Fərid Hüseyn “Tanımadığımız Nizami” adlı mühazirə oxuyub
16.06.21

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı Azərbaycan farsdilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il "Nizami ili” çərçivəsində növbəti onlayn mühazirə keçirib. Tədbirlər planında nəzərdə tutulduğu kimi, Aran regional filialı il ərzində Rayon Təhsil şöbəsi ilə birlikdə "Qüvvət elmdədir! Başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz...” devizi ilə "Nizami mühazirələri”nin üçüncü toplantısı 15 iyun tarixində onlayn formatda baş tutub. 

 Onlayn tədbiri Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq dövrünün bir sıra ictimai və fəlsəfi məsələlərini yüksək formada əks etdirən, Yaxın Şərq xalqları bədii idrakının zirvəsi olan, yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaradaraq dünya ədəbiyyatı tarixində yeni mərhələ, yeni bir tarixi dövr açan müdriklik zirvəsi Nizami Gəncəvi poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliğinin vacibliyindən bəhs etmişdir. O, bu məqsədlə keçirilən mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
 Sonra Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı, şair Fərid Hüseyn "Tanımadığımız Nizami” mövzusunda məruzə edib.
 Məruzədə Fərid Hüseyn Nizami Gəncəvi əsərlərinin yeni rakursdan, fərqli metodoloji sistemlərlə təhlili məsələsinə toxunub. O, bildirib ki, N.Gəncəvi yaradıcılığı ənənəvi yaradıcılıq təkamülü metodologiyası ilə tədqiq edilməməli, ədibin obrazlar sistemi sadəcə əsərlərin yazılma illəri ilə bağlı sadədən mürəkkəbə prinsipi ilə şərh olunmamalıdır. N.Gəncənin əsərlərindəki qadın surətləri vasitəsi ilə "Xəmsə”nin ideya kateqoriyalarından danışan F.Hüseyn həmin surətlərin Nizami düşüncəsinin, dünyabaxışı formulunun açılması üçün vacibliyi məsələlərinə toxunub. Eyni zamanda, məruzəçi "Sirlər xəzinəsi” əsərinin N.Gəncəvi yaradıcılığının özül əsəri olması, digər məsnəvilərinin ideyalarını adı çəkilən nümunədə icmal şəkildə əks etdirməsi kimi məsələlərə toxunub.
 
 

 Mühazirəyə xeyli sayda Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulmuşlar. Mühazirəçi böyük məmnunluqla dinləyicilərin suallarını cavablandırmışdır. Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov təhsil işçiləri adından mühazirəçiyə və onlayn mühazirənin moderatoruna təşəkkürünü bildirib.
 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.