Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20

İosiflə Məryəmin oğlu, bütün insan övladları sayaq, anasının qanına bələnmiş, hər yanı selikli  və öz əzabını dinməz çəkən  məxluq kimi doğuldu. Joze Saramaqonun bu cümləsi kitabın heç bir dini kitabdan doğmadığını oxucuya bildirmək üçün kifayət edərdi.

İosif günahsız doğulmuş oğlunun halına acıyaraq düşünürdü: "Uşaqlar həmişə onları əkmiş atalarının və bətnində yetirərək, həyata gətirən analarının ucbatından ölürlər, zira doğulmasaydılar, ölməzdilər". Və bu fikri bu gün ailələrdə, cəmiyyətdə məhz valideynləri tərəfindən psixoloji və mənəvi olaraq, hər gün yavaş-yavaş öldürülən uşaqlara da aid etmək olar. Hirs-hikkəsi,  "evdə böyük mənəm" ədası, qısqanclığı, "qaydaları pozmaq olmaz"ları, ənənələrdə boğulması, kiflənmiş məhəllə, oba, qonşu qınaqları valideynlərin "nə deyər"ləri ilə birləşəndə, eyni problemlər min il əvvəlki kimi bu gün də aktualdır.

Saramaqonun qəhrəmanı ölümü necə ifadə etmək lazım gələndə tərəddüd etmir və deyir ki, ağlasığmaz ifadəmə görə üzr istəyirəm, təxminən, zamanla məhdudlaşdırılmış bir ölüm veriləcək və bu ölməzlik artıq bizimlə olmayan insanları nə qədər xatırlayırıq, nə qədər seviriksə, bir o qədər də davam edəcək.

"İsanın İncili" əsərində Tanrı haqqında düşüncələr oxucunu dəfələrlə və hər dəfəsində daha mənalı şəkildə, buz kimi suya salıb çıxardır. Düşüncələrində yenilik, uşaqlıqdan Allah haqqında beyninə qoyulmuş manqurt fikri dəyişmək istəyi, "dərk et və sev" kimi özünü araşdırma ideyaları aşılayır. Məsələn, "əgər Tanrı, həqiqətən bütün məxluqların, həm heyvan, həm insanların atasıdırsa, bu qırğına necə sevinə bilər?" Burada məbəd təsvir edilir, paklaşma mərasimində göyərçinlərin, günahsız heyvanların qanı axıdılır.

Qan və paklık bir qütbün ən uzaq tərəfləri deyilmi?

Məryəmin təmizlənməsi göyərçinin başının üzülməsi ilə icra edilir. Əsl təmizlənmədən isə söhbət gedə bilməz. "İnsanların, xüsusən də qadınların buna ümid bağlamaları tamam mənasız şeydir, söhbət yalnız ondan gedir ki, qadın doğuşdan bəri bəlli müddətini başa vurub, artıq hər şey əvvəlki kimidir, yer üzündə iki göyərçin azaldı, bir oğlan artdı". Elə isə əsrlərdir, dindar heyətin adi insanları aldatma səbəbi nədir, insanlar niyə belə səylə aldanmaq istəyirlər?

Ruhun nicatı, şüurun sağalması göyərçinin ölümü ilə olurmu, bununla özünü aldatmaq gülünc deyilmi?

Əsərdə sevgi motivləri azdır, bu azlığı Saramaqo belə ifadə edir: "Sevgi kəlməsini ifadə etməyə söz tapılmır, məsələ ondadır ki, söz nə qədər desən var, amma sevginin özü yoxdur".

İosif Tanrı ilə eyni əzabı çəkir, dülgərin evi, həyəti uşaqla doludur, amma adama elə gəlir  ki, bu həyət də, bu ev də bomboşdur. Əgər "Tanrı heç vaxt yatmır" ifadəsi dillərdə gəzirsə, bizi maraq götürür və ona "niyə yatmır" sualını verməyə müəllif özündə güc tapır. Əgər yatmırsa, Vifliyemdə  iyirmi beş uşaq qılıncdan keçiriləndə, o, oyaq  qalıb nə edirdi? - biz oxucu olaraq bu sualı düşünürük.

Qadın olaraq, bizə ən çox toxunan romanda qadına  münasibətdir, əslində, İosifin Məryəmlə davranışıdır.

Uşağını dərsdən götürən Məryəm onun təhsildəki uğurları ilə maraqlanmaq ixtiyarına sahib deyildi. Məktəbin müdiri demişdi ki, qanunu qadınların ixtiyarına verməkdənsə, oda atmaq yaxşıdır, bizim məqsədimiz qadına yerini göstərmək, dəyərsizliyini yaddan çıxarmasına imkan verməməkdir.

İosif isə Vifliyemdə körpələrin qətlinin qarşısını ala biləcəyi gündən, arvadı Məryəmin yanına belə tez-tez və həvəslə girirdi, sonrakı nəticələr barədə düşünmürdü, ona mənəvi ağrı verən vicdan əzabından canını qurtarmaq üçün arvadını alətə çevirmişdi.

Qadına soruşmaq icazəsi verilmirdi, ancaq qulaq asa bilərdilər. Burda qadınlar dinməzcə ağlayırdılar, göz yaşlarını udmağı öyrənmişdilər. Saramaqo yazır ki , "onlar elə güldükləri qədər ağlayırlar, amma  bu, heç də düz deyil, çünki gülüş cingiltili, göz yaşları laldır".

Qadınlar  özlərinə qarşı biganə idilər, özləri üçün heç idilər, heçlikdə isə - nə yaxın, nə uzaq - gözə dəyəsi heç nə olmur, axı olmayan şeyə necə zilləyəsən gözünü?! Düşünürük ki, bugünkü hadisələrə nəzər salsaq, bu uzun müddətdə qadının özünün özünə münasibəti tam mənası ilə dəyişməyib.

Yazıçı roman boyu Tanrı ilə izahat mübadiləsindən əl çəkməyib. Qadının durumunu dəqiq verib. Özünüdərkdə Hesseni xatırladıb. Zalım çarı, həyatını seçmək üçün yola çıxan gənci, gizli vicdan əzabının qovurduğu atanı və roman boyu susaraq danışan və bizə görə ən dərin xarakterə malik ananı oxucuya öz istədiyi kimi çatdırıb.

"Mələklərin əlindən  çox işlər gəlsə də, gücləri sonsuz deyil - bu cəhətdən onlar Tanrıya bənzəyirlər - bizi ölümdən əbədilik qoruya bilməzlər".

"Tanrım, elə bir gün gələcəkmi, yanımıza gəlib, öz övladların qarşısında günahlarını etiraf edəsən?" - sualını verən yazıçı  Tanrıya inanıb-inanmamaq, dua ilə bəladan uzaqlaşmanın  mümkün, ya mümkünsüz olması seçimini bizim ixtiyarımıza buraxıb, həm də özü get-gəllərdə qalmayıb, qəti fikri var, amma söyləməyib oxucuya. Demək istəyib ki: həm özünüzü aydınladın, həm mənim gizli saxladığımı tapın!

Çoxsaylı suallarımıza cavab üçün bu kitabı oxuduq, amma yazıçının sualları daha çox idi və Saramaqo bizi hər sualı ilə daha da şübhələrə saldı. Məsələn, elə bu məqam üzərində düşünə bilərsiniz:

- Niyə Pərvərdigar İsaakı xilas etmək istədi və niyə günahsız körpələrdən ölüm təhlükəsini kənarlaşdırmaq üçün heç nə etmədi və  o körpələr elə Avraamın oğlu kimi günahsız olsalar da, Tanrı dərgahında özlərinə mərhəmət qazanmadılar?

Bu günümüzlə həmahəng səslənirmi?

/525.az/

Yenililklər
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.