Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
10.07.19

Səbirsizliklə iftar vaxtını gözləyirdim. Uşaqlıq xatirələrim bir-bir gözlərimin önünə gəlirdi. Nədənsə, uşaqlıq barədə xəyala dalanda iki şey gəlib durar qarşımda: biri nənəm, biri də nənəmin dediyi nağıllar.

İndiyə qədər kifayət qədər nağıl kitabları oxusam da, nənəmin dilindən eşitdiklərimin təsiri daha çox idi. Yəqin ki, o da bunları öz nənəsindən eşidib, nənəsi də nənəsindən...

Zamanın qaranlıqlarından süzülə-süzülə gələn, get-gedə zənginləşən, sehr pərdəsinə bürünən bu nağıllar nənələrin ruhuna, deyim tərzinə daha yaxın olduğundan onlarda eşitdiklərimiz heç vaxt unudulmur. Amma...

Amması odur ki, rabitə qırılıb, əziz oxucu!

İndi nə nağıl deyən var, nə qulaq asan. Nağıl adına quraşdırılan cizgi filmlərinin isə olmağından olmaması məsləhətdir.

Üçbucaq, dördbucaq formalı başı, əcaib quruluşlu bədən forması olan insan və heyvan personajları gələcək nəslə nə verə bilər?!

Qatarlar danışır, oynayır, daşlar oxuyur, qaçır... Nə bilim nələr, nələr! Bunlara baxan uşaqların təxəyyülü necə formalaşır?

Uşaqlığımda qulaq asdığım nağılları yada saldıqca bir həqiqət aydın oldu. Özüm də heyrətə düşdüm ki, bir vaxtlar mümkünsüz görünənlər, indi artıq nağıl deyil.

Artıq yeni nağıllar lazımdır. Yenilərini isə yazan varmı? Xeyr. İndi nağıl janrına müraciət edən qələm sahiblərinin sayı çox azdır.

Məgər, təyyarələrin olduğu indiki dövrdə uçan xalça uşaq təxəyyülünü əvvəlki kimi qıcıqlandıra bilərmi?! Mobil telefon olduğu halda "sim-sim, qapını aç!" kimə maraqlıdır?

İnternet dövründə hər şeyi bilən cadugərə, sehrbaza ehtiyac yoxdur. Bəs yeni nağıllara qulaq asmayan indiki uşaqların aqibəti nə olacaq?..

Bir qadın Albert Eynşteyndən soruşur ki, dahi kimi böyüməsi üçün uşağı necə tərbiyə etmək lazımdır? Böyük düha sahibi olan Eynşteyn cavab verir:

- Ona nağıl oxumaq lazımdır.

- Bəs sonra? - qadın təəccüblənir.

- Sonra, daha çox, daha yeni nağıllar oxumaq lazımdır. Nağıllara qulaq asmaqla böyüyən uşaqların təxəyyülü, fantaziyası geniş olur. Böyüyəndə də qeyri-mümkün şeyləri mümkün etmək meylini saxlayır və kəşflər edir.

Məncə, nağıl haqqında bundan yaxşı bir şey demək mümkün deyil. Doğrudan da, fantaziyanın qanadları reallığa doğru uçmaqda kömək edir.

Təxəyyülü inkişaf etməmiş uşaq böyüyəndə praktiki cəhətdən mümkün olmayan bu şeyin reallaşması yolunda baş sındıracaqmı? Xeyr!

Məgər indiki yazarların içində milli, müasir personajlar iştirak edən nağıllar yaza biləcək istedadlı gənclər azdırmı?!

Mən əminəm ki, real təhlükəni qəbul edən səlahiyyət sahibləri yarışlar, müsabiqələr, tərcümə tədbirləri və digər vasitələrlə bu boşluğu aradan qaldıra bilərlər.

Belə olarsa, tezliklə Andersenlər kimi yazarlar yarana bilər.

Axı, min illərlə biz nağılla böyümüşük və bəşəriyyət bu nizamla indiki səviyyəyə gəlib çatıb.

İndi isə, hər şeyin üstündən xətt çəkib əndrabadi obrazları yeridirik körpələrin beyninə.

Mədəsini geni dəyişdirilmiş, zərərli məhsullarla, çipsilərlə doldurub zəhərlədiyimiz balaların beynini də ölçüsü, forması, dili, tərbiyəsi dəyişmiş "super qəhrəmanlar"la məşğul edirik.

Dayanmaq, "stop" demək zamanıdır. Hərə öz boynuna düşəni mütləq etməlidir.

Qələm əhli qollarını çırmayıb uşaqlar üçün nağıllar yazmalıdır. Yüzündən, minindən biri əsl nağıl olacaq, elə o da bəsdir.

Qeyri vaxtlar ağlıma belə şeylər heç vaxt gəlməzdi. Bəlkə deyəcəksiniz ki, istidə oruc tutanda adamın ağlı bu cür dumanlanar, zehni qarışar da! Olsun, razıyam.

Amma onu bilirəm ki, çipsi yeyib super qəhrəman oyunlarına baxan, nağıl oxumayan indiki uşaqlar böyüyəndə, lap 50 dərəcə istidə, bir həftə ac-susuz qalsalar da, xəyallarına belə şeylər gəlməyəcək.

Bəs, ağıllarına nələr gələcək? Bax, elə bundan qorxdum və bu yazını yazdım... /525.az/

Yenililklər
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.