Turan Yazqan: Türk dünyasının səsi
22.11.21

Bəsirə Əzizəli


Türk birliyinin yorulmaz müdafiəçisi, həyatını milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi uğrunda əməli işlərə həsr etmiş, Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu, türkçü ideoloq, professor Dr. Turan Yazqanın anım günündə onun işıqlı ideyalarına bir daha dönmək, günümüz üçün əhəmiyyətini mühafizə edən fikirlərindən bəhrələnmək bütün türk dünyasında tariximizə, ənənələrimizə, milli kültürümüzə sevgi və hörmətin ifadəsidir. 2001-ci ildə həyacanla “türklərin bugünə qədər qəbul etdikləri bir müştərək qərar yoxdur. Nə əlifba, nə dil, nə də öz aralarındakı münaqişələr sahəsində... “XXI əsr türk əsri olacaq” deyənlərin heç bir şey umrunda deyil. Siyasi ehtiras hər şeyin önünə keçir” söyləyənlərə bütün sahələrdə türk birliyinin önəmini vurğulamaqla, əslində, bu gün qazanılmış uğurların toxumlarından mühüm bir qismini səpirdi. 

İstisnasız bütün türk dünyasının problemlərini düşünən, “Türklərin sırasına Krım, Kazan, Özbəkistan, Azərbaycan, xristian, müsəlman, şaman, musəvi, buddist, hənəfi, şafi, cəfəri, şiə, ələvi... bütün türk coğrafiyasından köçənlər daxildir. Çünki türk türkdür” deyən Turan Yazqanın gündəlik siyasətə deyil, milli inkişafa yönəlmiş arzularının həyata keçən və aktual şəkildə hələ də həllini gözləyən məqamları onu göstərir ki, böyük türkçü ideoloq zamanında çox mühüm məsələlərə diqqət yönəltmişdir. 

Dünyanın ən ucqar nöqtələrində yaşayan türklərin dərdi, millətimizin dünyanın gözünün acılarına bağlandığı böyük və ya kiçik bölgələri belə Turan Yazqanın görüşlərində özünə yer tapmışdır. Türk dünyasının bir parçasının sevincinə səslənərək “Türkmənistan sürətlə inkişaf edir. Getdikcə sayları artan fabriklər, məğrur memarlıq abidələri, çevrəni bəzəyən Oğuz Xaqandan Ərtoğrul Qaziyə, Dədə Qorquddan Məhtumquluya qədər möhtəşəm heykəllər, xatirələr... Atatürkün sözünü orada hayqırmaq daha yerindədir: “Nə mutlu türkəm deyən” kimi sözlərlə qürurlanan Turan Yazqan digər parçasındakı göz yaşlarına etiraz edir, Şərqi Türküstanın bugün də davam edən acılarına susmur: 

“Türkün ən qədim vətəni əldən getmişdir.
Türk mədəniyyətinin beşiyi olan ölkə əldən getmişdir.
Mətbəənin icad edildiyi ölkə əldən getmişdir.
İlk vəqflərin qurulduğu ölkə əldən getmişdir.
Yusif Xas Hacibin doğulduğu ölkə əldən getmişdir.
Kaşğarlı Mahmudun doğum yeri olan ölkə əldən getmişdir.
Osmanlı dövləti adına son vəz oxunan ölkə əldən getmişdir.
Qadın kişi bərabərliyinin ilk qorunduğu ölkə əldən getmişdir.
Qərblilər örtünərkən türklərin geyindiyi ölkə əldən getmişdir.
Qısacası, türkü təmsil edən nəyimiz varsa, hamısının beşiyinin yırğalandığı ölkəmiz, Şərqi Türküstan əldən getmişdir”,- deyə hayqırırdı.

Türan Yazqanın türklərin soyqırımlarda, qətliamlarda günahlandırılması məsələsində “çarə müdafiə deyil, hücumdur” kimi fikirləri də günümüzdə öz tarixi həqiqətini yaşamaqdadır. “İnsanlığa insanlığın vəhşi tarixini öyrətmədikcə, türkləri qaralamaq üçün siyasi məclislərin səs çoxluğu kimi alçaq taktikasına son verilməyəcəkdir” deyən Turan Yazqan insanlığa düşmənlik tarixini cəsarətlə vərəqləyir:
“Amerikalılar nə etdi, neçə milyon insanı qətl etdi?
Rusiya nə etdi, neçə milyon türkü qətl etdi, neçə milyon türkü sürgündə öldürdü, neçə milyon türkü aclığa məhkum edərək yox etdi? 
Çinlilər nə etdi, neçə milyon türkü öldürdü, neçə milyon türkü ana bətnində məhf etdi, neçə milyon türkü aclığa məhkum edərək yox etdi?
Ermənilər nə etdi, yaşlı, qadın və uşaqlardan başqa kimsənin olmadığı kəndlərdə neçə yüz min məsum insanı qətl etdi, neçə min yaşlını quyulara doldurdu, neçə min qadının qarnını deşdi? Bulqarlar, serblər, ərəblər, isveçlilər, fransızlar nə etdi?” 

Bu tarixi suallarla dünyaya və türk dünyasına səslənən Turan Yazqan türk birliyinin bütün tarixi dövr və mərhələlərdəki əhəmiyyətinə, günümüzün reallıqları fonunda dəfələrlə öz təsdiqini tapmış önəminə bir tarixi hadisə fonunda diqqət yetirir: “Amerikadakı türk yürüşündə Azərbaycan, Krım, özbək, bütün türklərin yağış altında, qol-qola yürüşləri möhtəşəm və mənalı idi, lakin mənasını anlayanlara!..”İndi bu tarixi gerçəkliyin mənasını anlamağın və onu əməli fəaliyyətdə reallaşdırmağın uğurlu nəticəsi türk dünyasının hər yerində məlumdur. 

“34 milyon türkün yaşadığı Cənubi Azərbaycanda türk dilində təhsil yoxdur” deyə türk dünyasının gözünü digər bir ağır nöqtəyə yönəldən Turan Yazqan düşüncələri Azərbaycanın tarixi problemlərindən də kənarda qalmamışdır.

Bugün türk dünyasının fərqli coğrafiyalarında Turan Yazqanın düşüncələri yaşadılır. Təlim, təhsil, gənc nəslin milli ruhda tərbiyəsinə yönəlmiş Turan Yazqan fikirləri hər yeni nəslin yetişməsi ilə daha da təzələnməkdə, öz bəhrələrini verməkdə və tarixi reallığını tapmaqdadır. Bu milli fəaliyyət böyük türkçü ideoloqun “on il sonra, on beş il sonra, iyirmi il sonra artıq türklər başlarını dik tutacaqlar, dünyanın bütün gücləri üzərlərinə gəlsə belə, əsla boyun əyməyəcəklər” sözlərini hər gün daha çox tarixi həqiqətə yaxınlaşdırır. 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.