“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22

Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları - “Bəhlul”, “Arı”, “Mirat”, “Kəlniyyət” və “Məşəl” satirik jurnallarının təqdimatıkeçirilib. Öncə tədbrin mövzusuna uyğun sərgiyə baxış olub, Mətbuat tarixi və publisistika şöbəsinə məxsus nəşrlər də nümayiş olunub.
Təqdimatı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. O bildirib ki, “bu jurnallar ilk dəfə olaraq transfoneliterasiya edilərək yeni əlifbada nəşr edilib. Bu iş İnstitutumuzun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən həyata keçirilib. 
Tədbirimizdə Cəlil Məmmədquluzadə ev muzeyinin dikrektoru Yeganə Məmmədova və kollektivi, həmçinin Bakı Dövlət Universitetinin kafedra müdirləri Cahangir Məmmədli və Allahverdi Məmmədli də iştirak edir. Eyni zamanda institutumuzun magistrləri və təcrübəçi tələbələr də bu tədbirə qatılıblar.“Bəhlul”, “Arı”, “Mirat”, “Kəlniyyət” və “Məşəl” kimi jurnalların gələcək tədqiqatçıları bugünkü gənclərimizdir.
Mətbuat tarixi və publisistika şöbəsi bir neçə istiqamətdə fəaliyyət göstərir. Onlardan biri mətbuatımızın tarixini öyrənmək, fundamental tədqiqatlarla mətbuat tariximizə nəzər salmaddır.İkinci böyük istiqamət publisistikadır. Üçüncü böyük istiqamət mətbuat tariximizin qiymətli əsərlərini transfoneliterasiya edib, nəşr etməkdir. Bu gün biz sizi bu şöbənin hazırladığı nəşrlərin bir qismi ilə sizi tanış edəcəyik. 
Bu satirik jurnalları ərəb qrafikasından transfoneliterasiya edən, biblioqrafik göstərici, qeydlərin müəllifləri, lüğət və tərtib edib çapa hazırlayanlar filologiya elmləri doktoru, professor Vüqar Əhməd və böyük elmi işçi Dilbər Rzayevadır.
“Əkinçi” qəzeti, “Molla Nəsrəddin” jurnalı da transfoneliterasiya edilərək işıq üzü görüb.Bu şöbədə “Ziya” qəzeti rəhmətlik Müştəba Əliyev tərəfindən çevrilib və onu çap etmişik. “Ziyayi-Qafqaziyyə” isə çapa hazırdır, bu il çap edəcəyik.  Həmin şöbədə “Molla Nəsrəddin” ensiklopediyası” da hazırlanıb nəşr olunub. İlk dəfə Azərbaycanda bir mətbuat orqanının ensiklopediyası hazırlanıb. Bu işdə şöbənin böyük fəaliyyətini,Vüqar Əhmədin və onun kollektivinin böyük əməyini qeyd etməyi özümə borc bilirəm. Bu, Azərbaycan mətbuat tarixinin öyrənilməsinə sanballı bir elmi xidmətdir”.
SonraMətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhməd“Molla Nəsrəddin” ənənələri və satirik mətbuat” mövzusunda məruzəsini səsləndirib. Əlavə olavə olaraq qeyd edib ki, “Turan Həsənzadə “Kəlniyyat” jurnalını natamam şəkildə transfoneliterasiya edibmiş. Biz orijinaldan çevirərək çap etmişik. Turan Həsənzadənin xatirəsini əziz tutaraq onun xidmətini də vurğulamışıq. Bu da bir qədirşünaslıqdır. İsa müəllim şöbənin əziyyətini qeyd edir, amma ən çox zəhmət çəkən ideya müəllifi olan İsa müəllimdir. Bütün qonaqlarımıza gəldikləri və böyük dəyər verdikləri üçün təşəkkür edirəm”. 
BDU-nun kafedra müdiri, professorCahangir Məmmədli çıxış edərək deyib ki, “bu dəvətə görə minnətdarlığımı bildirirəm. İsa müəllim, siz həmişə çıxışınızda əməkdaşlara o qədər yüksək qiymət verirsiniz ki, sizdən çox şey öyrənirik”. BDU-nun kafedra müdiri, professorAllahverdi Məmmədli də tədbirin əhəmiyyətindən danışıb: “Şübhəsiz ki, “Molla Nəsrəddin” jurnalı ədəbi məktəbdir və onun ənənələri bu gün də davam edir. Bu gün təqdimatı olan nəşrlər də bu ənənələrdən biridir. Bu da Cəlil Məmmədquluzadə dühasının məhsuludur”.
Azərbaycan jurnalistlər birliyinin üzvü, Ədəbiyyat İnstitunun əməkdaşı Ülkər Hüseynovavurğulayıb ki, “XX əsrin ilk iki on illiyində Azərbaycan mətbuatında sanki bir dönüş oldu. 1903-cü ildə “Şərqi-rus” qəzeti və 1906-cı ildə “Molla Nəsrəddin” jurnalı çap olundu və öz məktəbini yaratdı. Təqdimatını keçirdiyimiz jurnalları “Molla Nəsrəddin”in analoqu hesab etmək olar”. 
Təqdimatda Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professorBədirxan Əhmədli,Cəlil Məmmədquluzadə ev muzeyinin dikrektoru Yeganə Məmmədova,Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru,dosent Rauf Sadıxov, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoruGülbəniz Babayeva da yeni əlifbada çap olunmuş bu nəşrlərin əhəmiyyətindən söz açıblar. İnstitutun magistrlərindən Nəzrin Əliyeva və Lalə Seyidzadə tədbir haqqında təəsüratlarını bölüşüblər.

Gülnar Səma
NizamiGəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.