Anar Məcidzadə - Mübarəkdir, mübarəkdir zəfərin
15.01.21

Avanqard.net şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Anar Məcidzadənin şeirlərini təqdim edir.


Qarabağın azadlıq nəğməsi

Vətən, dönüb əsgərə hər nəfərin,
Tükənməsin nə gücün, nə təpərin.
Mübarəkdir, mübarəkdir zəfərin;
Qarabağda dalğalanır bayrağın,
Azad oldu ermənidən torpağın!

Oğulların düşmən üstə yeriyər,
Pis günlərin buza dönüb əriyər.
Şuşa, Laçın min bir uğur diliyər;
Bundan sonra xoş keçəcək hər çağın,
Azad oldu ermənidən torpağın!

Dostun kimdir, düşmən kimdir bilindi,
Qara günlər taleyindən silindi.
Qovuşduğun öz obandı, elindi;
Gülür indi hər yamacın, hər dağın,
Azad oldu ermənidən torpağın!

Bu torpağa Koroğlu tək ər gəlir,
Əyilməyən, qoçaq igidlər gəlir.
Zəfərinin ardınca zəfər gəlir;
Məğlub olur sənə düşmənin, yağın,
Azad oldu ermənidən torpağın!



Yazıq Vətən

Birimiz rusa, İrana,
İşlədik türkə, Turana.
Vətən də qaldı virana,
Can, ay Vətən, yazıq Vətən!

Sevənlərin yaman azmış,
Bəlaların qaçılmazmış.
Görən bəxtini kim yazmış,
Can, ay Vətən, yazıq Vətən!

Bu torpağı parçaladıq,
Neçə yerə parçalandıq.
Vətən, sən də, biz də yandıq,
Can, ay Vətən, yazıq Vətən!

Qaytar Təbriz, Borçalını,
Dərbənd, Göyçə mahalını.
Görməyim mən pis halını;
Canım sənə qurban, Vətən!
Sən ey Azərbaycan- Vətən!



Ömür ötdü

Tanrı verən ömrü belə yaşadım,
Sevinc oldu, kədər oldu yaşıdım.
Bu dünyanın əzabını daşıdım,
Ömür ötdü, illər ötdü beləcə.

Ağladı bir gözüm, güldü bir gözüm,
Özümü yandırdı öz odum, közüm.
Aləmə yayıldı söhbətim, sözüm,
Ömür ötdü, illər ötdü beləcə.

Birim, ikim hərdən dönüb üç oldu,
Üçüm, dördüm bəzən dönüb heç oldu.
Mən tələsdim, bir də gördüm gec oldu,
Ömür ötdü, illər ötdü beləcə.

Əllər qələm tutub nəğmə yazandı,
Görən, Anar dünyada nə qazandı?
Ötən günlər soldu daha, xəzandı,
Ömür ötdü, illər ötdü beləcə.


İnsanlıq

Təmiz deyildisə insanın qanı,
Onun bir kimsəyə yanarmı canı?

Qəlbin kin olmasa, dilin də acı,
Səadət olacaq başının tacı.

Ey insan, adını şərəflə daşı,
İnsanın göylərə ucalar başı.

İstəsən həyatın olmasın talan,
Çalış ki, doğru ol, danışma yalan.

Əl uzat bir insan düşsə dərinə,
Yarı insanların xeyir, şərinə.

Aldanma sən vara, ziynətə, daşa,
Ömrünü daima şərəflə yaşa.



Sevdiyim adam

Nə yaxşı qarşıma çıxdın yenə də,
Günəşin zərrəsi - sevdiyim adam.
Mən səni görəndə gözlərim gülür,
Necə də bəxtiyar, necə də şadam.

Gözlərin həminki, səsin həminki,
Mən də tanıdığın elə həminəm.
Bilirəm sevirsən əvvəlki təki,
Buna inarıram, buna əminəm.

Dünya yaranandan sevgi də vardır,
Sevgisiz bu həyat nəyə gərəkdir?
Bəlkə də dünyaya cüt gəlir insan,
Sevilən insandır, sevən ürəkdir.

Nə yaxşı görüşdük yenidən gülüm,
Quştək qanad açdım, dəniztək coşdum.
Sən mənim qəlbimin dərinliyində;
Ən gözəl nəğməmi adına qoşdum.

Nə yaxşı qarşıma çıxdın yenə də,
Günəşin zərrəsi - sevdiyim adam.
Mən səni görəndə gözlərim gülür,
Necə də bəxtiyar, necə də şadam.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.