Anar Məcidzadə - Nələr çəkdiyimi hardan biləsən?
10.01.19

Avanqard.net gənc şair Anar Məcidzadənin şeirlərini təqdim edir.


Qatarda

Gözlərim gözünlə bir an baxışdı,
Baxdım gözlərinə - gecədən qara.
Ürəyim dözmədi-yandı, alışdı,
Məni də apardı o gözlər hara.

Ulduzmu söyləyim, aymı söyləyim?
İlahi, nə gözəl göz yaratmısan.
Söz ilə doludur sevən ürəyim,
Bunu vəsf etməyə söz yaratmısan.

Gözlərim gözünə son dəfə baxdı,
Bir də bu gözləri haçan görərəm?
Səni bir də görmək bəlkə uzaqdı,
Bəlkə də qatara qaçan görərəm.

Ayrılığın dəmi gəlibdir daha,
Eh, nə tez çatdı ki ünvana qatar?
Səni and verirəm o tək Allaha,
Məni də özünlə, özünlə apar.


Cavanlığım

Gənclik ötdü, hədər oldu,
Qüssə oldu, kədər oldu.
Heç bilmədim nələr oldu;
Gəlib keçdi cavanlığım.
Demək heçdi cavanlığım.

Könül verdim gözəl yara,
Gözlər qara, kiprik qara.
Biləmmədim getdi hara;
Onsuz ötdü cavanlığım.
Külə döndü cavanlığım.

Ötən günlər yuxulardı,
Sevinc payı çox olardı,
Oyansaydım yox olardı;
Şən yuxulu cavanlığım.
Gül qoxulu cavanlığım.

İndi artıq doldum yaşa,
Hökm etmir ürək başa.
Döndü köçəri bir quşa;
Uçub getdi cavanlığım.
Daha bitdi cavanlığım.


Yadına düşdümmü?

Məndən kənar düşən, aralı olan,
Ürəyi hicrandan yaralı olan,
Bu elin gözəli, maralı olan
Yadına düşdümmü bu illər boyu?

Bir vaxt qonaq oldun bizim bu kəndə,
Dedim, görməmişəm mən belə bəndə.
Sözləri bənzəyən şəkərə, qəndə,
Yadına düşdümmü bu illər boyu?

İlk görüş günüydü, yağırdı yağış,
Qapını döymüşdü şaxtalı bir qış.
O gün yadındamı, söylə, din, danış,
Yadına düşdümmü bu illər boyu?

Gülüm, xatirə var unudulandı,
Xatirələr var ki yadda qalandı.
Söylə, untutdunmu o əhdi, andı,
Yadına düşdümmü bu illər boyu?

İndi aylar keçib, il dolanıbdır,
Qəlbimdə hicrindən od qalanıbdır.
Eh, nələr olubdur, nə yaranıbdır...
Sənə son sualım təkcə budur, bu;
Yadına düşdümmü bu illər boyu?


Nələr çəkdiyimi hardan biləsən

İndi düşünmək də daha əbəsdi,
Ayrılıq biz gedən yolları kəsdi.
Sənsiz gəlib-gedən quru nəfəsdi;
Nələr çəkdiyimi hardan biləsən?!

Sevgin ürəyimdə, ürək yerində,
Mən vüsal istədim, vüsal dərində.
Hey yanıb, alışdım qışda, sərində,
Nələr çədiyimi hardan biləsən?!

Gözüm pəncərədən yollara baxır,
İndi pəncərəmdən yağışlar yağır,
Hər yağış damlası hər yükdən ağır;
Nələr çəkdiyimi hardan biləsən?!

İlahi, bu imiş yazdığın qədər,
Gün qəmlə başlayır, gecələr kədər.
Gecələr bitməyir, gəlməyir səhər,
Nələr çəkdiyimi hardan biləsən?


Ay gözəl

Üzü aydır, gözü sanki aynadır,
Külək vurur tellərini oynadır.
Könül vermək, könül almaq qaydadır,
Bu könlümü sənə verdim, ay gözəl.

Hər sözümdən sən inciyib, küsənsən,
Solmaz gülüm, tər çiçəyim, süsənsən.
Günəşdən də, Ulduzdan da gözəlsən;
Bu könlümü sənə verdim, ay gözəl.

Sən Leylisən, mən Məcnunam, mən Kərəm,
Ürək sevər bu dünyada bir kərəm,
Səndən özgə çətin bir də mən sevəm,
Bu könlümü sənə verdim, ay gözəl.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.