Bazərin Anara yaltaqlığı - Dram-dialoq
06.02.19












Səxavət Sahil

(Üçpərdəli mini pyes)
Dram-dialoq

İştirakçılar:
Anar müəllim – Ağsaçlı yazçı, müdrik yaşında
Əyan – Anar müəllimin əyanı, orta yaşlı
Bazər – Yaltaq və müti, məsləksiz, 55 yaşında həmişəcavan
Yazarlar
Rəqqasələr


I pərdə

Hadisə XXII əsrdə baş verəcək.
“1002 gecə” şadlıq evi. Ədəbi yaltağın yubileyi qeyd olunur. Anar müəllim yaxın adamları ilə səhnəyə daxil olur. Bazər əllərini ovuşduraraq boynubükük halda qaça-qaça Anar müəllimə yaxınlaşır.


Bazər: (Asta və müti səslə) Salam Anar müəllim. Xoş gəlibsiniz, qədəmləriniz mübarək, qədəmlərinizə qurban olub, yaxşı ki gəldiniz, məni sevindirdiz, Anar müəllim qurban olaram sizə, Anar müəllim... (yalandan hönkürmək istəyir, hönkürə bilmir).

Anar: (Yanpörtü baxaraq, saymazyana tonda) Salam Bazər, salam, gəldik də, day neyləyək, gəldik.

Bazər: Keçin yuxarı başa, geçin əyləşin, qurban olaram sizə, Sizsiz məclis heç nə olardı, nə yaxşı gəldiniz, qurban olaram sizə (Anar müəllimin əlindən öpmək istəyir, Anar müəllim onu itələyir).

Anar: Yaxşı, yaxşı, lazım deyil, kənardan baxırlar, get burdan, ayıbdır, sən cəhənəm, burdakıların mənə hörməti var. İmkan ver əyləşim, ayaq üstə saxlama məni, get, sonra danışarıq.

Bazər: Oldu Anar müəllim, sonra danışarıq, rahat dincəlin, gedirəm. Nə lazımdı gətirəcəklər, sizə ayrıca stol ayırmışam, Ağ Qoç və Qara Qoç kababları çəkdirmişəm, təki siz məndən razı qalın, qurban olaram sizə, qurban olaram... (Anar müəllimin onu sözünü kəsir, əl hərəkəti ilə getməsini bildirir).

Anar: (Acıqlı halda, çəmkirir) Yaxşı, yaxşı get, get.

Bazər səhnəni tərk edir. Anar müəllim əyləşir. Ətrafına baxır. Gecə düşüncələrinə dalır. Ətrafdakı adamları bir-bir, diqqətlə süzür. Səbəbkarı başqa vaxt adam yerinə saymayanların, indi onun haqqında ucuz təriflərini ikrah hissi ilə dinləyir. Badəsinə süzülən sərin sudan bir qurtum alıb, rahatlanmaq istəyir. Bazər yenidən səhnəyə daxil olur, Anar müəllimə yaxınlaşır.

Bazər: (İkiqat əyilərək əllərini ovuşdura-ovuşdura, müti səsələ) Anar müəllim inciməyin, mən yenə qayıtdım. (Bu zaman səhnədəki müğənni, Nisə Qasımovanın məşhur “Mən yenə qayıtdım” mahnısını oxuyur) Narahat oldum e, ürəyim burda qaldı. İcazə verin özüm sizə qulluq edim, ofisiantlıq edim, cavanlığım yadıma düşüb, özüm sizə xidmət edim.

Anar: (Acıqlı halda) Sağ ol, heç nə lazım deyil, peşiman eləmə məni, get burdan.

Bazər təzim edə-edə səhnəni tərk edir. I pərdə sona çatır.

II pərdə

Anar müəllim ona salam verən, şəkil çəkdirən adamlara candərdi gülümsəyir. Ədəbi yaltağın yubileyi şəninə ucuz təriflər, havayı sağlıqlar bir-birin əvəz edir, mərasim qədim Romadakı imperator sarayında keçirlilən eyş-işrət məclislərini xatırladır. Yarıçılpaq incəbelli gözəllər yazarların yan-yörəsində rəqs edirlər. Anar müəllim yenə Gecə düşüncələrinə dalır. Səbəbkarı təbrik edənlər bir-birini əvəz edir. Yazarlar, ədəbiyyat adamları onun yaradıcılığından başqa hər şeyindən danışırlar. Hətta müti olduğunu sətiraltı deyənlər də var. Anar müəllim onların sözlərini “xalaxətrin” janrında olduğunu başa düşür, cəfəngiyat və boğazdanyuxarı sağlıqları dinləməkdə davam edir. Anar müəllim yanındakı əyanına üzünü tutur.

Anar: Görürsən də, hamısı yalandan tərifləyir, elə bil Dantenin yubileyidir. Növbəyə durublar e, bir-birlərinə Macal vermirlər. Mənasız sözlərdi, cümlələrin bir-biri ilə Əlaqəsi belə yoxdur.

Əyan: Yubiliyar çox narahatdır, üzündə bir Vahimə var. Elə bil Beşmərtəbəli evin altıncı mərtəbəsinə çıxıb indicə özünü atacaq.

Anar: Çox müti adamdı, yerimə göz dikənlərlə dostluq edir, öz aləmində siyasət işlədir, bütün çəbhələrə işləyir, bundan nə desən gözləmək olar. Ondan çox şikayətlər gəlir, deyirlər özünə Təhminə tapıb, ona Zaurluq eləyir.

Əyan: Hə elədir, hamı onun Zaurluğundan danışır, kabinetini Otel otağına döndərib. Şəhərin yay günlərində küçədə qol-qola gəzirlər. Bazər hansı tədbirə gedir Təhminəsin də özünün Qırmızı "Limuzin"ində aparır.

Anar: İki dəfə çağırıb itin sözün demişəm, gərək xoruzunu qoltuğuna verib göndərəm. Kimə işi düşür onları dəvət edib, ipıqırıq adamdı.

Anar müəllim dilxorluğunu düzəltmək üçün üstünə Gürcü familiyası yazılan şərabdan qurtum-qurtub içib yazarların qurşaqdan aşağı təriflərinə qulaq asır. II pərdə sona çatır.

III pərdə

Bazər yenidən səhnəyə daxil olur, Yaxşı padşaha təzim edirmiş kimi təzim edir. Anar müəllimin əyləşdiyi stola yaxınlaşır.

Bazər: Anar müəllim, qurban olaram sizə, icazə verin bir söz deyim, xahiş edirəm...

Anar: De görək nə deyirsən?

Bazər: Keçin günahımdan, dəyişdiyim ədəbi cəbhələrə görə keçin günahımdan, qurban olaram sizə...

Anar: (Anar müəllim ona cavab vermir) ...

Bazər: Qurban olaram sizə, icazə verin qəbulunza gəlim, sizə sözüm var, keçin günahımdan, görüşmək istəyirəm sizinlə,

Anar: (Anar müəllim ayağa qalxır, əyanına getmək işarəsi edir) Gedək, gecdi, Gün keçdi, yaxşı Mütləq görüşərik.

Göy guruldayır, ildırım çaxır, ətrafa at kişnərtisi yayılır. Qara-qışqırıq, vay-şivən səsləri gəlir. İşıq sönür. III pərdə sona çatır

Son

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.