Azad Qaradərəli - Oljas Süleymenov fenomeni

30.03.22

Türkiyənin Gercekedebiyat.com saytının sifarişi ilə yazıçı Azad Qaradərəli “Oljas Süleymenov fenomeni” adlı esse qələmə alıb. Bu günlərdə həmin esse Türkiyə türkcəsinə çevrilərək yayımlanıb. Yazının orjinalını diqqətinizə çatdırırıq.
          

    Oljas Süleymenev adını ilk dəfə ali məktəbdə oxuyanda eşitmişdim. Dəqiq xatırlamıram, İsmayıl müəllim (Şıxlı) mühazirə zamanı çəkmişdi onun adını və “Az i Ya”nı xatırlatmışdı, ya o vaxt İsmayıl müəllimin mühazirələrinin seminarını aparan “lobarant-professor” (sonralar həqiqi professor oldu) Ramin Əhmədəv işlətmişdi bu ismi?.. Bir onu bilirəm ki, Oljasın şeirləri və “Az i ya”sı hələ dilimizə çevrilməmişdi və mən və mənim kimi kəndçi gənclər hələ rus dilində olan o kitabları oxuya bilmirdilər. Sonra təbii ki, Oljasın şeirlərini də oxudum, “Az i ya”sını da.
    Oljas əkə ruslara öz dillərində tarix dərsi keçir və əslində onların tarixinin türk tarixi üzərində qurulmuş saxta bir tarix olduğunu sübut edirdi. Tarixlərinin “İqor Polku haqqında dastan”dan başladığını, bunun yeganə nüsxəsinin isə 1812-ci il müharibəsi zamanı Moskva yandırılarkən yandığını, əldə olanın ober-prokuror A.İ.Musin-Puşkinin Yekatrina üçün hazıladığı , əslində saxtalaşdırdığı nüsxə olduğunu oxucuya çatdırır...
    Qədim sözlərdən olan “ist”, “est”, “iz” kəlməsinin mənasını araşdıraraq  “bıt” – “olmaq” mənası verdiyini, daha qədimə getsək, “istera” (qadının cinsiyyət üzvü), onun ikinci mənasının isə “istoriya” (tarix) mənası verdiyini, məhz rus-sovet alimlərinin yaratdığı istoriyanın – tarixin “istoriya” deyil, “istera” olduğunu üstüörtülü şəkildə vurğulamışdır.
    Saxta rus-sovet tarixçilərini ələ salan O.Süleymenov “Az i ya”sında (“az” qədim türkcədə “mən”, “ya” isə müasir ruscada “mən” deməkdir)  “bu mən, bu da sən” deməklə onların arxalarını yerə vurmuşdur.
    Təsadüfi deyil ki, bu kitab 1976-cı ildə SSRİ-də qadağan olunur. 1986-cı ildə isə Sovet ordusu Alma-Atıda haqlarını tələb edən qazax gənclərini gülləboran edir.
    Amma Oljas Süleymenov bir fonemen kimi ilk dəfə 1990-cı ilin 20 Yanvar günlərində mənim gözümdə bir daha ucaldı.
      Azərbaycan xalqı Qara Yanvar günlərində dünyadan təcrid olunmuşdu və qəddar Sovet rus rejimi ən müasir silahları ilə əvvəl Bakıya, sonra isə bütün Azərbaycana hücum etmişdi.
     Bu qanlı faciədə 147 nəfər şəhid oldu, minlərlə adam yaralandı. Mənim “Qalxmayın, məhkəmə gəlir” hekayəmin qəhrəmanı hakim Şövkət Ağayev kimi itkin düşənlər də oldu.
     O günlərdə Oljas Süleymenov Bakıya gəldi, informasiya blokadasının yarılmasında mühüm xidmət göstərdi. Onun “Başını dik tut, Bakı” mesajı qəlbimizi dağa döndərdi. Sonralar O.Süleymenov demidi: “Sovet imperiyasının Azərbaycana qarşı törətdiyi o qırğınlar məni başdan-ayağa silkələdi. Əgər xatırlayırsınızsa, o hadisələr ilkin olaraq Qazaxıstanda başlamışdı. Yəni, Sovet imperiyasının türk xalqlarına qarşı o cür amansızlıq nümayiş etdirməsi istər-istəməz adamın qeyrət damarına toxunurdu. Əgər o mərhələdə mən o addımı atmamış olsaydım, ömür boyu içimdə bir üzüntü, bir əskiklik hiss edərdim. Biz bir-birimizin dərdini paylaşmağı, bir-birimizə dayaq durmağı öyrənməliyik. Bizim kökümüz, qanımız, canımız birdir.“
    Oljas, hər şeydən əvvəl gözəl şairdir. Qazax türkünün ruhunu şeirlərində gəzdirən şair oxucusunu da sanki azadlıq döyüşünə səsləyir:

               Bismillah!
               Uzaq yürüşlərdə mən
                unudaram özümü.
                Qanlı döyüşlərdəyəm
                aylar-illər uzunu...

  Dünyanın 22 görkəmli müdrik adamı siyahısına daxil edilən Oljas Süleymenov gerçək bir fenomendir – türk fenomeni!

26.03.2022

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.