Səma Muğanna - Gözlərim sənə əmanət...

11.08.21

Avanqard.net Xalq yazıçısı İsa Muğananın nəvəsi Səma Muğannanın poetik düşüncələrini təqdim edir.







Gözlərim sənə əmanət...

Bax xatirə imiş bu məktub da... 
Bu məktub sənin deyil, ruhuna, qəlbinə əmanət etdiyim 
yaralarım, uşaqlığım, röyalarımdır. 
Sən sevdin, mənsə... 
Mənsə yenə uşaqcasına güldüm. 
Sən gizlicə sevdin, mənsə... 
Mənsə əmanətimi qorudum. 
Bu bir əmanət olan sevgidir.
Bu çox uzun yoldur, əzizim. 
Gözlərinin dərinliyində gizlətdiyin sevgi qatarın 
bir gün əlbət gələcək. 
O ağacdan asılmış kiçik şəkil budaqlarını büzüb 
ağlamayacaq, çünki onlar mənə əmanət... 
Unutmadım. 
Hər şey mənə əmanətdir, 
hətta mənə söyləmədiyin gizli sevgin belə...
Səndən tək xahişim: 
vurulduğun yaranın üstünü gözlərimlə ört. 
O yara alova bənzəyir. 
Eynən sənin sevginin alovlanıb, 
əllərində yumruqladığın həsrətə bürünmüş sevdan kimi... 
Sən bədənindən deyil, qəlbindən vuruldun. 
Sən o tarixdə, o gün vuruldun... 
Gözlərimi gizlət, başqa heç nə etmə... 
O gözlər sənə əmanət...

Bu bizim sevdamız...

Səni tanıyana qədər qaranlığı heç sevməmişdim. 
Sən öyrətdin bunu mənə, 
çünki hər zaman susqun və zülmət dolu 
küçələrdə sənin ayaq izlərini izlədim. 
Nəfəsin üstümdə olmasa da, içimdə hiss etdim. 
Əllərini tutmadım, sadəcə rəsmini çəkdim. 
Gözlərini diqqətlə izləyə bilmədim, əvəzində dənizi seyr etdim. 
Ola bilər yanımda deyilsən, lakin o gedən də sən deyilsən. 
Sən mənim içimdəsən. 
Yenə həmişəki kimi qəhqəhə çəkib gülürsən, 
bəzən də duyğulanıb ağlayırsan... 
Əlində qələm, yanında bir fincan çay, 
ya da qəhvə ürəyindəkini vərəqlərə köçürürsən... 
Film izləyirsən, musiqi dinləyirsən, 
amma bu sən deyilsən. 
Sən mənim xəyallarımda dolaşan möcüzəmsən... 
Mən isə bu möcüzənin dəlisi...


Səssizlik...

-Nədən bu qədər səssizsən?
-Çünki... Çünki dalğalı dənizin ən dərin qatlarında 
mənim yolumu gözləyən birisi var. 
İçi fırtına dolu naməlum şəxs. 
Ondan dilim lal, gözlərimsə kordur. 
Sən gəl mənə baxma-söylədi.
Qəribədir, simasında gülümsəmə yarandı, 
lakin birdən nifrət dolu baxışlarla:
-Bəlkə də o dənizdə indi məni gözləyir, 
mən isə o dalğalı fırtınanı tərk etdim. 
Artıq çox gecdir.



Qızılgülüm...

Düşünə bilməzdim... 
Bəlkə də bənzəri yoxdur bizim hekayəmizin. 
Qəlbim ağır silah olmuş, ruhum üsyan etmiş sanki. 
Mən sənsizliklə necə yaşadım Qızılgülüm? 
Mən artıq məzarda, bir kəfəndəyəm. 
Axı mən sənə toxuna bilmirdim. 
Sənin tikanların imkan vermirdi... 
Həqiqətmi sənin yaşamağın? 
Qızılgülüm, artıq peşmanam. 
Yalvarıram sənə, artıq məzardayam. 
Sənsizlik məni öldürdü. 
Danış, yalvarıram,danış.
-Adam, mən səni hər zaman sevdim, 
bunu unutma. 
Sən o qədər təkəbbürlü, kobud və acımasız idin ki... 
Səni mən öldürmədim ki. 
Sən öz əllərinlə özünü asıb, intihar etdin. 
Hər zaman üsyan edərdin. 
İçindəki o kin,nifrət, şeytan səni məhv etdi. 
Düşünə bilməzdin ki, sənin toxuna bilmədiyin 
Qızıgül bir zaman tək gül deyil, 
sənin tam qarşındakı o xanım ola bilər. 
Öz içində boğularaq öldün. 
Mən də hər zaman səndən gizlətdim sevgimi. 
Səndən gizlətdim ilk etirafımı və sən getdin. 
Artıq söyləyəcəyim bir söz qalmadı.
-Haqlısan Qızılgülüm. Məni bağışla. 
Bilirsən necə əzab çəkirəm? 
Toxuna bilmədiyim əllərin, 
həsrətlə gözlədiyim ətirli saçların... 
Bunlar mənim faciəm oldu. 
Əlvida...

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.