Rövşən Xasayoğlu - Xoş gəldin Şuşaya igid əsgərim

07.12.20











Dağın zirvəsində qartal yuvası,
Qartallar yuvaya döndü, ay Şuşam.
Türklərin illərdir namus davası,
Düşmənin ocağı söndü, ay Şuşam.

Güllə səslərində “Cəngi” duyuldu,
Dağlarım “Cəngi”ni yaydı hər yana.
Türk coşdu, qanımız qanla yuyuldu,
Qəhraman oğullar fəxrindir, ana!

Düşməni atından saldı əsgərim,
Şuşada azadlıq günəşi doğdu.
Türkün qisasını aldı əsgərim,
Azğın düşmənləri qanında boğdu.

Ordumun önündə duran tapılmaz,
Şəhitlik eşqilyə gələrlər cuşa.
Dünyada Şuşatək məkan tapılmaz,
Uğrunda can vermək şərəfdir, Şuşa.

Qorxmaz qəhramandır Türkün əsgəri,
Gavurtək uşağa əl qaldırmadı
Bozqurtdur, aslandır Türkün əsgəri,
Çaqqaltək məzara o saldırmadı.

Əsgərim, səndəki qeyrətə qurban.
Üzümü ağ edib, dastan yaratdın.
Sənə şükür olsun ulu Yaradan,
Şuşamı görməyə imkan yaratdın.

Şuşama xoş gəldin igid əsgərim,
Bu torpaq Məkkətək əzizdir bizə.
Dünyaya səs saldı azman zəfərin,
Azğın düşmənləri gətirdin dizə.

Düşməni məhv edib geriyə döndük,
Alındı gavurdan Şuşa qalası.
Tarixə yazıldı adın şanlı Türk,
Şuşamı bürüyüb bayram havası.

Minbərdən duyuldu azanın səsi,
Səmaya yayılrı “Allahu Əkbər”
Məciddə oxundu Quran surəsi,
Şükür namazında saf tutdu əsgər.

Səslənsin Şuşada ölkəmim himi,
Dahi Üzeyirin ruhu şad olsun.
Koroğlu əsəri çoşdurmaz kimi?
Bülbülün səsiylə bir də oxunsun.

Bu gün “Cıdır düzü” toy libasında,
Türklər dövrə vurub çəksinlər “Halay”.
Elə “Halay” çəkək Türk obasında,
Yallını çaldığın xatırlasın hay.

Payızda gül açdı xarıbülbülüm,
Göylərdən yerlərə gülab səpildi.
Dil açıb oxudu susqun bülbülüm,
Payız yaza döndü, bu necə sirdir?

“İsa” bulağının sel oldu yaşı,
Sevinc göz yaşında boğuldu aləm.
Cənnət Qarabağın ay üzük daşı,
Sevinc ərşə çıxdı, yox oldu ələm.

Dalğalan vüqarla üç rəngli bayraq,
Şuşamın səması çox çəkib həsrət.
Dalğalan kölgənlə öpüşsün torpaq,
Çox şükür Şüşama gəldi hürriyət!

11.11.2020.Ardahan

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.