Rocer Fritsin "Maqnit insanlar" kitabı Azərbaycanda nəşr edilib

17.11.20

Rocer Fritsin "Maqnit insanlar" kitabı Azərbaycanda çap olunub.

“Pergament” Yayın Evi tərəfindən ərsəyə gətirlən 150 səhifəlik kitabı Müşfiq Məmmədov tərcümə edib.

Kitabdan 1 parçanı təqdim edirik:
Problemləri həll edərkən nəzərə alınması vacib olan üsullar
Problem həllində aşağıdakı 7 addımı məsləhət görürəm:
Birinci addım: Problemi təyin edin. Pis xəbərləri gizlətməyin! Gizli qalan problemləri həll etmək olmur.
İkinci addım: Düzgün suallar verin. Problemi həll etmək və ya bir işi görmək üçün lazım olan bütün informasiyanı öyrənin. Bunu düzgün suallar verərək edin, yanlış suallarla deyil.
Yanlış sual – Bu xaosun səbəbi kimdir?
Düzgün sual – Sizin təklifiniz nədir?
Yanlış sual – Con və ya Syudan soruşmalıyıq?
Düzgün sual – Növbəti addımımız nədir
Üçüncü addım: Həqiqətə etibar edin, fikirlərə deyil. Əgər insanlar sizə həqiqəti demək yerinə məsləhət verərək yola verəcəklərini  düşünürlərsə, hər dəfəsində eyni şeyi təkrar edəcəklər. Sizin informasiyaya və sənəd, sübuta ehtiyacınız var. Həqiqəti öyrəndikdən sonra fikirlərə qulaq asın. Həqiqətdən əvvəl fikirləri dəyərləndirmək ölümcül xəta olar! Fikir və düşün-cələri dəyərləndirəcək çox vaxtınız olacaq.
Dördüncü addım: Bəhanələri görməməzliyə vurun. Problem yarandığında, bəhanələri müzakirə edərək vaxt itirməyin. Bəhanələri bir tərəfə qoyub problemə fokuslanın. Əgər biri sizə problemin həllinə maneə yaradıldığını söyləyərsə, ona: ”Niyə maneə yaranmasına imkan verdin” sualını verməyin. Bunun yerinə: ”Yaxsı. Bəs indi vəziyyət nədir və nə zaman həll edəcəksən?” – deyə soruşun.
Beşinci addım: Səlahiyyətlərini paylaş. Qəribə səslənə bilər, amma səlahiyyəti paylaşaraq qazana bilərsiniz. Problem yarandığında, bundan birbaşa təsirlənəcək insanlara həll tapmaqda iştirak etməyə şərait yaradın. İşin içində olanlar, problemin səbəbləri haqqında daha çox məlumat sahibidirlər. Həm də şəxsi xeyirlərinə görə – işə hakim olmaq və müvəffəq olmaq arzusu – həll yolu tapmaqda səy göstərməyə könülləri var. Problemin həlli qarşılarına hazır şəkildə sərilməz: fəaliyyətlərinə özləri qərar verməlidirlər. Əksər hallarda qarşımıza daha optimal həll yolları ilə çıxarlar. Onların təkliflərinə qulaq asın.
Altıncı addım: Əsas problemi həll edin, əsas olmayanı deyil. İlk düşüncəniz bir işə yaramasa, məyus olmayın. Sizi həllə aparacaq addımları bir-bir kağıza yazın. Birincini bacarsanız, ikinci rahatca arxasından gələcəkdir.
Yeddinci addım: Problemdən qaçmayın. Ən ciddi problemlər belə yavaş-yavaş həllini tapır!
Futbol qarşılaşmalarında tez-tez baş verən və həll tələb edən çətin vəziyyətlərdə məşqçilərin maraqlı bir həll üsulu var. Duke  Universiteti basketbol məşqçisi Mayk Krjijevski deyir: “Böyük miqyaslı dəyişiklik etmək lazım olduğunda, əlimizdəki imkanlara baxaraq bu problemi necə həll edə bilərik deyə düşünürəm. Hava günəşli, yağışlı və ya necə olursa olsun, oyunda qalib gəlmənin yolunu tapa bilərsiniz. Pessimizmlə vaxt itirirsinizsə, deməli əsl axmaqsınız”. Problemlərə münasibət tərzi hərbi akademiyada oxuduğu illərdə formalaşmışdır.
• Problemlər niyə həllini tapmır
• Əməkdaşlar müdirlərini tənqid etməkdən çəkinirlər.
• İnsanlar hazırkı vəziyyətlərini və ola biləcək vəzifə artışını xilas etmək üçün özlərini qoru-yurlar.
• Texniki mənada professionalların olmağı, məlumatsızlığını qəbul etməkdən qorxanlar üçün sakitliyə qərq olmaq səbəbidir.
• Tələsmək səhv mühakimələrə səbəb olur.
• Şəxsi anlaşılmazlıqlar, müsbət düşünməyə və həll axtarmaqda ortaq hərəkət etməyə mane olur.
• İnsanlar problemləri daha geniş perspektiv-dən görmək yerinə öz nöqteyi-nəzərlərindən baxarlar.
• Diqqəti xoşagəlməz vəziyyətə yönəltmək gər-ginliyə, qorxuya və hər iki tərəf üçün qeyri-müəyyənliyə səbəb olur.

Hər insan bir neçə dəfə müvəffəqiyyətsizliyə uğraya bilər, amma başqalarını günahlandırmağa başlayana qədər məğlub sayılmaz.
- C. Pol Getti -

Kitabın nəşr və yayım hüquqları “Pergament” Yayın Evinə məxsusdur. Nəşriyyatın razılığı olmadan kitabın təkrar nəşri və yayımı qadağandır.
© Pergament Y.E., 2020
ISBN: 978-9954-0101-0-5

Kitabı əldə etmək üçün:
Zəka Kitab Evi: (012) 599-01-54, (050) 519-04-54
Baku Book Club: (012) 489-84-69, (050) 404-91-13

-------------------------------

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.