Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"

26.11.19

İnsan övladının əsrlərdir müxtəlif yollarla cavabını axtardığı bir sual var: "Həyatın mənası nədir?" Hər kəsin bu suala verəcəyi bir cavab var, sözsüz ki. Onları aşağı-yuxarı təxmin etmək elə də çətin deyil: həzz almaqdır, hər şeyə rəğmən yaşamaqdır, sevməkdir, yaratmaqdır və sair. Lakin çox az insan öz cavabını əsaslandıra, dediklərinin arxasında dura bilir.

Avtomobil qəzasında ölməyi absurd, mənasız hesab edən, amma sonda cibində qatar bileti ilə elə avtomobil qəzasında ölən Alber Kamü üçün həyat boşluqdan, cəfəngiyyatdan başqa bir şey deyildi. Kamünün həyatı "cəfəngiyat", "mənasızlıq"la eyniləşdirərkən nəyi nəzərdə tutduğunun üzərində dayanmaq lazımdır.

Öncə onu qeyd etməliyəm ki, Alber Kamü cəfəngiyyatı (mənasızlığı), insanın halı, dövrün geniş yayılmış həssaslığı və həyata yüklədiyimiz mənaların öz şüurumuzdan başqa heç yerdə mövcud olmadığını dərk etdiyimiz zaman keçirdiyimiz hiss kimi tərifləndirir. Bütün əsərlərində insanın varlığının mənasızlığını qabardan Kamü, "Sizif əfsanəsi"ndə həyatın cəfəngiyyatdan başqa bir şey olmadığını daha dərin şəkildə ortaya qoyur.

Xatırladım ki, Sizif yunan mifologiyasında tanrılar tərəfindən sonsuzadək  böyük qaya parçasını dağın zirvəsinə qaldırmağa məhkum edilmiş kraldır. Zirvəyə çatdıqda işə qaya parçası aşağı diyirlənir və Sizif onu yenidən zirvəyə qaldırmalı olur. Alber Kamü insan övladını Siziflə müqayisə edirdi - sonsuzadək həyatı (qayanı) zirvəyə qaldırmağa çalışan insan. Yaşadığımız monotonluğu, dejavü kimi təkrarlanan gündəlik ritualları gözönünə gətirsək, həyatın bundan gözəl tərifi, bənzətməsi ola bilməzdi. Sizif adının "sophos" (müdrik) sözü ilə eyniləşdirildiyini nəzərə alsaq, deyə bilərəm ki, mürdiklər belə bu cəfəngiyyatdan yaxalarını kənara çəkə bilmirlər.

İnsan dilə gətirməsə də, həyatın gözəl olduğunu vurğulasa da, əslində, onun cəfəng, mənasız olduğunu bilir, amma Sizif kimi eyni şeyi təkrarlamaqdan, yaşamaqdan başqa əlindən bir şey gəlmir. Albur Kamünun da dediyi kimi, bu halımızı görmək, dərk etmək, amma ona qarşı heçnə edə bilməmək necə də qəribədir.

Bəzən insan bu cəfəngiyyatdan qurtulmaq üçün ölümü seçir. Həyat insanı öz mənasızlığı ilə qorxudur. İnsan isə bu qorxudan ya ölümü ilə, ya da həyata yarınmaqla (başqalarına, heyvanlara, təbiətə qayşı göstərməklə, sevməklə, sevilməklə və s.)  yaxa qurtarmağa çalışır. Amma bu, çıxış yolu deyil. Bu nöqtədə atılacaq ən doğru addım həyata onun mənasızlığından qorxmamağı göstərməkdir. Kamü bunu belə ifadə edirdi: "Həyatın cəfəngiyyat olduğunu bilən insan bu cəfəngiyyatı "qucaqlamalıdır".

Ona sarılmalı və onunla yaşamağı bacarmalıyıq. Bununla o qorxuya meydana oxuya və həyat qarşısında dik dayana bilərik. İnsan övladı nə olursa-olsun cəfəngiyyatı canlı saxlamalıdır: "Yaşamaq, cəfəngiyyatı canlı saxlamaqdır. Onu canlı saxlamaq isə  hər şeydən əvvəl onu ən dərin şəkildə düşünməkdir. Cəfəngiyyat yalnız biz ona üz çevirdiyimiz zaman (qucaqladığımız) yox olur. Elə buna görədir ki, nadir fəlsəfi pozisiyalardan biri də üsyandır. Bu insanla, onun bilinməzliyi, gizliliyi arasında davamlı üzləşmədir. Dünyaya hər keçən an təkrar meydan oxumaqdır".

"Cəfəngiyyatın qaynağı nədir?" sualına Kamü əminliklə "şüur", deyə cavab verir. Şüurumuz və varlığımız arasındakı münasibətlərin nəticəsi kimi cəfəngiyyat yaranır və biz həyatın da elə olduğunu dərk edirik. Şüur elə insanın özü olduğundan deməli insan özü də cəfəngiyyatdır. "Cəfəngiyyat insanın özüdür. Hər şeyi əldə etmək, hər şeyi yaşamaq istəyən bu fərd, boş cəhdlərin, gücsüz inadların və mənasız ziddiyyətlərdən ibarətdir", - deyir Kamü. Bu düşüncəni açaq: İnsan şüurun köməyi ilə həyata qarşı hansı mövqə sərgiləyəcəyini, baş verənləri, digər insanları necə mənalandıracağını düşünməyə başlayır. Bu nöqtədə şüur dərk edir ki, həyata, insanlara yeni mənalar yükləmək uğursuz cəhddən başqa heçnə ifadə etmir. Bir sözlə, həyatın cəfəngiyyat olduğunun fərqinə varır. Yuxarıda qeyd etdiyim həyatın, insanı cəfəngiyyat olması ilə qorxutması məsələsi ortaya çıxır. Yeni mənalar qazandırmağın itirilmiş zaman, boş cəhd olduğunu bilən şüur (insan), varlığının yoxolma təhlükəsi qarşısında olduğundan şübhələnməyə və zamanla çarəsizliyini qəbul etməyə başlayır. Varlığının yox olmaq təhlükəsi qarşısında şübhəsinə isə ona görə qapılır ki, var olmaq həyata məna verən şeyləri reallaşdırmaq deməkdir. Cəfəngiyyatı görən və qəbul edən insan, reallaşdırmağa çalışdığı şeylərinə onun içinə daxil edərək çarəsizliyə yuvarlanır.

Çarəzislik isə onu həyatın quluna, oyuncağına çevirir. Sadəcə bu çarəsizliyi "qucaqlayanlar" həyat qarşısında dik dayana, köləlikdən xilas ola və hətta azad yaşaya bilir.

"Həyatın mənası nədir?" sualına verdiyimiz cavablar o zaman həqiqət və doğruluq payı daşıyır ki, həyatın cəfəngiyyat, özümüzün isə onun qarşısında çarəsiz olduğumuzu təkcə dərk etmir, həm də həyatı bu xüsusiyyətinə rəğmən "qucaqlaya" bilirik. /525.az/

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.