Dan Braunun "Cəhənnəm" romanı
24.07.20

Atakişiyeva Həcər Aslan
Bakı Slavyan Universiteti

[email protected]


“CƏHƏNNƏM’’ Harvard universitetinin professoru, romanın baş qəhrəmanı Robert Lenqdon sürətinin yaradıldığı dördüncü romandır.

    Cəhənnəm romanı Robert Lenqdonun başından vurulduğunu düşündüyü Florensiyada xəstəxanaların birində başlayır. Baş qəhrəman son iki gündə yaşadığı heç bir şeyi xatırlamır. Romanın çox bir hissəsi Florensiya ilə Venesiya tarixinə, dini yerlərinə səyahət şəklində təşkil olunub. Romanda Türkiyə dövlətinə səyahət edilir. İstanbulda baş verən hadisələr Ayasofyada, Mısır çarşısında cərəyan edir. Roman müasir ədəbiyyatda intellektual detektiv janrında yazılıb. Oxucunu yazıçı çox dəqiq təsvirləri ilə intellektual cəhətdən maarifləndirir. Romanda yaradılan Doktor Sienna Brooks sürəti əsərin əvvəlində Robertə köməklik edən, onu qoruyan kimi təsvir olunur. Romanda axıcılıq çox güclüdür, oxucu romanı oxuyarkən yorulmur. Lakin hadisələrin asan, rahat xətt ilə irəliləməsi problemlərin asan və tez həll olunması oxucuda həyəcan yarada bilmir, konflikt tez həll olur.

    Dünyadakı insan sayının günü-gündən böyüməsini, artmasını insanlığın sonu kimi görən genetika mütəxəssisi Bertrand Zobirst dünyadaki insan sayını kəskin azaltmaq üçün insanlarda sonsuzluq yaradan bir virus hazırlayır. Bu xəstəliyə səbəb olacak soloblon torbanıda Türkiyədə Yerəbatan sarayda yerləşdirir. Hər kəs dəhşət içində bu insan cəmiyyətinin sonunu gətirəcək bəlanın nə olduğunu axtardığı anda bunun çoxdan yayıldığı bəlli olur. İnsanları sonsuz edən bu virusun müalicəsi və fəsadlarının həll olunma yolları isə göstərilmir.

    Dan Braun ənənəvi olaraq, romanını çox sayda qısa bölümlərlə yazıb. Bu qısa bölmələr uzun romanın rahat oxunmasına kömək edir. Romanda professor Robertin həll edə bildiyi şifrələr insan beyninin gücünü roman boyunca göstərir, lakin bu qədər böyük, iri həcmli romanda qoyulan problemin, insanlığın sonun gətirəcək virusun tapılması çox rahatlıqla verilir, şifrələr həll olunur, lakin bu virusun aradan qaldırılması üçün heç nə edilmir və bunun yolu belə oxucuya göstərilmir. Bu da gizli bir sirr olaraq qalır. Yazıçı orta əsrlərdə insan sayını tənzimləmək üçün “vəba’’, “qara ölüm’’ kimi vasitələrdən istifadə edildiyini qeyd edir. Müasir dövrdə isə bu üsul sonsuzlaşdırma, qısırlaşdırma siyasətidir.

    Dan Braun “Cəhənnəm’’ əsərində səhiyyə problemi, təhlükəsizlik problemi, ədəbiyyat problemi, din problemi, biotəhlükə ÜST məsuliyyətsizliyi, qida azlığı, gələcəkdə oksigen yetərsizliyi problemi, kütləvi insan artımı, təmiz suyun yoxa çıxması, qlobal istiləşmə, ozon qatının dağılması, karbon qazının artması, heyvan nəslinin kəsilməsi, meşələrin məhv edilməsi, uşaq alveri, qadın ticarəti, orqan alveri, xərçəng xəstəliyi və s. kimi dünya səviyyəsində olan problemləri ətraflı qeyd etmişdir.

    Dan Braun romanda səhiyyə problemini Dr. Markoninin öz işlədiyi xəstəxanada güllələnməsi səhnəsində çox böyük yazıçı ustalığı ilə təsvir edir. Təhlükəsizlik problemi muzeydən Dantenin maskası çox rahat bir şəkildə oğurlanır. Əsərdə Ebola virusunun Afrikaya məhz xüsusi borucuqlarla gətirilib, burada xüsusi məqsədlə yayıldığı deyilir. Din problemi insanlar kilsələrə getmirdi və nəticədə kilsələr boş qalmışdı. Papaların edə bilmədiyini Dante ədəbiyyatın gücü ilə edir. Əsər boyunca xərçəng xəstəliyi ön planda olur belə ki, əsərin baş qəhrəmanından biri olan Sienna xərçəng xəstəsi idi. Qida azlığı və təmiz su problemi əsərdə Siennanın Flippinə yardım aparması hissəsində açıq bir təsvirlərlə göstərilir. Təcavüz, uşaq alveri əsərin bu bölməsində yer alır. Bu qlobal problemlərin çarəsi kimi yazıçı günəş enerjisindən istifadə, hibrit maşınlar, təkrar istehsalatı göstərir.

    Dan Braunun “Cəhənnəm’’ əsəri bütünlüklə simvolla və şifrələrlə zəngindir. Uzun dimdikli maskalardan həkimlər xəstələri müalicə edərkən, istifadə edirdilər bu zaman özlərini ölümcül virusdan qorumuş olurdular. İndi isə bu maskalar simvola çevrilib, İtaliya bu tarixi xəstəliyi və həkimlərin fədakarlığını unutmamaq üçün bu maskalardan simvol kimi istifadə edir. Dantenin maskasının üzərinə yazılmış yeddi böyük PPPPPPP hərfi yeddi böyük günaha işarə idi. Cəhənnəmdən çıxmağa üç qadın kömək edir. Müqəddəs Lusia, Beatrs, Müqəddəs Məryəm. Venesiyanın simvolu olan qanadlı şir təsvirləri ilə roman zəngindir. Başı tərsinə tikilmiş ilan saçlı qadın, gözlərinə baxanı daşa çevirən əcinə qadın burada qorxunun simvoludur. Flakonun kodunun Lenqdonun baş barmağının izi olması bunu planlı etmişdilər ki, bu iz sayəsində Lenqdonun sağ qalmaq şansı yaranırdı. Onun barmaq izi olmasa flakonu aça bilməzdilər ona görə Lenqdon onlara sağ lazım idi.

    “Cəhənnəm’’ romanı Dan Braunun uğurudur. Oxuyub qiymətləndirməyə dəyər.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.