Azad Qaradərəli - Azər Abdullanın “Qəmərlidən keçən qatar” hekayəsinin ismarıcları
26.06.20

Azər Abdullanın "Qəmərlidən keçən qatar" hekayəsini ürək ağrısı oxudum. Deyim ki, adına Ermənistan deyilən yerdə yaşayan Azərbaycan türklərinin zaman-zaman başına açılan oyunlar, "papaqlarının vurulub başlarından salınması", şərəf və ləyaqətinin alçaldılması erməni faşizminin təkcə Ermənistanı türksüz ölkəyə çevirməsi ilə sonuclanmadı, Qarabağın və ona bitişik ərazilərin də işğalı ilə nəticələnmiş oldu. Rus şovnistləri bizi ermənilərin əli ilə belə susdurmağa çalışırlar. Bu dedikələrim hekayədə (əslində bu, uzun hekayədir) tünd boyalarla verilib. Ağəli adlı gəncin, onun xanımının, körpə qızının qatarda az qala girov götürülməsi, qoca atasının alçaldılması, təhqir olunması hekayənin ən ağır səhifələridir. İş o yerə çatır ki, qatarda türk ailənin yerləşdiyi kupenin qapısını kəsən erməni dığaları onların çölə çıxmasına mane olurlar və nəticədə balaca qızcığaz həm qorxusundan, həm də tualetə gedə bilməməsi səbəbindən yerini isladır.

           Hekayədə üç detal oxucuya mühüm mesajdır: bir, əsərdə təsvir olunan soğan ləklərində (deyim ki, bu mətndə yeganə yerinə düşməyən "soğan zəmisi" ifadəsidir, soğan zəmisi yox, soğan ləkləri olmalıdır) soğanın həmin il bol olması - soğan acılıqdır, 90-cı illər ölkəmiz müstəqil olsa da, çox acılar da yaşadıq; iki, Ağəlinin atasının papağının başından salınması – bu bir Azərbaycan türkü kimi bizim şərəfimizə, namusumuza ruslara arxalanan (işə bax ki, bu hadisələr qatardakı rus sərhədçilərinin gözü qarşısında baş verir) erməni daşnaklarının ləkə vurması, bir milyonacan türkün dədə-baba yurdu Qərbi Azərbaycandan qovulmasına işarədir; üç, qatarda az qala girov götürülən bir türk ailəsinin Ordubadda Azərbaycan hərbçiləri tərəfindən azad edilməsi – zənnimcə, sonuncu ismarıc daha önəmlidir! Biz bu günə qədər dığalara çox güzəştə getdik. İrəvanı, Qərbi Azərbaycanı, sonda Qarabağı!

            Əsərdən çıxan nəticə budur: biz, azərbaycan türkləri mənliyimizi, şərəfimizi, qeyrətimizi qorumaq üçün yarımız belə qırılmağa qalsa, silaha qurşanıb torpaqlarımızı azad etməliyik...

            Onda torpaqlarımızda soğan bolluğundan başqa üzüm, ərik, şəftəli, hülü bolluğu da olar. (Əsərdə hadisələrin cərəyan etdiyi  yerlərdə Azərbaycan türkləri bağ-bağatlarında cənnət yaradaraq, üzüm, şaftalı, ərik kimi əvəzsiz dada malik meyvələr yetişdirirdilər ki, bunlara da yazıda işarələr var.) Bəlkə onda xalqımız üstünə çökmüş bu bişərəf adından, torpaqlarımız isə yağı işğalından xilas olar.

            Azər Abdullanı təbrik edirəm! Yazıçının borcu nədir? Yazmaq. Nəticəni xalq və onun əsgəri çıxartmalıdır. Əlimizdən əsamızı, başımızdan papağımızı alanlarla onların öz dilində danışmağın zamanı çatıb artıq...

            S.A.1. (Söz Ardı.)

            Mən “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” adlı romanımı bitirib çapa təqdim etmişəm. O roman müharibə romanından çox, müharibəyə çağrış romanıdır. Qələm dostumun, tale qardaşımın bu kiçik həcmli, amma dərin mənalı əsərindən də elə o çağrışı duyduğum üçün arxayın oldum. Başımızdan götürülüb atılan papağımızı qaytarıb yerinə qoymağın zamanıdır...

            S.A.2.

            Təsadüfə baxın ki, bu yazı iyunun 26-da qələmə alınıb. Qoy bu da mənim Azərbaycan əsgərinə bir ismarıcım olsun.

 
             26.06.2020
          
            /qaradereli.blogspot.com/ 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.