Üzeyir Əlizadə - Taleyə düşən 5-lər       
20.04.21

55 nömrəli iş otağının qapısı üzərində yazılmış  iki qoşa beş rəqəminin sifətimin fasad landşafında  yaratdığı xəfif gülüşü  ifadə edən seqmentlərin aktiv vəziyyəti  onun diqqətindən qaçmadı.
     Diplomatlara məxsus təbəssümlə otağa daxil oluram...
     Sağ əlinin beş  barmağını adəti üzrə hansısa musiqinin ritmin tuturmuş kimi stola döyəcləyərək:
-Mənalı təbəssümün nəyi ifadə edir yenə, qardaş? Səni yaxşı tanıyıram, hər jestin, mimikan nəyəsə hesablanır. Yenə nədir müşahidənin obyekti?
-Düzünü de, orta məktəbdə inşadan neçə qiyməti alırdın?
-Ədəbiyyat müəllimim Mehdi Həsənov Allah şahididir,həmişə beşdə beş almışam. İstəyirsən telefon nömrəsin verim, zəng vur soruş.
Onun haqqında bilgilərimdən müəyyən detalları xatırlayıb yenə gülümsədim:
-Qapının üzərindəki əlli beş rəqəmi diqqətimi çəkdi. Maşallah, beş bolluğuna düşmüsən. Mən bilən, orta məktəbdə oxuyanda da jurnalda adın beşinci olub, beşdə beş almısan, beşinci sinifdəykən “Azərbaycan pioneri” və rayon qəzetində ilk dəfə çap olunmusan, otuz il Sumqayıtın beşinci mikrorayonunda beşmərtəbəli evin beşinci mərtəbəsində yaşamısan, əhli-kefliyinin ucbatından camaatın dörd ilə oxuyub qurtardığı institutu beş ilə bitirmisən. Ailənizdə on bir uşaq doğulsa da, sənin mistikan yenə öz hökmünü verib: beş uşaq qalıb. Ən böyük arzun da Bakıda beşotaqlı mənzilinin olmasıdır. Öz aramızdır, hər dəfəsində də vədələşdiyimiz yerə beş dəqiqə gecikirsən.
 Sonuncu fikrimin doğurduğu gülüşün dadı hələ damağımızdan getməmiş özünəməxsus intonasiya ilə davam edir:
-Bir halda ki belə dürüst müşahidə və analiz etmisən, onda ardını mən deyim, sən eşit. Özümə də maraqlı gəldi, bayaqdan sən danışdıqca həyatımda  beş rəqəmiylə bağlı daha nələrin baş verdiyini düşünürdüm. Uşaqlıqda aldığım fiziki travmadan  beş ay gözlərim tutulub, həkimlər məndən əllərini üzsələrdə, beş aydan sonra ayağa durmuşam. Hər gün səhər saat beşdə namaz üçün yuxudan oyanıram. İlk dəfə beş yaşımda qohumlarla birgə şəkil şəkdirən zaman bədii məntiqimi ifadə etmişəm. Belə ki, şəkil şəkdirən zaman təzə ayaqqabılarımı çıxarıb sıraya keçdim. Qohumların təbəssümünə belə cavab verdim:  “Şəkil evdə, rəfdə, albomda saxlanılır, ya da divardan asılır. Evdə ayaqqabılı gəzmək olmaz!” Hə, biri də yadıma düşdü – hərçənd, mənim üçün adiləşib – daxili orqanlarımın (ürək, qaraciyər, dalaq, mədəaltı vəz, öd)  beşi inversiya vəziyyətində yerləşir. Yəni, sağ sola, sol sağa keçib. Buna tibbdə dekstrakardiya da deyirlər. İndiyədək aldığım bütün saatlar beş dəqiqə  plyus-minus intervalında ya geriyə qalır, ya da qabağa qaçır.
   Bunları danışdıqca  öz-özümə fikirləşirəm: bu nə mistikadır, işə bax, mən də onun yaradıcılığından cəmi beş hekayəsini oxumuşam. Ssenari müəllifi olduğu beş sənədli filmə baxmışam. Öz adı da beş hərfdən ibarətdir...
   Hafiz Eynullayevi oxucular İmamnəzərli imzasıyla tanıyırlar. “Başsağlığı və doğum haqqında şəhadətnamə” kitabında özü tərəfindən yazılmış  ön söz əsl ədəbiyyat hadisəsidir – boşboğaz qələmçilərə ustad şilləsidir. Özlərini təhlilçi, tənqidçi, araşdırmaçı, ssenarist  kimi təqdim etməyə cəhddə bulunan  istedadsızların “hərşeyşünas”lıq xisləti ona yaddır.
  Hafiz İmamnəzərlinin ekranlaşdırılmış ssenariləri vətənə, millətə, dövlətçiliyimizə xidmət hadisəsidir. O, digərləri kimi, hamının oxuduğu, bildiyi, eşitdiyi hadısələri vərəqə köçürüb, elmi ada iddialılıq nümayiş etdirmir. Korlanmış  imiclərini təmizə çıxarmağa cəhd edənlərdən fərqli  olaraq əxlaq, namus, abır-həya  onun həyat kredosudur.
  Söhbətimiz Hafizin ssenarisi əsasında çəkilib  İctimai Televiziyada  yayımlanmış  erməni terrorundan bəhs edən “Cinayət və cəzasızlıq” sənədli-bədii filminə yönəlir. İxtilatımız müddətində diqqətim bu mövzuda olsa da, həm də qeyri-ixtiyari olaraq düşüncələrim Hafizin yaradıcılığına ekskurs edir.
 Bu ekskursiya barədə  yadımda qalan  bəzi təəssüratlarımı sizinlə bölüşmək istərdim.
 Hafiz İmamnəzərlinin yazı dili  Azərbaycan ədəbi dilinin şəhdi-şirəsini oxucusuna daddıran ifadə tərzində pərvəriş tapır, qulağı yormur. Qəliz terminlər belə onun qələmində həlim  tələffüzlə  lirikalaşır.  
   Onun əsərlərində fəlsəfi yükün “N” kəsiyə düşən ağırlığı cümlələrin  sıxılma və dartılma hərəkətilə yazıya bərabər şəkildə  paylaşaraq, gərginlik  müqavimətədavamlı  bədii konstruksiyaya   tabe olma həllini tapır. Müraciət etdiyi mövzularda ifadənin qramatika hesabatı fikrin  gərilməməsinə uyğun tərtib olunur.
  Hadisələri situasiya planında relyefə uyğun dəqiq oturtmaqla, bədiiliyi “asılı gətirmələr axımı” qanunauyğunluğunun filoloji deqredasiyasından sığortalamağı da bacarır.
   Əsərlərində yalançı, uydurulmuş qəhrəmanlara yer vermir, onun qəhrəmanları təbəddülatlar döngəsində tıncıxsa da, içindəki işıqdan əl çəkməyən və ölüm qabağında belə sabahı düşünən personajlardır. Qəhrəmanları bütün xəyalpərvərlikləri ilə yanaşı gerçəyin özüdür - əl yandıran həqiqət. Didaktikası formula şəklində deyil, hadisələrin mükəmməl vizuallığında ehtiva olunur.
  Qəhrəmanlarının ölüm və kosmik kodlarla bağlı anlaşılmaz ruhi vəziyətinə  bələd olmaq  üçün qələminin naviqatorluq  xidmətinindən asanlıqla  yararlanmaq mümkündür...
- Saat beşdə İctimai Televiziyada olmalıyam, beşə beş dəqiqə qalıb...
“Beş” sözü məni xəyallarımdan oyadır, fikirlərimi gerı çağırıb evə - beynimə topluyuram.
  Həyətə düşüb sağollaşırıq... O, İctimai Televiziya istiqamətində, mən isə maşına tərəf gedirəm...  Arxadan gələn səsə geriyə qanrılıram. Aralıdan uca səslə soruşur:
- Bu gün bir az tələsik oldu, nə vaxt görüşüb çay süfrəsində dərdləşək?
 Mən:
- Şəhərdə olmayacam beş gün, qayıdanda görüşərik.
Bir anlıq fikrə getdi, nəyisə hesablayırdı elə bil... Yanılmamışdım.
-    Beş  gündən sonra aprelin iyirmi ikisi – doğum günümdür.
Uca səslə - kənardan keçənlərin eşidə biləcəyi intonasiyayla:
- Təbrik edirəm! ... Neçə yaşın tamam olur?
-  55!
- Yenə 55,qoşa beş!
    Şərikli gülüşümüz  kənardakıların diqqətini  bizə yönəldir.

   Aqoniya halında olan gülüşümlə maşına əyləşib düşünürəm:
  Beşlər necə də kurşun kimi qələmə dolub,  mövzunu  nişan almaq üçün...Əla!

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.