Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
30.06.20

Atakişiyeva Həcər Aslan
Bakı Slavyan Universiteti

[email protected]

    Türk dünyasının böyük oğlu, millətinin mənafei uğrunda mübarizə aparan görkəmli mütəfəkkir, ictimai-siyasi xadim, türkçülük ideologiyasının banisi, ruslar tərəfindən adına, şəxsiyyətinə, əsərlərinə  uzun illər qadağa qoyulmuş, Azərbaycan üçün son nəfəsinə kimi mübarizə aparmış Əhməd bəy Ağaoğlu 1906-cı ilin payızında “Difai” partiyasını yaratdı. Rusların hakim olduğu bir dövrdə bu təşkilatın yaranmasını vacib edən hadisələrin əsasını 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı fəallaşması və tarixə erməni-müsəlman davası kimi düşmüş müharibənin başlaması olmuşdur. Bu hadisələr zamanı Şuşada, Naxçıvanda, İrəvanda, Qarabağda, Azərbaycanın dinc əhalisinə qarşı son dərəcə vəhşiliklə qırğınlar törədilirdi. Dinc sakinlər ermənilərin onlara qarşı bu məkirli soyqırım siyasətini duyub, ziyalı oğullarına müraciət edib, onlardan kömək istədilər. Vəziyyətin ciddiliyini görən Əhməd bəy Ağaoğlu rusların da dəstəklədiyi, bütün ermənilərin qoşulduğu ”Daşnaksutyun” terror təşkilatının əməlllinə göz yuman rusların əməlləri qarşısında xalqını müdafiə etmək məqsədi ilə “Difai” antiterror təşkilatının qurucusu oldu.

Partiyanın əsas məqsədi   Azərbaycan  xalqını  erməni  qırğınlarından xilas  etmək, həm  də  müsəlmanların  maariflənməsi  uğrunda   mübarizə aparmaq olmuşdur. Əhməd bəy Ağaoğlunun ermenilərin məkirli planını duyub “Difai” təşkilatını yaratmasının başlıca qaynaqlarından biri də onun hələ Şuşada gimnaziyada oxuyarkən erməni uşaqlarının orda təhsil alan azərbaycanlı tələbələrə qarşı qəddar münasibətləri olmuşdur. Bu acı xatirələr Əhməd bəyin yaddaşında ermənilərin əsl simalarını yaratmışdı.

    Məhz türk olduqlarına görə Şuşada gimnaziyada dörd tələbə ermənilərin təzyiqinə dözə bilməyib, gimnaziyanı tərk edir. Təkcə Əhməd bəy sona qədər onlarla mübarizə apara bilir. Şuşada uşaq olub dostlarını lazımınca qoruya bilməyən Əhməd bəy “Difai” təşkilatının rəhbəri kimi xalqını və vətənini erməni mənfurlarından qorumağı bacarır. Dahi şəxsiyyət ilk növbədə xalqına arxalandı bunun başlıca sübutu onun Gəncədə Cümə məscidində camaatla görüşməsi oldu. Xalqa ermənilərin vəhşiliklərinin qarşısının alınma yolunun yalnız milli birlikdən keçdiyini bildirdi. Əhməd bəy Ağaoğlu elə uzaq görən, dahi şəxsiyyət idi ki, o çox gözəl anlayırdı ki, ermənilərin azərbaycanlılara qarşı bu məkirli siyasətin ruslar dəstəkləyir, onların niyyəti azərbaycanlıları öz ata-baba torpaqlarından qovmaq və yaxud da öldürməkdi, buna görə də o Azərbaycanda yeganə xalqı qoruyan təşkilatı yaratdı.

    Eyni zamanda partiyanın bəyanatlarında milli azadlıq ideyaları açıq şəkildə təbliğ olunurdu. Əhməd bəy Ağaoğlu çox gözəl anlayırdı ki, ermənilərin qabağında duruş gətirmək üçün, xalqa öz torpağını, namusunu, şərəfini qorumaq üçün kömək etmək lazımdı bu şərəfli işin öhdəsindən yalnız xalqın ziyalı oğulları gələ bilərdi. Məhz buna görə də, Əhməd bəy ətrafında Ələkbər bəy Rəfıbəyli, Ələkbər və Ələsgər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli, doktor Həsən Ağaoğlu kimi şəxsiyyətləri topladı.

    “Difai” təşkilatının möhürü də xüsüsi olaraq hazırlanmışdır. Belə ki, möhürün üzərində tiyəsi yuxarı olan iki çarpaz qılınc və aypara təsvir olunub. Məsələn bildiyimiz kimi, aypara müsəlman xalqları tarixində xüsusi əhəmiyyətə malik bir rəmz kimi qəbul olunduğu üçün, ay ulduzun xristianların xaçına qarşı bir simvol kimi qəbul edən “Difai” də öz möhüründə bundan istifadə etmişdir. Bununla da mübarizənin müsəlmanların haqq mübarizəsi olduğuna və xalqının müdafiəsinə xidmət etdiyinə diqqət çəkmişdir.

    Məhz “Difai” təşkilatının mübarizəsi nəticəsində ermənilər Gəncədə kütləvi qırğınlar edib, niyyətlərinə  çata bilmədilər. Onların bütün Azərbaycan torpaqlarında qondarma erməni dövləti yaratmaq xülyaları baş tutmur. Buna görə xalqımız Əhməd bəy Ağaoğluna minnətdardı. Əhməd bəy tərəfindən "Difai” partiyasının yaradılması Azərbaycanın müsəlman-türk olan əhalisinin erməni cəlladlarının təcavüzündən və repressiyalarından qorunmasında misilsiz rol oynadı. "Difai” partiyası  ruslara və ermənilərə nümayiş  etdirdi  ki, Azərbaycan  xalqı  özü öz  taleyini  həll  etmək, lazım olduqda güc strukturlarını yaradaraq özünü  müdafiə etmək iqtidarındadır. Rusların işğalçılıq, qarətçilik siyasətinin geniş vüsət almasına imkan yaratmadığına  və xalqını qoruduğuna görə “Difai” partiyası Qafqaz canişininin  1908-ci il 4 mart fərmanı ilə ləğv edildi.  Repressiyalara məruz qalan əsasən Əhməd bəy Ağaoğlu oldu. Əhməd bəy Ağaoğlunun təsisçisi olduğu qəzetlər bağlandı, özü isə ailəsi ilə birlikdə təqiblərdən güclə qurtularaq, Türkiyəyə mühacirət etdi. Sonra “Difai” üzvləri M.Ə.Rəsulzadənin rəhbərliyi altında 1918-ci ildə müstəqil Azərbaycan Respublikasının esasını qoyanlardan oldular. Əhməd bey Ağaoğlu “Difai” təşkilatı ilə indiki müstəqil Azərbaycan Respublikamızın əsasını qoyanlardan biri olmuşdu.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.