Azad Qaradərəli - Qanadların əvəzi

07.02.22

Gənc qələm Günel Rəcəbin “Çanta”sından tökülənlər...


      Onu heç tanımırdım. Qəflətən girdi yazı-pozu aləmimə və “Ucubuluq” haqqında elə bir yazı yazdı ki!.. “Əcaba, kimdir bu xanım”, sualına cavab tapmamış, kitabımın təqdimatında aparıcılıq məharəti ilə məni daha da təəccübləndirdi...

       Sonra yazı-pozu məni öz aləminə çəkdi yenə,  bu gözəl qələmli, gözəl düşüncəli xanımın kimliyini, nə işlə məşqul olduğunu araşdırmağı unutdum...

     Ta o vaxtacan ki, şəxsi bloqu qarşıma çıxdı və oradakı bircə şeir mənə bu sətirləri yazdırdı...

       ...Əslində “Ucubuluq” haqqındakı araşdırması deyirdi ki, bu gənc xanım adi adam deyil, ədəbiyyatın tam ortasından durub gəlib, elmdə bişmək üzrədir və tək onu bildim ki, magistr və doktorantura təhsili var...

         “Axı belə bir mükəmməl elmi dünyagörüşə malik birisini niyə elmi araşdırmalara cəlb etmirlər? Axı niyə onun potensialından kifayət qədər istifadə olunmasın ki?!”

         Belə sualların qarşısında aciz qalarkən imkanım olduğu halda vəzifə pillələrindən imtina edib, yalnız yaradıcılığımla məşqul olmaq kimi xudbinliyimə acığım tutur və bəzi vəzifəli qələm dostlarıma haqq qazandırıram: gör nə qədər adama çörək verir, qolundan tutur, elmin qapı-bacasını açıq saxlayırlar...

      ...Lap təsadüfən, gözəlim yazı pozudan başım ayrılan vaxt qarşıma bir bloq çıxdı və məlum oldu ki, bu, bayaqdan haqqında bir Quranlıq söz xırdaladığım sevimli Günel Rəcəbin bloqudur. Digər yazılar da gözəl idi, zira bir şeir dedi ki, adam, bu xanım şairdir, şeir əhlidir və sən bu şeiri oxu...

        Şeirin adı “Çanta” idi...

      Bir neçə gün sonra o şeiri yenidən oxumaq ehtiyacı yarandı, indi o bloqu tapa bilmirəm. Uzun əziyyətdən sonra tapdım və təkrar-təkrar oxudum. İlk baxışda elə ciddi bir şey yoxdur. Hamı kimi bizim Günelin – şeirdəki mənin – də qanadları varmış... 

            ...Qanadımı qıranlar
             Öz qanımdan idilər... 

     “Öz qanından olanlar!” Hə, hə, onların, qanı qanımızdan olanların zərbəsi yıxıb bizi həmişə!.. Yoxsa, hər vurana yıxılsaydıq, çoxdan ölmüşdük... Ölmədik, öz odumuzdan od alıb təzədən dirildik, təzədən yanmaq üçün...

     O misralar şeirin ortasındandı. Qayıdaq əvvələ. Şair xanım bütün yazı əhli kimi təkliyindən bəhs edir və qəribə bənzətməsi var: 

                 Təkliyimi gəzdirirəm
                 Çanta kimi özümlə.
                 İçində bir az sükut,
                 Bir az da küskünlük var... 

     Şairi və şeiri çatladan sükut var “çanta”da. Ona görə dırnaqda yazdım ki, bu hələ çantanın özü deyil, təkliyin çantaya dönüşüdür... Bir də küskünlük... Yox e, yooooox, sizin bildiyiniz hər gün, hər saat rastlaşdığımız küskünlük deyil bu. Bunun adı küskünlükdür, içi dərdlə ləbələbdir – zəhərə qalmış xatirələr, sətirlər... miras... Miras da ki, bir ayrı aləmdir – ölü paltarı kimi alarsan əlinə, əlini yandırar... 

               Sonuncu sevgidən miras
               Xatirələr, sətirlər,
               Bir də bu kədərli şeirlər…
               Məsafələr uzandıqca
               Yoxluğun ağır gəlir.
               Daşımağa gücüm çatmır,
               Təkliyim məni əzir... 

      Və daha nələr, nələr... Yuxarıda iki yerdə uzun nöqtələr qoymuşam. Biri mənim sözümdədi, bu heç, bu mənlikdir, amma biri xanım yazarın şeirindədir, bağışlasın məni, “Təkliyim məni əzir” misrasının altında nələrin yatdığını o nöqtələr bilir ancaq...

          Və...

      Və... Son misralar, adamın illacını kəsən (bu sözü türkiyəli qardaşlarımızın dərmana ilac deməsi kimi yozmayın, bu söz bizlərdə illacın kəsilməsi - əlacın əldə olmaması, ixtiyarın əldən getməsi, lap belə ümidin ölməsi anlamına gələr), həyatını qaraldan, oxunu daşa çalan anın gəlməsi kimidir... 

                Qanadımı qıranlar
                Öz qanımdan idilər.
                Qanadlarım əvəzi
                Mənə çanta verdilər... 

      Xanımların çantaya niyə belə önəm verdikləri yalnız indi anlaşıldı...
      O çanta deyilmiş ki...

 
       06.02.2022.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.