Azad Qaradərəlinin “Renessans həsrəti” kitabı təqdim olunacaq
03.12.18
Yazıçı Azad Qaradərəlinin “Renessans həsrəti” kitabı təqdim olunacaq.
Azad Qaradərəlinin “Renessans həsrəti” (2-ci cild) adlı kitabının imza günü keçiriləcək.
Məlumatına görə imza günü dekabrın 9-da saat 14:00-16:00-da Kitabevim.az kitab mağazasında baş tutacaq.
“Renessans həsrəti” (2-ci cild) kitabına esselər və müsahibələr daxildir.
İmza günündə “Yazı” jurnalının son sayını da əldə etmək mümkün olacaq. Əvvəlki nömrələr isə oxuculara hədiyyə olunacaq. /Aznews.az/
|