Akşin Xəyal - Yad əl, doğma sığal

04.07.19

Hekayə

Gənc qadın 6 yaşlı qızının əlindən tutub, 38 dərəcə istidən qurtulmağın tək çarəsi bu imiş kimi qaçaraq, özünü avtobusun orta qapısından içəri atdı. Avtobusun dəmir tutacağından tutub, içəri göz gəzdirdi və boş oturacağı görüb, qızına:
-    Mama qurban, gəl oturaq, boş yer var – deyərək, uşağı dalınca boş oturacağa tərəf çəkdi.
Əvvəl özü keçib pəncərə tərəfdə oturdu, sonra qızını qaldıraraq yanında oturtdu. Dizlərinin üstünə qoyduğu kiçik çantadan salfet çıxarıb, qızının, daha sonra öz tərini silib, əliylə özünü yelləyərək:
-    Uff, dəhşətli dərəcədə isti var – dedi.
Uşaq, sanki anasını eşitmirmiş kimi, əlində olan gəlinciyin paltarındakı muncuqlarla oynayır, arada dodağının altında nəsə mızıldanır, anasının ona fikir vermədiyini bilib, cavabını gözləmədiyi suallarlar verirdi. Ana isə gözlərini pəncərədən çölə zilləyərək, nəsə dərin bir fikrə dalmışdı.
 Bir neçə dayanacaq sonra orta yaşlarında, gicgahlarında saçları azca ağarmış, bir kişi mindi və qapıyla üzbəüz tutacaqdan tutaraq dayandı. Az keçmişdi ki, qadının yanındakı uşaq:
-    Mama, hələ çatmadıq? – Deyə çingiltili səslə soruşdu.
Kişi səs gələn tərəfə boylandı. Ana uşağa cavab vermək istəyirdi ki, onlara tərəf  boylanan orta yaşlı kişiylə göz-gözə gəldi və ani baxışdan qadının siması tamam dəyişdi. Sanki nədənsə qorxurmuş kimi göz bəbəkləri böyüdü, çöhrəsində qəfil bir təlaş yarandı. Kişi isə gülümsəyərək, dəmir tutacaqlardan tuta-tuta onlara tərəf irəlilədi. Kişinin yaxınlaşdığını görən gənc ana, sanki təhlükə gəlirmiş kimi tələsik əlini atıb qızının çiyinlərindən tutub, özünə tərəf sıxdı. Qadının təlaşına baxmayaraq, kişi onlara yaxınlaşmaqda idi, yaxınlaşdı da. Əvvəl qızcığaza, dərhal da qadına nəvaziş dolu təbəssümlə baxaraq salam verdi. Naəlac qalan qadın onun salamını aldı. Aldısa da tək bir salamla təhlükənin getməyəcəyini anlamış və qızını bir az da özünə tərəf sıxaraq, baxışlarını kişidən gizlətməyə çalışırdı. Kişi isə getmək bilmirdi, onların başı üstündə dayanaraq qızın saçlarını oxşayaraq:
-    Nə yaman böyüyüb bu. – Dedi.
-    Hə böyüyüb, gələn il məktəbə gedəcək. – Deyərək, qadın zorla gülümsündü.
-    Mənim kimliyimi qıza nə vaxtsa demək fikrin var?
-    Heç vaxt Rəşad, heç vaxt. – Qadın təlaşlı səslə cavab verdi.
-    Axı niyə?
-    Rəşad unutma, sən bizi tərk edib gedən günü biz sənlə şərt kəsdik.
-    Bilirəm, unutmamışam, amma...
-    Amma nə? Amması-mamması yoxdur Rəşad! Sən kişisən, kişisənsə sözünü tut – qadının səsi titrədi.
Bütün bu söhbət boyu kişi əlini uşağın başından çəkməyərək, onun saçlarını sığallamaqda davam edirdi. Nə düşündüsə, yalvarıcı bir tərzdə:
-    Bəlkə düşünəsən Səbinə, bir səhvdir etmişəm – gedi.
-    Düşünəcək bir şey yoxdur. Xahiş edirəm birdə bizi görsən, görməzdən gəl.
Kişi nəsə demək istədi, amma sözü boğazında düyünlənmiş qəhərə ilişib qaldı. Bir neçə dəfə udqunaraq özünü ələ aldı.  Əlini uşağın yanağında, çənəsində gəzdirərək, əyilib onun saçlarını qoxlayaraq, qoxusunu ciyərləri tutana kimi içinə çəkib, sonra öpərək dikəldi. Boğuq səslə:
-    Düşərsiz – deyib, ovcunun içiylə gözlərini silə-silə ön qapıya yaxınlaşdı.
Kişi düşəndən sonra qadın, Rəşad gözdən itənə kimi pəncərədən onu dalıyca boylandı.  Heç nə anlamayan qız anasını dümsükləyərək:
-    Mama,o əmi kimiydi? – Deyə soruşdu.
-    Heç qızım, mamanın laap köhnə tanışıdır.
-    Mən onun əlini tez-tez yuxuda görürəm.
-    Necə? – Ana təəcüblə soruşdu.
-    Həm də çox tez-tez görürəm. Həmişə də saçlarımı sığallayır. Yuxuda mənə elə gəlir ki, o əllər atamındır, saçımı sığallayır. Amma bir dəfə də olsun özünü görə bilmirəm. Yuxumda gördüyüm əllər bu əminin idi, ana, inan mənə, mən yalan demirəm.
-    İnanıram qızım – deyərək, Səbinə qızının saçlarından öpdü, sonra daha qızına qulaq asmadı. Körpəsi ağladığını hiss etməsin deyə üzünü pəncərəyə çevirib, barmaqlarının ucu ilə gözlərinin yaşını sildi...

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.