Con Steynbekin gənc yazıçıya məktubu
01.11.18

Əziz yazıçı!

Stenforddakı ədəbiyyat kurslarında iştirakımın üstündən uzun müddət keçsə də, o vaxtkı təcrü­bələrimi çox yaxşı xatırlayıram; gözlə­rim parlayırdı, inşamı da gözəl hekayə yazmağın gizli düsturunu öyrənmək üçün hazırlamışdım. Həmin illüziya çox qısa sürdü. Bizə deyilənə görə, yaxşı hekayə yazmaq üçün bircə yol vardı ki, o da yaxşı hekayə yazmaq idi. Dediklərinə görə, hekayə yazmaq ən çətin iş idi. Buna sübut kimi də dünyada mükəmməl hekayələrin çox az olmasını misal çəkirdilər.

Bizə deyilən ilk qayda çox sadəydi: təsirli hekayə yazıçıdan oxucuya nəsə ötürməli, həmin ötürülənlər hekayənin mükəmməlliyinin göstəricisi olmalı idi. Bundan savayı qayda yox idi. Hekayə təsirli olmaqla yanaşı, istənilən möv­zuda qələmə alına və ya müəyyən mənaya malik ola bilərdi. Bu qaydanın ikinci dərəcəli şərti kimi, yazıçının nə demək istədiyini, yəni nədən söhbət açdığını bilmək tələb olu­nurdu. Nümunə kimi, hekayənin məz­mununu bir cümləyə sığışdırmaq tapşırılırdı. Sonra isə onu üç, altı və ya on min sözə qədər genişləndirməli idik.

Hekayə yazmağın gizli düstu­ru, gizli məzmunu bu idi. Bundan başqa üsul yox idi və biz yazıçılıq yolunda artıq tənhalığa qapılmış­dıq. Zəif hekayələr yazmağa başladıq. Əgər kamilliyin bütün sirlərini kəşf etsəydim, onda zəh­mətimə verilən qiymətlər mənə hə­qiqəti göstərərdi. Həm də əgər ədalətsizcəsinə tənqid olunduğumu hiss etsəydim, illərlə redaktorların söylədikləri rəylər mənə yox, müəl­limlərimə haqq qazandırardı. Mək­təbdə yazdığım hekayələrə verilən aşağı qiymətlər öz əksini sonradan onların nəşriyyatlar tərəfindən dəfələrlə rədd olunmasında da tap­dı...

Bu, ədalətli deyildi. Yaxşı heka­yələr oxuyurdum, hətta onların necə yazıldığından da baş çıxarırdım. Bəs özüm niyə elə hekayə yaza bil­mirdim?

Əgər hekayə yazmağın bir sirri varsa, mən onun mövcudluğuna inansam belə, heç kəs bunu nəsildən-nəslə çatdıracaq nüsxə halına sala bilməz.

Əgər yazıçı əsl duyğuya malikdirsə, fikirləşdiyini çatdırmağa yol tapar. Hekayəni yük­səyə qaldıran mükəmməlli­yi, ya da hekayənin səviyyəsini aşağı salan səhvləri aşkara çıxarmağı bacar­malısınız. Əslində, pis hesab etdiyi­miz hekayə oxucunu təsirləndirməyən hekayədir.

Yazandan sonra hekayəni qiymət­ləndirmək çox da çətin deyil. Lakin üstündən illər keçsə də, hansısa bir hekayəni yaz­mağa başlamaq məni bu gün də ölüm qə­dər qorxudur. "Qorxmuram" deyən yazıçı xoşbəxtdir.

Mənə verilən tövsiyələrin çox az qismini xatırlayıram. Həmin tövsiyələr həddən artıq həyəcan­lı, inadkar, iyirmi yaşlı bir oğlan ki­mi gəncliyin coşqunluğunu hiss etdiyim, hamının yazıçı olmağa çalışdığına inandığım vaxtlarımda verilmişdi.

Mənə dedilər: "Yaxşı hekayə yaz­maq çox vaxt aparacaq və pul-para qazanmayacaqsan. Avro­paya getmək sənin üçün daha münasib olar".

"Niyə?" – soruşdum.

"Çünki Avropada kasıblıq, sadəcə, bəxtsizlikdir, Amerikada isə bu, ayıb sayılır”.

Bir o qədər də bədbinliyə qapılmadım. Onda hamı kasıb idi və odur ki, bu, çox da ayıblı şey deyildi. Həm də insanın kasıblığa dözüb-dözməyəcəyini qabaqcadan bilmək olmaz. Lakin müəllimimin bir məsələdə haqlı olduğuna əminəm. Ya­zıçı olmağım, həqiqətən, çox uzun çəkdi. Bu proses hələ də davam edir...

Elə müəlli­mim də mənə bunu demişdi.

/Tərcümə edən: Nəriman, Aydın yol/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.