Bəsirə Əzizəli - Sultan Bahunun dünyaya sevgi çağırışı

31.01.22

Pakistanın müxtəlif universitet, elm və ədəbiyyat mərkəzlərində hər il ənənəvi olaraq keçirilən, XVII əsrdə yaşamış sufi şair, islam alimi Sultan Bahunun ədəbi-fəlsəfi görüşlərinə, İslam və təsəvvüf haqqındakı fikirlərinə həsr olunmuş konfranslar müasir dünyaya, ziddiyyətlərin hökm sürdüyü bəşəriyyə sevgi və humanist dəyərlər prizmasından boylanmaq məqsədinə yönəldilmişdir. Belə konfranslardan biri də yaxın günlərdə Pakistanın Muslim İnstitutu və Jhang Universitetinin birgə təşəbbüsü və səyi nəticəsində keçirildi.  Burada toplaşan və məruzə edən elm, ədəbiyyat, fəlsəfi düşüncə insanları İslam və təsəvvüf kimi əsrlərlə Şərq dünyagörüşünün formalaşmasında müstəsna rolu olan anlayışların insanda daxili rahatlıq, cəmiyyətə qarşı sevgi, bəşər övladına sülh təlqin etdiyini və onun işığında müasir dünyamızda da öyrənəcəyimiz çox mətləblərin olduğunu çatdırmağa çalışdılar. Dünyaya “İslam bütünlükdə sülhdən ibarətdir, sufizm isə bu sülhə nail olmaq prosesidir” mesajı verməyə yönəlmiş düşüncələr sevgi ilə yoğrulmuşdur. 

Sultan Bahu sufi mütəfəkkirlər arasında fərqli və orijinal cəhətlərə məxsus olan şəxsiyyətlərdən olmuşdur. Məlumdur ki, Məhəmməd peyğəmbər dünyanı tərk etdikdən sonra bəşəriyyət daxili rahatlığa nail olmaq üçün peyğəmbərin yolunu təbliğ edən bir çox sufiləri müşahidə etmişdir. Həzrəti Sultan Bahu sufilər və uca Yaradanın dostları arasında seçilən məqama malik simalardan idi. Təsəvvüf təliminə və Sultan Bahunun düşüncələrinə görə, daxili rahatlıq insanın “HƏQİQƏT”lə təmasda olmasındadır.  Sultan Bahu mistik sirlərlə zəngin olan 140-dan çox kitab yazmışdır.

Sultan Bahu da digər sufilər kimi deyirdi ki, uğur insanın mənəviyyatını saflaşdırmasındadır və mənən təmizlənmədən uca Yaradanı tanımaq olmaz. Həzrəti Sultan Bahu şeirlərindən birində yazırdı:

Qaralmış üz qaralmış ürəkdən daha yaxşıdır ki, insanlar Hunu tanısınlar.
İnsanın üzü qaraldıqda belə, ürəyitəmiz olarsa, belə bir qəlb Hunu tanıyar.
Bu qəlb sevgilinin arxasınca gedirsə, bəlkə də sevgilisi Hu ilə qovuşa bilər,
Yüzlərlə alim “Bahu” məscidlərini atladı, daxili ayna Huya şəhadət verdi.

Bahuya görə, insanın qəlbi paklaşdıqda onu yaxşı işlərə sövq edər. Bununla da onu cəmiyyətin islahına gətirib çıxararaq, oradakı vəhşiliyə, ədalətsizliyə və digər pisliklərə qarşı çıxış edər, cəmiyyəti tarazlı və tərifəlayiq hala gətirmək uğrunda cəhd göstərər. Mütəfəkkir şair qruplara, bölgələrə, digər mənsubiyyətlərə parçalanmadan öncə hamının insan olmasına və sufilər üçün insanlığın önəmli olduğuna diqqət çəkmişdir. Adəmin övladları olaraq hamımız bərabərik və bir-birimizə hörmətlə yanaşmalıyıq.

Sultan Bahunun təsəvvüfdən qaynaqlanan fikirlərinə görə, hamıya hörmət göstərilməli və biz harmoniya içində yaşamalıyıq. Sultan Bahunun “Hidayət nuru” kitabında “Ey dost, nə olursan ol, ilahi nəzər üçün yanıma gəl” deməsi də həmin fikirlərinin və insanlıq sevgisinin aydın örnəyidir. Türk mütəfəkkür şairi Mövlana Cəlaləddin Ruminin yazdığı

Yenə gəl, yenə,
Nə olursan ol.
İstər kafir ol, istər atəşə tap, istər bütə,
İstər yüz kərə pozmuş ol tövbəni
Ümidsizlik qapısı deyil bu qapı,
Necəsən elə gəl...
Mən cümə məscidi deyiləm,
İnsanlıq məscidiyəm mən

sözlərindən də bəhrələnən Sultan Bahununun düşüncələri insanlığa sevgi, harmoniya, humanizm təbliğ etməsi baxımından oxunaqlığını müasir dünyamızda da qoruyub saxlamaqdadır. 

Avanqard.net

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.