Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20

Bojidar  Proroçiç (1979) - Monteneqroda, Setinedə anadan olub. Jurnalist, publisist, tərcüməçi və şairdir; tarix, fəlsəfə, din və ədəbiyyat üzrə yüzlərlə məqalənin müəllifidir; əmək fəaliyyətinə 18 yaşındaykən ötən əsrin 90-cı illərində populyar olan "Onoqoşt" gündəlik qəzetindən başlayıb. Hal-hazırda "Vijesti", "Avlija", "Odzivi", "Kult", "Kulturişta", "Gledişta" kimi qəzet və dərigilər, habelə elektron mətbuatla əməkdaşlıq edir. "Şairin payızı" (2019) şeir kitabının müəllifidir. "Gecə çaparı"  nəsr kitabı nəşrə hazırlanır.
Bojidar Azərbaycanın dostu və Azərbaycan mədəniyyətinin və həqiqətlərinin yorulmaz təbliğçisidir. O, Podqoritsada fəaliyyət göstərən Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin Azərbaycan mədəniyyətini təbliğat təşviqat məsələləri üzrə xüsusi müşaviridir.



Bojidar  Proroçiç

Məhbus
 
Kölgələr məni tutdular,
gecə, qalanın zülmət qaranlığında
tənhalığın
çoxlu orduları yenmiş gözətçiləri  
həbs etdilər məni,
atəşli qəlbimi aldılar.
Yox, kölgə gözətçisinə
hisslərimi verəsi deyiləm,
onları əsir olmağa qoymayacam,
əlbəttə, gecə mütləq keçəcək.
Eşidirsən, gözətçi,
sən də yox olacaqsan,
sənin kölgələrin də
bu qala, bu qandallar,
ardınca sürünən  bu ordu da.
Biz gözləyərik
sabahı.
Təslim olmayacam,
dayanmayacam.



Ay işığında

Gün bitməkdədi,
gəzintiyə çıxıram təkcənə,
gecə düşənə qədər
səssiz-gizlicə gəzişirəm.
Görəsən mənə elə gəlir,
ya doğurdan da ulduzlar
arxamca düşüblər,
bəlkə mən bu gec vaxtı
şeirlə dua edirəm
və bu gecə Ay
varlığın çevrəsindəki
sirri bölüşür mənimlə-
parlaq, parıltılı sirri;
göyüzündə yazı oxuyuram:
eşqin sükanı arxasındakı
dənizçi
öz solğun,
amma gözdeşən təbəssümünü
və təkliyini gizlədir.



Eşq barədə gecə şeiri və sairə

Soruşursan, görən axı, nədir məhəbbət:
Quru sözdür, yoxsa qədim qayda və hikmət?

Xəyalpərəst hər ürəkdə onun izi var
Hər fəsildə bir ayrı cür gözlənişi var.

Masalarda badə olar ya boş, ya dolu.
Yalnız  eşqin badəsidir boşalmaz, dolu.

Tez-tez məni üzür, sıxır səbəbsiz kədər,
 Hər dəfə də söyləyirəm, hə, bu da keçər.

Bu şeiri yazdım qəmin örtüyünə mən,
Gecə atdı örtüyünü üstümə həmən.

 

 Mənim gözəl bəlam

 Mənim gözəl bəlam, dəlicə tutqum-
 Setinemin əsrarəngiz  gecələrinin birində
 cökələrin xoş ətrinin ətrafa yayılan vaxtı
 bənzərsiz gözəlliyindən məst olub
 sənə yazıram.

Gecə səni hər kəsdən gizlədir və təkcə
mənim xəyalpərəst baxışlarıma qonaq edir səni;
tənhalıqdakı uzun, sirli düşüncələr;
yenə də sən, ey mənim ilğım gözəlim, gah mənim olursan,
yenə də  gah sənin gözlərini gəzirəm bu gecə vaxtı...


Tərcümə: Səlim Babullaoğlu

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.