Elnura Cavadzadə - Eybəcərlər anası
08.09.20

Məktəbi bitirən məzunlarla tez-tez əlaqə saxlayırıq. Hazırda ali məktəb tələbəsi olan keçmiş şagirdimdən ərkyana soruşdum ki, dediklərimizi unutmamısan hələ? Müəllim, siz mənəvi məsələlərə çox üstünlük verirsiniz, elə kitabınızda, yazılarınızda da. Bu isə cəmiyyətə lazımdeyil, dedi! Mənəviyyat lazım deyil ifadəsi ruhumu sarsıltsa da, o qənaətə gəldim ki, bəlkə, doğrudan da mən sivilizasiyadan geri qalmışam, müasir dünya ilə ayaqlaşmaq lazımdır. Xülasə, karantin müddətində sosial məsafənin gözlənilməsi lazım olmayan sosial şəbəkələri diqqətlə izləməyə başladım. Görüm, məmləkətimin insanı nə düşünür? İlahi, cahanda koronavirusdan da təhlükəli bəla varmış?! Xaos və özbaşınalığın hökm sürdüyü virtual dünyada hamı başını itirib. Xalqım iki qütbə bölünüb yarısı jurnalistdir, yarısı siyasətçi...

Burada elə virus tüğyan edir ki, bütün sədləri, cəbhələri yarıb keçən...Sosial məsafə nədir, ləyaqət, şərəf, əxlaq, mənəviyyat cığırını aqressiya alağı basıb. Dəhşətlisi də budur ki, cəmiyyətdə ziyalı hesab edilən (ziyalı sözü də yəqin, dominant mənasını itirib) biri hər hansı postun altında elə şərh yazır ki, adam adamlığından utanır. Yazıq Allah da, güman ki, bizdən utanıb bu bəlanı göndərdi, evlərə qapayıb eybimizi örtməyə, düşünməyə möhlət verdi?! Axı Adəm övladı həmişə Yaradanla ticarət sevdasında olub. “İlahi, möhlət ver, bu işim düzəlsin, qurban kəsərəm,” “o niyyətim qəbul olunsun, ziyarətgaha sürünə-sürünə gedərəm”. İlahi, mənə düşünməyə, ədalətli olmağa, haqqı-nahaqdan seçməyə, məzlum haqqı yeməməyə möhlət ver, qapına sürünərək gələrəm deyən adam görmüsünüzmü? Bəlkə, bu səbəbdən qurban olduğumuz gözəgörünməz gözlə görünməsi mümkün olmayan virusla dünyanı lərzəyə gətirdi. Dayanın! Düşünün! Ayılın! Covid 19-un gətirdiyi on doqquz min fitnə-fəsadın arasında “əllərinizi tez-tez yuyun” şüarını saflıq və paklığa çağırış kimi qəbul etsək də, o da əleyhimizə işlədi. Olan-qalan abrımız da barmaqlarımızdan süzülüb getdi. Yalvarıram, məni inkişaf, tərəqqi, fikir və söz azadlığı, gender bərabərliyinə qarşı cahillikdə günahlandırmayın. Əsla, mən deqredasiyanın əleyhinəyəm. Sosial şəbəkələrdəki bəzi qruplarda qadınların (pafosla səsləndirilən Azərbaycan xanımı, anası, bacısı) adından elə statuslar paylaşılır ki... Elə bil, ölkədə ailələrin qadın-kişi münasibətlərindən başqa dərdi yoxdur. Sevinc paylaşdıqca çoxalar, dərd bölüşdükcə azalar, deyiblər. Səhifə çox oxunsun deyə sevinə-sevinə o yazıları paylaşanlar bu məharətlə onların hansı problemlərini və necə həll edirlər? Sözsüz, evdar xanımların məişət üslubunda danışması qəbulediləndir, lakin müəyyən üslubi deqredasiya səviyyəsinə malik məişət sözləri qeyri-etik ifadələr, bayağı ibarələrdən ibarət deyil. Üzeyir Hacıbəylinin gözəl bir deyimi var: “Gərək şəkil elə çəkilsin ki, daha onun altında “bu atdır” sözünü yazmağa ehtiyac qalmasın.

 Bu gün virtual aləmdə 10 yaşdan yuxarı hər kəs var-o sözləri yazan anaların balaları da! Onlar bu şəbəkələrin labirintində azırlar. Cəmiyyət fərqində deyil, insanları budağından yarpaq-yarpaq salan dünyanın kim doğulur əllərində, kim boğulur sellərində... Elena yadınızdan çıxdımı? Yeniyetmə qız və oğulları ilə dil tapmağın yollarını televiziyalarda axtaran valideynlərin həyat faciəsi bizə dərs olmurmu? Müzakirələrdə valideyni, məktəbi, müəllimi qınayırlar. Amma övladlarımızı uçuruma aparan yolun başlanğıcı guya ki, ünsiyyət vasitəsi olan sosial bəladır, burada hamı hamını tənqid yox, təhqir edir. Bir-birinin dostluğunda olanlar, əslində, biri-birinə düşməndir. Volter, ilahi, sən məni dostlarımdan xilas et, düşmənlərimlə özüm də bacararam, deyimini elə bil bizim üçün fikirləşib.

   Müasir təhsilin əsas istiqamətlərindən biri də şagirdlərdə həyati bacarıqların inkişafıdır. Bizim uşaqlar isə həyati bacarıq anlayışını  “İnstagram” da paylaşılan şəkillər müstəvisində qavrayır.Yəni, düşünürəmsə varam deyil, görünürəmsə mövcudam prizmasından. Yeməyimizi, gəzintimizi, üst paltarımızdan tutmuş gecə dəstlərimizə qədər paylaşa-paylaşa hara gedirik?! Vallah, o zaman ki ən ucqar qəsəbə və kəndlərdə qız-gəlinlərimiz internetdən istifadəyə başladı “mən sevindiyimdən papağımı göyə tulladım, o gün bu gündür papağımı tapa bilmirəm”. Allah sənə rəhmət eləsin, ustad.

   Yadıma Mopassanın “Eybəcərlər anası” hekayəsi düşdü. Qadın hamilə olarkən qarnını möhkəm sarıyır,uşağı ana bətnində ikən şikəst edir. Onu oyunbazlara satan ana bu minvalla sərvət sahibi olur. Bəs bu gün övladları sosial şəbəkələrdə mənəvi şikəstə çevrilənlər nə düşünür?! “Eybəcərlər anası” adının vəhşət doğuran məsuliyyət yükünü zərif çiyinləriniz daşıya biləcəkmi,əzizlərim?                                                                                  

Elnura Cavadzadə, 
Filologiya üzrə elmlər doktoru
/adalet.az/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.