Tarix İnstitutu Zəngəzurun tarixinə dair yeni kitab hazırlayıb
31.08.21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın tarixi-etnik torpaqları olan Zəngəzura dair məqsədyönlü siyasət aparır. Bu siyasətdə Zəngəzur dəhlizinin açılması ilə birgə, Şərqi Zəngəzur adlı yeni iqtisadi rayon yaradılması mühüm yer tutur. Prezident 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində  Dövlət bayrağını uclatdıqdan sonrakı çıxışında bu iki mühüm məsələnin bir-birilə əlaqəsinə diqqəti cəlb edərək qeyd etmişdir ki, (Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu təbiidir.( Bütün bunlar Zəngəzurun tarixinə marağı da artırmışdır. 

Bunu nəzərə alan AMEA Tarix institutu Zəngəzurun tarixinə dair bir sıra mühüm nəşrlər hazırlayır. Artıq Tarix institutu Elmi Şurasının qərarına uyğun olaraq Zəngəzur tarixinə dair unikal mənbə, Zəngəzur mahalının 1832-1833-cü illərə dair kameral təsviri işıq üzü görmüşdür. Kameral təsvir Rusiya imperiyası tərəfindən iqtisadi-fiskal məqsədlə aparılan əhali qeydiyyatının bir forması idi. Buna baxmayaraq, bu mənbə orada yaşayan əhalinin nəsli şəcərəsinin bərpası, yer adları və digər məsələlər haqqında da məlumat verir. Bir sözlə tarixin bərpasında ciddi rola malikdir. 1832-1833-cü illərə aid kameral təsvir Zəngəzurun tarixi Azərbaycan torpaqları olmasını, ermənilərin köçürülməsi nəticəsində əhalinin etno-demoqrafik tərkibində baş verən dəyişiklikləri də izləməyə imkan verir. 

Kitaba Tarix institutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov ön söz yazmışdır. Kitabı nəşrə fəlsəfə doktoru Nazir Əhmədli hazırlamışdır.

Yaxın vaxtlarda Zəngəzur tarixinə dair yeni nəşrlər də işıq üzü görəcəkdir.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.