Ədəbiyyat tarixinin “Cənubi Azərbaycan ədəbiyyatı” cildi işıq üzü görüb
25.02.22

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin doqquzuncu cildi nəşr edilib. İnstitut Elmi Şurasının 28 oktyabr 2021-ci il tarixli 7 saylı iclas protokolunun qərarı ilə nəşr olunan doqquzuncu cild “Cənubi Azərbaycan ədəbiyyatı” bölməsini əhatə edir.

1220 səhifəlik kitabın redaksiya şurasına İsa Həbibbəyli (baş redaktor), Rəhim Əliyev (məsul redaktor), Əlizadə Əsgərli (məsul redaktorun müavini), Fikrət Süleymanoğlu (məsul katib), Aygün Bağırlı, Esmira Fuad və Pərvanə Məmmədli  daxildir.

“Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “Ədəbiyyat tarixinin Cənubi Azərbaycan cildi” başlıqlı ön sözü ilə başlayır.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının doqquzuncu - “Cənubi Azərbaycan ədəbiyyatı”  cildində problemlər konkret mərhələ və istiqamətlər üzrə öyrənilmişdir. Akademik nəşrdə XIX əsr Cənubi Azərbaycan ədəbiyyatını meydana çıxaran sosial-siyasi və ədəbi-mədəni mühit, habelə dövrün maarifçilik hərəkatının təşəkkülü, inkişaf mərhələləri, maarifçi-realist ədəbiyyatın ideya-məzmun, dil və üslub xüsusiyyətləri tədqiqini tapmışdır.

Kitabda Cənubi Azərbaycanda milli azadlıq uğrunda mübarizə (1906-1920), milli müqavimət (1920-1941) dövrləri ədəbiyyatı elmi əsaslarla təhlil edilmişdir. Cilddə ikinci dünya müharibəsi illərindəki milli hərəkatın istiqlal ədəbiyyatı (1941-1946), sonrakı illərin (1947-1979) ədəbi prosesi və İran İslam inqilabından sonrakı (1979-cu ildən) yeni mərhələ, habelə dünyadakı Cənubi Azərbaycan mühacirətinin ədəbi fəaliyyəti təqdim olunmuşdur. Fundamental tədqiqat işində hər bir tarixi-ədəbi mərhələnin geniş icmalları və əhatəli portret-oçerkləri verilmişdir. 

Elmi icmallar və portret-oçerklərdən ibarət kitabda İsa Həbibbəyli, Teymur Əhmədov, Rəhim Əliyev, Dilşad Cabbarlı, Xədicə İsgəndərli, Cəfər Müciri, İslam Qəribli, Sədrəddin Hüseyn, Şahbaz Musayev, Xeyrulla Məmmədov, Mahmizər Mehdibəyova, Pərvanə Məmmədli, Asif Rüstəmli, Səməd Bayramzadə, Fərman Xəlilov, Elmira Bağırova, Esmira Fuad, Vüqar Əhməd, Solmaz Daşdəmirova, Fikrət Süleymanoğlu, Lətifə Mirzəyeva, Sədaqət Məmmədova, Qəndab Quliyeva, Sabiqə Ələsgərova, Aydın Sərdarniya, Bahar Bərdəli, Ağahüseyn Şükürov, Kifayət Məmmədova, Zəminə Zeynalova, Əlizadə Əsgərli kimi alimlərin tədqiqatları yer alıb.
On üç bölümdən ibarət kitabda Azərbaycan, türk, rus dillərində və internet resurslarından ibarət 866 sayında ədəbiyyat siyahısını Lətifə Mirzəyeva və Fikrət Süleymanoğlu sistemləşdirib. Kitabda eyni zamanda ingilis və rus dillərində ətraflı xülasələr yer alıb.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.