"Qanun"dan yeni kitablar
12.07.21


ÜZÜKLƏRİN HÖKMDRI, J.R.R. TOLKİEN, İKİ QALA

Qiymət 14.90

“İki qala” – “Üzüklərin hökmdarı” trilogiyasının ikinci hissəsidir və burada “Üzük qardaşlığı”ndakı hadisələrin davamı təsvir olunub.
Moria uçurumuna düşən Qandalfdan və orklar tərəfindən öldürülən Boromirdən məhrum olmuş Üzük Qardaşlığı üç yerə ayrılır.
Frodo və Sem Mordora doğru getməyə davam edirlər. Yolda onları izləyən Qollumu yaxalayırlar. Hakimiyyət Üzüyünü bir dəfə ələ keçirən Qollum ona yenidən yiyələnməyə çalışır.
Merri və Pippin Sarumanın urukhaylarına əsir düşür, bu dəstəyə Mordorun orkları da qoşulur.
Araqorn, Leqolas və Gimli yolda Rohan Süvariləri ilə görüşdükdən sonra Fanqorn meşəsinə yönəlirlər. Və Balroqla döyüşdən qalib çıxmış və artıq Boz deyil, Ağ olan Qandalfla rastlaşırlar.
Rohanlılarla Sarumanın orkları arasındakı Dəbilqə Dərəsi döyüşündən sonra Ağacsaqqalın əmri ilə entlər Ayzenqardı viranə qoyurlar. Bu əsnada hiyləgər Qollum Frodo və Semi Şelobun yuvasına doğru aparır...

Tərcüməçi:            Samir Bulut
Redaktor:              Müqəddəs Şahbaz


NADİR ŞAH ƏFŞARIN FƏRMAN  VƏ MƏKTUBLARI

Nadir Shah.JPG
Qiymət 10.99

Kitaba Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin həm hərb tarixində, həm də siyasi həyatında silinməz iz qoymuş görkəmli dövlət xadimi və böyük fateh, Avropa tarixçilərinin “Qərbin Napoleonu” adlandırdıqları Nadir şahın fərmanları və məktubları yer almışdır. Bir qismi Azərbaycan dilində ilk dəfə nəşr edilən bu sənədlər müxtəlif əlyazma mənbələrindən seçilib toplanmışdır. Kitab nadirşünas tədqiqatçılar və tarixsevər oxucular üçün nəzərdə tutulmuşdur.

Fars dilindən tərcümə edənlər: Əkrəm Bağırov, Hacı Rauf Şeyxzamanlı
Ərəb dilindən tərcümə edən:  Minaxanım Şahbazova



KAMİLO XOSE SELA, İKİ ÖLÜ ÜÇÜN, MAZURKA

iki olu.JPG
Qiymət 9.99

“İki ölü üçün mazurka” romanında ucqar qalisiya əyalətində cərəyan edən hadisələr oxuculara kitabdakı çoxsaylı personajların xatirələri və söhbətləri vasitəsilə çatdırılır. İki yerli sakinin qətli və qatildən intiqam almağa can atan insanların duyğu və düşüncələri romanın əsas süjet xəttini təşkil edir.

Tərcüməçi:            Saday Budaqlı




Üzeyirbəy Hacıbəyli, FİTNƏLƏR QARŞISINDA

fitneler.JPG
Qiymət 7.49

Dahi bəstəkar Üzeyirbəy Hacıbəyli həm də kəskin və dəyərli publisist yazıların müəllifi kimi tanınır. Kitaba böyük sənətkarın günümüzlə səsləşən publisistik yazıları daxil edilib.

Ərəb əlifbasından transliterasiya edən, ön sözün, şərhin və sözlüyün müəllifi: Aslan Kənan




Karlos Ruis, SAFON KÜLƏYİN KÖLGƏSİ
kulýin.JPG
Qiymət 13.99

Məşhur yazıçı Tom Boyd həyatının çətin anlarını yaşayır. Sevdiyi qadından ayrıldıqdan sonra nəinki artıq yaza bilmir, həyatından belə küsərək antidepressant və sakitləşdiricilərin dumanında dərin bir quyunun dibinə doğru yol alır. Fırtınalı bir gecədə romanının qəhrəmanlarından biri yazıçını yenidən həyata qaytarmaq və onu sətirlərinə qovuşdurmaq üçün xəyal dünyasından çıxaraq real dünyaya – onun evinə qədəm basır. Və beləcə, Tom Boyd və qəhrəmanı Billi arasında gözəl və unudulmaz bir macəra başlayır.
Bir-birini xilas etmək üçün çırpınan iki ürək... Los-Ancelesdən Meksika çöllərinə qədər uzanan və Parisin kiçik bir mənzilində bitən həyəcan, kədər, sevinc və sevgi dolu bir macəra...


Tərcüməçi:            İlqar Əlfi
Redaktor:              Arzu Soltan




KAMİLO XOSE SELA, PASKUAL DUARTENİN AİLƏSİ

pskul.JPG
Qiymət 4.99

Nobel mükafatı laureatı, dünya şöhrətli ispan yazıçısı Kamilo Xose Selanın “Paskual Duartenin ailəsi” romanında sərt gerçəkliklə üzləşən “kiçik adamın” faciəsi təsvir edilib. Roman İspaniyada qadağan olunduğundan, ilk dəfə Argentinada nəşr edilib və müəllifə böyük şöhrət qazandırıb. Bu əsər ayrı-ayrı ölkələrdə yüz otuz dəfə nəşr olunub və bu günə qədər də İspaniyada müxtəlif dillərə tərcümə edilən kitabların siyahısında birincidir.

Tərcüməçi:            Saday Budaqlı



Lev Tolstoy, BALACA  FİLİP, Hekayələr

balaca.JPG
Qiymət 2.99

Bu kitaba böyük rus yazıçısı Lev Tolstoyun təbiət, heyvanlar, quşlar haqqında yazdığı
hekayələr daxil edilib.


Redaktor:             Əyyar Tahir
Texniki redaktor: Tural Zeynallı




Kerolayn Finkel, OSMANLI İMPERİYASININ TARİXİ (1300-1923)

OSMANLI.JPG
Qiymət 29.99

Nə vaxtsa müstəqil türk knyazlığı “müqəddəs müha­ribə”yə başlayıb, orta əsrlərin ən güclü müsəlman dövlətinə, ərəb­lərin bacarmadığı Bizansı işğal edən, olduqca böyük hərbi-feodal imperiyaya çevrilmişdi...  
Şərqi və Cənubi Avropanın çox hissəsini, Şimali Afrikanın əksər ərazilərini və praktiki olaraq bütün Ərəb Şərqini özündə bir­ləşdirən Osmanlı İmperiyasında ticarət və sənətkarlıq, elm və incəsənət inkişaf edib çiçəklənmişdir.  
Bəs bu qüdrətli dövləti zəiflədib dağıdan və sonda da məhv edən nə oldu?  
Osmanlı İmperiyasının yaranmasından məhvinə kimi olan uzun əsrlər ingilis tarixçisi Kerolayn Finkelin bu kitabında ətraflı şəkildə əks olunub.    


Tərcüməçi:                     Abdulhəlim Mikrağvi
Redaktor:                        Əziz Rzazadə

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.