Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20

Tam təsadüfdən Rasim Qaracanın özünün yubiley yaşına hədiyyə etdiyi “Mənim həyatımı yaz” kitabını çağdaş fransız yazar, Rasim Qaracadan 7-8 yaş gənc olan Maksans Ferminin “Qar” romanı ilə eyni vaxtda oxudum. Daha dəqiqini, “Qar”ı bitirib, keçdim Rasimə...

Bir-birindən tamamilə fərqlənən üslub və janrlarda qələmə alınmış bu iki kitab həmişəki qənaətimi bir daha dərinləşdirdi: Sadə yazmağı bacarmaq lazımdır!

Doğrudan da zaman-zaman “Mənim həyatımı yaz” deyən çoxlu insanlarla qarşılaşmışıq. Analoji halda şəxsən mənim cavabım belə olub ki, həyatı hekayə, roman olmayan insan yoxdur, əsas onu yazmaq, yaza bilməkdir. Məşhur deyimdəki kimi: maraqlı hadisə yoxdur, onu yaza bilən müəllif var.

Rasim Qaraca adi insanların ilk baxışdan adi görünən əhvalatlarını qələmə alıb və nəticədə nağıl dili ilə anladılan səmimi mətnlər ortaya çıxıb.

Rasim bəy kitaba topladığı hekayələri “postmodern hekayələr” kimi təqdim edib. Doğrudan da elə ilk hekayədəncə yeni yanaşmanın bir neçə keyfiyyətini görürük: obrazın təhkiyəni müəllifdən alması, müəllifin obraz kimi çıxış etməsi. Daha sonrakı mətnlərdəki gözlənilməz keçidlərqəsdən yaradılan primitivlik, xaotik vəziyyət, ötərilik, şübhəçilik, kəskin ironiya və s.

Mövzu rəngarəngliyi, sosial problemlərin qoyuluşu, müasir təsvirlər, kəndin və şəhərin tamamilə müasir effektə üzə çıxması kitabı bir az da cana yaxın edir.

Misal üçün, “Kəpənəkli günlər”, “Dördüncü sərnişin”, “Sevgilim yox olub”da qeyri-adi romantik əhval varsa, “Nilufər”, “Şahanə”, “Dünyanın ən qorxusuz yeri”, “Şair Mazan Şələqulaq”da sərt realizm adama tərs şillə kimi dəyir.

“Yağışla gələn qız”, “Çaqqalla görüş” kimi həm romantikanı, həm reallığı öz içində qovuşduran hekayələrə də rast gəlmək olur.

“Kor pişiyin qovulması”nı eynən məşhur “Balaca qara balıq” kimi sosial-siyasi alleqoriya kimi oxudum.

Kitab “Lazımı gözləyərkən” birpərdəli komediya ilə bitir. Samuel Bekketin Qodosuna zərif bir göndərmə edən bu kiçik pyesdə nələr yoxdur? Müasir Azərbaycan insanı, onun üzləşdiyi sosial və fərdi çətinliklər, ən qəliz anda belə zarafat hissini itirməmək, karnaval estetikası, qəsdən yaradılmış qarışıqlıq, söz oynatma, mübahisə-məşvərət və s.

Təbii, kitabdakı hekayələr kimi kiçik olan bu yazımda məqsədim tənqidi və təhlil deyil, sadəcə təqdimatdır. “Mənim həyatımı yaz”ı mütləq oxumaq lazımdır.

Sözün mənfi mənasında yazıçı iddiası hiss olunmayan bu mətnlər adını çəkdiyim Maksans Ferminin “Qar”ı ilə sadəliyinə və yığcamlığına görə səsləşsə də, onun kimi uzaq Yaponiyanın deyil, bizim hekayələrimizdir. Hər gün başımıza gələn, şahidi olduğumuz, eşitdiyimiz, lakin yazmaqdan çəkindiyimiz hekayələr. Sadəliyin içində düşündürən hekayələr... /Kulis.az/

Gallery

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.