona ata da bular – zahı qadına atılmağa amadə olan əllərdəki daşları bir yerə yığıb, ana ilə uşağa bir balaca daxma da tikər – naşı atanı bənna da edibən...
     Ədəbiyyatda səhv etmək də var, sözün ağını göyünə bənd edərsən, amma onu elə ürəkdən edərsən ki, qəbullanarlar, əllərini əllərinə vurub ürəkdən gülərlər, hətta sənin bu gözəl səhvinə ad da qoyarlar – “yanlış da bir naxışdır...”
     Bu ədəbiyyatdır, qardaşım! Yazıçısı yer üzünün balaca allahı, yaratdıqları da allahına bəndəlik eləməyən asilər...
    Hə, hə! Ədəbiyyat işi bir az da asilikdir! Şəkkaklıqdır.
    O böyük yazıçı ədəbiyyatı dülgərliyə bənzədib... (Markesi deyirəm.) Axı İsa da dülgər olmuşdu...
    Mən isə ədəbiyyatı boyaqçılığa bənzətmişəm bir zamanlar:
    “Mənə görə isə yazıçılıq toxuculuğa, bir az da toxuculuğa qohum olan boyaqçılığa bənzəyir... Yəni boyaqçılar dağların ən rəngli gül-çiçəyini yığar, qoz ağacının, heyva ağacının qabığını soyar, ayrı-ayrı qazanlarda qaynadar, sonra ipləri onlara salıb boyayardılar. Yalnız bu hazır rəngarəng iplərdən culfalar gəbə, kilim, palaz toxuyardılar. Gəbə (xalça) ən gözəl ədəbi əsərlərdir ki, min illər oxunar, rəngi getməz, çeşnisi itməz. Kilim orta səviyyəli ədəbi əsərlərdir ki, zamanında oxunar, bir para adamların, məsələn evdar qadınların, müəyyən çevrələrin maraq dairəsində olar və sonra unudular, ancaq tarixdə adları keçər. Palaz isə yazıldığı gün unudulan, heç tarixin qırağında belə yeri olmayan ədəbi cızma-qaralardır ki, ancaq ocaq qalayanda samovar odlayanda gərək olur. Gəbəni ona görə həm də divara vurarlar. Kilimi ən yaxşı qonağın ayağı altına salarlar. Palazı uşaq-böyük altına salarlar, ona görə daim sadırlı, pox-püsürlü olar... “ Kilimnən palazı o yana elə. Gəbədən danış, gəbədən! (“Xalça”dan çox “gəbə” sözünü sevmişəm. Ona görə yox ki, biz tərəfin sözüdür, ona görə ki, “gəbə”nin bir mənası da “hamilə” deməkdir Anadolu türklərində. Ədəbiyyat elə gəbəlikdir – naxışlı, niyazlı əl işi bir xalçanın üstündə doğuşa hazır olmaq kimi...

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.