Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında

10.02.20

Fərid Hüseynin “Hər kəsin öz eşqi” kitabı haqqında.

Mənə çox kitab hədiyyə olunur, xasiyyətimə uyğun kitabları sevə-sevə oxuyuram. Ən çox kitab hədiyyə aldığım şəxslərdən biri də Fərid Hüseyndir. Fəridin rəhbəri və redaktoru olduğu "EŞQ" kitab seriyasından çap olunmuş kitabların, bəlkə də, hamısı məndə var. Sözümün canı "Eşq" seriyası deyil, "Hər kəsin öz eşqi" kitabıdır.

"Kaspi nəşrləri" seriyasında 2017-ci ildə çap olunmuş kitabdan danışacağam. 15 yerli iki türkiyəli, bir Serbiyalı olmaqla, 18 kişi yazarın eşqini dindirib müəllif. Yəni, həmin şairlərin ömür-gün yoldaşlarından müsahibə alıb. Haqqında danışdığı şairlərin müxtəlif illərdə, fərqli-fərqli yerlərdə, başqa-başqa adamlarla və ailələri ilə çəkdirdikləri fotolarını da kitaba daxil edib. Müsahibələrlə bağlı xeyli qeydlər etmişəm, onları oxucularla bölüşəcəyəm.

Əli Kərimin o dövrün gənc yazarlarında biri haqqında "İntellekt və poeziya " adlı məqalə yazıb. Həyat yoldaşı Elza Xanım həmin yazını oxuyub deyib: bu cavan oğlanı elə tərifləmisən, elə bil, səndən yaxşı yazır. Mərhum şairimiz övladlarının anasına sərt-sərt baxıb və deyib: “O nə sözdü?! Cavanlar məndən yaxşı yaza bilməz?! Həyat davam edir, bizdən sonrakılar bizdən yaxşı yazmalıdırlar. Ruhu şad olsun!”

"Sevgili" daha doğma sözdür... – Nüşabə xanım V.Səmədoğlunun haqqında elə bil rahat danışa bilmir, sanki qəhər boğur onu. Növbəti müsahib xanım deyir: "Mən onun mənəvi dünyasından ayrıla bilmirəm". Müsahib Vaqif Bayatlı Odərin vəfalısı Tamam Bayatlıdır...

Fikrət Sadığın ömür-gün yoldaşı Sevil xanım bütün suallara hər kəsin başa düşəcəyi şəkildə qısa və səliqəli cavablar verin. Hətta vaxtsız dünyasını dəyişən oğulları barəsində danışanda dərdlərinə ağlayaraq deyil, düşünərək şərik olur adam.

"Allahla belə danışmaq olar"? Sualı öz-özünə verən Fikrət Qocanın dəyərlisi Raya xanımdır "Onsuz da, mən itirdiyimi itirmişəm"... cümləsini Nüsrət Kəsəmənlinin baştacı Rahilə xanım Kəsəmənli deyir.

"Onun haqqında dediklərim tərif deyil" deyir bu xanım. Mənsə bunu tərif kimi qəbul edirəm. Çünki Sabir Rüstəmxanlı tərifə layiq kişilərdəndi.

"4000 manatlıq arzu"... – Bu arzu Adil Mirseyidi uca tutan xanımı Nüşabə xanımın arzusudur. Ağdaş musiqi məktəbindəki muzeydə Ağdaş ziyalılarının büstlərinin yanına A.Mirseyidin də büstünü qoydurmaq istəyir.

"Evdə ağlamağı yığışdırmışam" – Mərhum şair Fərhad Metenin yadigarlarının anası Hicran xanım danışıb...

"Qoy hər şey onun arzuladığı kimi olsun – şair Qismət Rüstəmovun həyat yoldaşı İlahə xanım deyib...

"Onunla bərabər qəlbimi, ruhumu itirdim"... – Bütün dünyada yazıçı kimi tanınan şair Milorad Paviçin xanımı Yasmina Mixayloviç dilə gətirib.

Biket İlhan həyatlarında olanlardan bir nəçə əhvalat "Hər kəsin öz eşqi"nə həkk olunub, kədəri çox, sevinci az...

Fərid Hüseyn bu kitab yalnız dünyasını dəyişmiş şairlərin xanımlarından müsahibə almayıb, həm də yaşayan şairlərin vəfalıları ilə danışıb. "Hər kəsin öz eşqi" kitabını nə boyda zəhmətlə başa gəldiyini bilir və ona uğurlar arzulayıram...

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.