“Azərbaycan ədəbiyyatı tarixi” 10 cildliyinin 4-сü cildi işıq üzü görüb
05.07.21

“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin dördüncü cildi işıq üzü görüb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin dördüncü cildi nəşr edilib. İnstitut Elmi Şurasının 8 aprel 2021-ci il tarixli 3 saylı iclas protokolunun qərarı ilə nəşr olunan dördüncü cild “Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər)” bölməsini əhatə edir.
656 səhifəlik kitabın baş redaksiya şurasına Ramiz Mehdiyev (sədr), İsa əbibbəyli (baş redaktor), Teymur Kərimli, Mahirə Quliyeva (məsul redaktor) daxildir. Kitabın redaksiya şurası isə İsa Həbibbəyli, Nüşabə Araslı, Mahirə Quliyeva, Fəridə Əzizova, Ataəmi Mirzəyev, Paşa Kərimov və Aygün Bağırlıdan (məsul katib) ibarətdir.
“Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər)” və Həmid Araslının “Azərbaycan ədəbiyyatının yeni bir mərhələsi” adlı tədqiqatları ilə başlayır.
Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının dördüncü – “Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər)” cildində ilk dəfə olaraq XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı milli ədəbiyyat tarixinin ayrıca bir inkişaf mərhələsi kimi təqdim olunur. XVII əsr Azərbaycan ədəbiyyatı orta əsr romantik ədəbi ənənələrindən yeni dövrün realist ədəbiyyatına keçid prosesi, hazırlıq mərhələsi hesab olunur.
XVIII əsrdə isə Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqifin və müasirlərinin simasında erkən realizm ədəbi cərəyanının formalaşmasından bəhs edilir.
Elmi icmallar və portret-oçerklərdən ibarət kitabda İsa Həbibbəyli, Həmid Araslı, Araz Dadaşzadə, Mahirə Quliyeva, Nüşabə Araslı, Əliyar Səfərli, Qədim Qubadov, Möhsün Nağısoylu, Məhərrəm Qasımlı, Aynur Xəlilova, Azadə Rüstəmova, Ataəmi Mirzəyev, Siracəddin Hacı, Paşa Kərimov, Firəngiz Xəlilova, Çingiz Sadıqoğlu, Səltənət Əliyeva, Təhminə Bədəlova, Zəkulla Bayramlı kimi alimlərin tədqiqatları yer alıb. 
Kitab “Erkən yeni dövr Azərbaycan ədəbiyyatında bədii nəsr”, “XVII əsr Azərbaycan ədəbiyyatı” və “XVIII əsr Azərbaycan ədəbiyyatı” bölümlərindən ibarətdir.
Azərbaycan, türk, fars, ərəb, rus və digər Avropa dillərində 396 sayında ədəbiyyat siyahısını və əlyazmaları Elnarə Zeynalova və Lalə Ələkbərova sistemləşdirib. Kitabda eyni zamanda ingilis və rus dillərində ətraflı xülasələr yer alıb.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.