Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
27.05.20

Mən ölsəm içimdən öləcəm

Mən ölsəm, içimdən öləcəm,
abrıma, həyama qısılıb,
mən, çölümdən,
çoxdan ölüb qurtarmışam.
Mən ölsəm,
içimdən öləcəm, bir günəşli səhərdə,
kəpənəklərin,
çiçəkdən çiçəyə, güldən gülə,
sevinə-sevinə, uçub qonan vaxtında.
İçimə yığılan səssiz yaddaşların,
Şaman ocaqları tək, çıtır-çıtır yanan vaxtında.
Mən,
Nazim Hikmətin Gülhanə parkındakı,
Ceviz ağacı deyiləm,
udduğumuz,
bir ovuc havaya şərik çıxa,
torpağın, yurdun əsir vaxtı,
Kölgəsi,
Ağır-ağır yuxuların ağzına ötürə bizi.
Mən,
Orxan Vəlinin Qovaq ağacı deyiləm,
əl boyda yarpaqları,
canımıza gün döyüb, istisi keçməmiş,
son baharın dəryaz ağzına götürə bizi.
Mən, bəzilərinin, heç, alma ağacı da, deyiləm,
yaylağı ilə, payızlığı ilə, qışlığı ilə,
min sifəti, min üzü ola.
aldadıcı parıltıları, qızaran, ya yanan yanaqları,
ya da, solan, ilan üzü ola.
Mən,
yarpaqları beş barmaq palıd ağacıyam,
cəhrayı rəngilə payızın havasına qoşulan.
Canımın çıxan,
öləziyən yerində sobasına qoşulan.
Mən dəmir ağacıyam, kökü Ərdəbilə gedib çıxan,
gövdəsi,
çəkdiyim yük arabasının, təkərinə gedib çıxan.
Mən, ölsəm, içimdən öləcəm,
içimdəki şərqilər, sazın tellərində darana-darana,
və bir də,
içimdə bir köç havası yarana-yarana.
Mən, köçümü,
payızın qızaran, çəhrayı vaxtına,
durna qatarının,
qərib-qərib, kövrək-kövrək,
şərqi oxuya-oxuya köçən vaxtına saxlamışam.
Qanadlarından düşən lələklərlə,
taleyimi,
gecənin Ay işığına yaza-yaza.
Mən, köçümü ,
elatın, yaylaqdan aran köçünə saxlamışam,
payızını,
aram-aram, saçımın,
kipriklərimin uclarından üzüaşağı enən,
çisəyinə, çəninə yaza-yaza.
Ömürmü,
meşənin, küknar ağaclarının arasından,
qərb-qərib süzülən Günəş işiğına,
və bir də,
təbiətin yağışdan sonrakı min rəngə çalan,
Göy qurşağına yaza-yaza.
Mən, ölsəm, içimdən öləcəm,
bulaqların həzin səsi, çayların zümzüməsi,
içimdəki, yurd yaralarını,
qərib bir kövrək nəğməsiylə gözən vaxtı.
Alnımı,
səhərin mehi, öpərək sərin-sərin keçən vaxtı,
dənizin dalğaları hayqırıb,
üzü Şuşaya köksümün başını üzən vaxtı.
Mənim çölüm çoxdan ölüb,
mənim çölüm,
gördüyüm yuxuların astanasında qalıb.
Biraz içimlə yaşaya bilmişəm,
özümü, öz içimdə daşıya bilmişəm.
Onun da, mayası, biraz danüzündən,
biraz yol-izimdən süzülüb gəlib.
Biraz yayımdan,
biraz payızımdan, sozalıb, üzülüb gəlib.
Hərdən, buluda qoşulub getmişəm,
neçə ağrılardan,
neçə dərdlərdən bitib getmişəm.
İçimdə Qarabağı, Göyçəsi,
Və bir də,
Təbrizi can verə-verə.
Ululardan bizə əmanət qalmış,
ancaq, yerinə yetirə bilmədiyimiz,
son sözü, can verə-verə.
Mən, ölsəm, içimdən öləcəm.
Bu yara, qaysaq verib, gözənməsə,
durna qatarının köçünü,
payızın son baharını gözləyəcəm.
Gözləyəcəm,
və ölsəm, içimdən öləcəm.

19.05.2020


Ümid daş bağlayıb, səbrimiz üstdə

Sanki, ağaclar da, inciyib bizdən,
Şaxı, çubuqları gözləri dərər.
Oxşarsan, yarpaq da, sığaldan qaçıb,
Qamçı tək şilləsi üzləri dərər.

Elə bil canlıdı,
Qarşıda zəifi, gücsüzü seçər,
Qollar da yanına düşmüş kimidi.
Ha çalış, ha dolan, başına fırlan,
Lal olmuş kimidi, küsmüş kimidi.

Yatmaz sinəsinə verdiyin su da,
Hirsi, damcı-damcı kökündən damar.
Əsir ağaclara, xiffət çəkməkdən,
Dərdi də, çəkdiyi yükündən damar.

Nə mehə baş əyər, nə də küləyə,
Yermizə,
kininə tutulub durar.
Bizim acığmıza, yada, düşmənə,
Yerindən ox kimi dartılıb durar.

Başında, budaqda,
Oxuyan quşların şərqiləri də,
Sanki, şərqi deyil, söyüş yeridi.
Qarğa qarıldayıb, qınağa çəkər,
Demək istəyər ki,
Savaşın, yeriniz, döyüş yeridi.

Ətrini qısıbdı, gül də, çiçək də,
Üzündən, gözündən xəsislik yağır.
Neynəsin, torpağı, yurdu getmişə,
Gözucu baxır ki,
İçindən, çölündən səssizlik yağır.

Elə bil, sovrulmuş,
Su dəyirmanıyıq, külək oynayır,
Səs də, qurum tutub, körüyü çəkmir.
Ümid daş bağlayıb, səbrimiz üstdə,
Ha yonub hörürük, hörüyü çəkmir.

İçə çəkdiyimiz hava bir yana,
Yanıb,
içdiyimiz suya nə deyim.
Ömür də calanıb,
Elə, yük olubdu, gecə, gündüzə,
Doğan Günəşinə, Aya nə deyim.

Bu boyu, buxunu qamışa çəkdik,
Içimiz, çölümüz qırılıb qaldı.
Bir ovuc düşmənin nə gücü var ki,
İlan tək, yurdlara sarılıb qaldı.

Sanki, ağaclar da, inciyib bizdən,
Şaxı, çubuqları gözləri dərər.
Oxşarsan, yarpaq da, sığaldan qaçıb,
Qamçı tək şilləsi üzləri dərər.

23.05.2020.


Adamları, gözləyirmiş, çöl-bayır

Adamları, gözləyirmiş, çöl-bayır,
Havanın da, rəngi-rufu, qayıtdı.
Meh dolandı, ürək açdı, sevindi,
Dustaq olmuş, hal-əhvalı, oyatdı.

Səma açıq, üz-gözündə təbəssüm,
Yaşmaq altdan Günəş kimi, gülümsər.
Dağlar çənsiz, dağ olmaz ki, çəni var,
Şehi daşdan, yaşıl otdan, gülümsər.

Baxça, bağda ala qarğa, var-gəldə,
Bülbül qonub qızıl gülə, oxuyur.
Azadlığın rəngi necə, xoşuymuş,
Çeşid-çeşid könül, xalı toxuyur.

Gün uzandı, ömür gəldi, ömürə,
Arzuların ağzı açıq güneyə.
Köksüm alda, neçə şərqi oyanıb,
Düyünləndi bayatıya, tər neyə.

İstiləndi quluncumun hər tini,
Yel oynadı ağ saçımda, telimdə.
Sinirlərim, zəncirindən toxdadı,
Qantarğası, zər yüyəni, əlimdə.

Adamları, gözləyirmiş, çöl-bayır,
Havanın da, rəngi-rufu, qayıtdı.
Meh dolandı, ürək açdı, sevindi,
Dustaq olmuş, hal-əhvalı, oyatdı.

18.05.2020

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.