Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
24.12.19

Avanqard.net Gülbala Dadaşın şeirlərini təqdim edir. 


GöYəRçİn üRəYi   

Bir dağların duman,  
Bir də səhər küləyi.
Bir qarışqa yüküdü, 
Bir göyərçin ürəyi.

Dan sökür qaranlığı, 
Gecənin acığına.  
Minlərlə göz tikilib, 
Gözümün işığına. 
 
Sonsuz dərya gizlədib, 
Özündə bu adanı. 
Alan da yox, satasan, 
Bir baxışa qadanı.  

Gəzir dərin quyuda, 
Ataların baxışı. 
Sudgölünü coşdurur, 
Anaların qarğışı... 
    

Qəzəl
                  <<>>
Sorma əl boyda bu qəlbim necə dünya oldu,
Onu dünya eləyən, ondakı seda oldu.
              <<>>
Qədəmin qoydu hara, cənnətə çevrildi ora,
Bu cəhənnəm bu səbəb cənnəti-meva oldu.
              <<>>
Məni eşq içrə onun surəti cəlb eyləmədi,
Məni surət eləyən, ondakı məna oldu.
              <<>>
Mən o dünyanı bu dünya eləyəndən özümə,
Məndən ötrü biri xülya, biri röya oldu.
              <<>>
Onu öz xəttim ilə talehimə yazdım özüm, 
Onu məndə yaşadan bir neçə misra oldu. 
              <<>>
Sol günah, sağ isə səhf, qarşı qüsur, arxa xəta,
Damla-damla yığılıb bir yerə dərya oldu.
              <<>>
Dadaşı ayrılıqın qoymadı yetsin vüsala,
Oda Fərhad kimi Məcnun kimi rüsva oldu.
             <<>> 



(ÖLÜMə SəMİMİ ETRAF)

Cavan da deyirəm sənə,
Qoca da deyirəm.
Alçaq da deyirəm sənə,
Uca da deyirem...
Deməmişəm, demərəm də,                                         
Məndən  əvvəlkilərin
dediyini  sənə!


 (ÖLÜM MəLəYİNə)

Gözlənilən də olursan,
Gözlənilməz də!
Dözümlüdə olursan,
Dözünülməz də!
Məndən əvvəl də belə olmusan,
Məndən sonra da olacaqsan!
"Qurdla qiyamətə qalacaqsan!"
Bahar da demişəm,
Payiz da deyirəm sənə! 
Qış da deməyə, hazırlaşıram,
Hardasa razılaşmıram səninlə,
hardasa razılaşmıram!
Bütün qatillərin "ağsaqqalı" sənsən!
Ağılagəlməz qətillərin sifatişçisi olduğunu bilirsən ki, bilirəm!
Qarabağ da gedirsen, 
Ordan uzağa da!
Sənə "allahın oğlu" qənim olsun!
Birişini iki etsin,
Sonra getsin -
Allaha sari.
...üzü-yuxarı,
Suyun üstüylə!


(ÖLÜMə)

Dediklərimi az bilsən,
Elə bilərsən ki, 
heç nə deməmişəm sənə...
Məndən sonra gəlib sənə "yaxşı" sözlər deyənlərə yollayıram  sənə demədiklərimi,
Məndən əvvəlkilərin Hacıqara olduğunu bilməməlidilər!

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.