Könül Nuriyeva - Vurnuxma...

26.07.21

Vurnuxma...

Hüceyrə haqqında sadə məqalələrdən tutmuş, elmi kəşflərə qədər çox oxusaq da, sadə mexanizmlə artdığını, başqa sözlə, bölünərək çoxaldığını  unutmamalıyıq. İkiləşən, bölünməklə artan, xırda dəyişıklik nəticəsində xərcəngə çevrilən, normal inkişafı gedərsə, nağılvari qocalığa gətirən hüceyrələr bir yerdə dura bilməyən, sabitliyə üsyan edən, daim vurnuxan tərkib hissələrimizdir. 
On trilyon hüceyrə, sosial, iqtisadi, mənəvi, ruhi çətinliklə çarpışan, özünü mənfi hallardan kənar tutmağa cəhd edən insanın daxilində gedər-gəlməz yol qət edir və yorulmadan özündə daşıdığı əlamətləri irsi keçirir.
Biz onun xarici siqnallara anında reaksiya verməsi, bikef, yaxud şən olduğu haqda düşünmürük, yadımıza düşmür.
İkiyə bölünməli olduğu halda, dördə bölünür, yaxud ölən hüceyrələr ölmək bilmir, artır, artır, xassəsindən asılı olaraq şişə çevrilir. Nə var ki, hüceyrələr daha cəld vurnuxublar deyə.
Mən həmişə xırdalıqların tərəfini tutmuşam. Münasibətlər də kiçik nüanslarda gizlənir, xəstəliklərdə də. Paxıllıq diqqət çəkməyən balaca olaydan başlayır, qarşısıalınmayan nifrətə çevrilir. Və bu zaman insanın daxilində hüceyrələr ölür, saniyə-saniyə ölən hüceyrələr əsəbin, sevgisizliyin, qeyri- uyğunluğun, öz bacarıqlarını görə bilməməyin ağılsız nəticəsi kimi ortaya çıxır.
Adama qəribə gəlir - nizam nizamsızlığa keçən kimi, ölümcül nəticələr yaranır. Və bu daxildən qaynaqlanır deyə bilərdik. Ama, sinirə təsir edən siqnallar,  yəni kənardan gələn, işıq şüalarının hüceyrənin komfort zonasına müdaxiləsi sübut olunmasaydı... Oxuduğumu yaddaşımda saxladığım şəkildə yazım - genetik cəhətdən neyrofibromatoza meyilli siçanları gur işıqlı otaqda saxlayanda, onlarda görmə qlioması yaranır, on iki həftədən sonra isə  beyinlərində şiş olur. Onları qaranlıq otağa gətirdikdə isə  şiş kiçilməyə və görmə bərba olunmağa başlayır. Əgər işıqlı yerdə saxlanmasaydılar, şış sağalmasa da, böyüməyəcəkdi. Neyroligin zülalı işığın təsiri ilə şiş yaradır.
Qısa müddətdə işığın təsiri ilə hüceyrə bölünməsini alt-üst edən xarici qüvvənin təsiri danılmazdır. Belə olan halda kədər, fiziki zərbə, daimi danlaq, seksual şəraitsizlik olarsa, hüceyrələrin vurnuxmasını və acı nəticələri təsəvvür edirsinizmı?!
Kimsə kimi öldürürsə, ya söyürsə və bunun üçün ciddi səbəb yoxdursa, onda bu davranışın izahını necə veririk?
Səbəblər - ruh, azad iradə, " mən"in təsdiqi, xilasıdırsa, bu artıq səhv düşüncə sayılır. Əsl cavabı isə fiziki və kimyəvi qanunlara, hətta deyərdim ki, mənəvi dəyişikliyə tabe hüceyrələrdə axtarmaq lazımdır. Nə qəribədir - dəyişikliyə tabe olmaq! Beyində genetika ilə bağlı olan proseslərin, real həyatın təzyiqləri ilə biləşməsi, izahı olmayan hüceyrə fəallığının əsas səbəbdir. 
Bizə ideoloji nəzəriyyələrlə izah edilən azad iradə cinayət və zorakılıq zamanı mənasız səslənir. Bizi, ölçüsü mikroskopla güclə görünən hüceyrələr, onların daşıdığı genetik kodlar idarə edir. Bu baxımdan da biz azad ola bilmirik. Bu boyda bədən, dünyaya hökm edəcək iddiada olan zəka  xırda hüceyrələrin vurnuxması ilə özünü də, ətrafını da xaotik vəziyyətə gətirir.
Azadlıq haqda xülyalar yazıçının, nəzəriyyəçinin uydurmasıdır. Bu fikir içi özüm qarışıq çoxumuza yaxşı təsir etmir. Axı reallıq hər zaman qorxuncdur. Bədənimiz hüceyrələrin ardıcıl biokimyəvi reaksiyaları nəticəsində yaşayırsa, hər zəncirvari reaksiya özündən əvvəlkinin nəticəsi ilə sıx bağlıdırsa, hara getdi bu azadlıq?
 Seçdiyimiz geyim, yediyimiz qidaların dadı, münasibət qurduğumuz adamlar, səyahət istəyində olduğumuz yerlər də hüceyrələrimizdə daşıdığımız kodların işidir, onların idarəetməsindədir.

Niyə döyüşçü olmağa qərar verdim, niyə üzməyi sevirəm, niyə sadizmə meyilliyəm, niyə narsist olmuşam, niyə turş meyvələri xoşlamıram? Bu suallara cavab vermək olardı: istəyim budur, bunu seçmişəm, azad iradəmlə etmişəm...
Əslində istəklərimin heç birini seçmirəm, içimdə şiddətli duyğu yaranır, bu beynimdə gedən proseslərin nəticəsidir. Panik atak da bu səbəbdən yaranır. Adam beyninə ani gələn fikirdən həyəcanlanır. O fikir gəlməsəydi, həyəcan da olmayacaqdı. O fikirləri geri çəkmək, təkbaşına bunu etmək olarmı? Olar.. Başlayan kimi. İlk on dəqiqədə. Sonra gec olur və artıq düşüncələr bədəndə duyğu - emosiya halına keçir və sən panik atakın əzabını yaşamalısan. Azad olmamağın daha bir əlaməti budur.
Hətta, hansı siyasi partiyanı seçməyiniz belə azad iradənin nəticəsi deyil. Biokimyəvi proseslərin səni könüllü məcbur etməsi səbəbinə görədir. İstək, arzu və qərarlarımızı beynimizə xüsusi cihazlar qoymaqla öyrənə bilirlərsə, beyindəki neyron aktivliyi bizim azad iradəmizdən əvvəl bizi ələ verir. 
Qərardan əvvəl neyron aktivliyi, yəni minlərlə hüceyrələr hərəkətə keçir. Biz bu səbəbdən hisslərin diktə etdiyi kimi davranırıq. Məsələn, biri səni incidirsə, sonradan barışırsa və sən məntiqinlə, ağlınla anlayırsan ki, daha etməz. Ama, onunla daha əvvəlki kimi münasibət qura bilmirsən və hislərinə uyğun davranırsan. Məntiqin düzünü bilsə və səni düzgün istiqamətə dəvət etsə də...
Bu halda da hüceyrələrin fəaliyyəti güclü olan tərəfə - hislərə istiqamətlənib.
Hüceyrələri təkcə bioloji baxımdan deyil, mənəvi, ruhi baxımdan araşdırmaq nəticəsində belə qərara gəlirəm ki, " mən" deyərək həyatımızı zəhrimara döndərən o anlayış yoxdu. Əgər o yoxdursa, deməli azad ola bilərik, bəlkə. "Mənə niyə bunu etdilər, mən niyə pərt oldum, mən niyə ilk addımı atmalıyam, mən niyə uğursuzam, mənim keçmişim niyə kədərlidir?" - bu kimi saysız "mən"lərdən azad olmaq daha sərfəlidir, rahatlığa səbəb olur.
Hüceyrə mövzusuna daxil olmasa da, deyim ki, bu indinin həzzini duymağa böyük kömək olur. Çünki, "mən"imizi böyütməklə, hətta günü-gündən daha çox böyütməklə, "mən" də boğulmaq təhlükəsini gec görürük, ya heç görmürük. Bu səbəbdən insanlar kötük, heykəl, daş kimi obrazlı ifadələrin real daşıyıcıları, yəni özünəyönəlmiş xarakterli olurlar. Bu da, müəyyən mənada hüceyrələrin işidir. İbtidai dövrdən üzü bəri daşıdığı genetik kodların növbəti üzə çıxması kimi...

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.