Nicat Həşimzadə - İmperiyaların yaranışı, çöküşü və vətəndaş mövqeyi
29.10.18

Dəhşət odur ki, jurnalist, müəllim, həkim və yazıçı da "başını aşağı sal, yaşa" fəlsəfəsi ilə yaşasın. Bundan böyük faciə varmı? Azərbaycanda son illərdə hansı yazıçı ciddi siyasi mövqe göstərib? Son illərdə hansı yazarımız öz sözünün kəsərini göstərə bilib? Bir sürü yazıçı 5-10 manatdan ötrü başını aşağı salıb yaşayır. Həqiqəti deyəndə də düşmənə çevrilirlər, sənə nifrət edirlər. Bu qədər xaraktersiz adamlarla birgə yaşamaq çox çətindir. Kitab oxumayanları qoyaq bir kənara. Bəs “Ovod”u, “Varlığın dözülməz yüngüllüyü”nü oxuyan adamların xaraktersiz, mövqesiz, cəsarətsiz olmağını necə başa düşəsən? İllərdir ölkəmizdə atalarımızın, babalarımızın dediyi məşhur sözlər var. Bala, siyasətə qarışma. Otto fon Bismarkın yaxşı bir sözü var. Deyir ki, hər kəs siyasətlə maraqlanmaya bilər, ancaq heç kəs siyasətin nəticələrindən kənarda qala bilməz. Biz bayağı mövzulardan niyə xilas ola bilmirik? Çünki bu gün ədəbiyyatımızda peşəkar adamlar azlıq təşkil edir. Çoxluğun bayağı səsi isə daha yaxşı eşidilir. Yazarlarımızın əksəriyyəti deyir ki, əsas olan mətndir, əsas olan ədəbi istedaddır. Bir insanın vicdanı, ləyaqəti, şəxsiyyəti, həqiqəti ifadə etmə cəsarəti yoxdursa, onun yazdıqları kimə və nəyə lazımdır?

Ovod deyirdi: “Onlar məni məndən qorxduqları üçün öldürürlər, bundan böyük xoşbəxtlik varmı?”

“Varlığın dözülməz yüngüllüyü” əsərinin əsas qəhrəmanı doktor Tomaş həqiqəti hər şeydən üstün tutduğu üçün işdən qovulmuş, pəncərə şüşələri silməyə məcbur edilmişdi.

Dünən Frridrix Dürrenmantın “Böyük Romul” tragikomediyasını oxudum. Əsərin əvvəlini oxuyanda mənə çox komedik təsir bağışladı. Roma imperiyasının vəziyyətinin necə acınacaqlı olmasını sonrakı hissələrdə müəyyən etmək olur. Almanlar Roma imperiyasını işğal edirlər, Romulsa buna çox laqeyd münasibət göstərir. Romulun  imperiyanın tənəzzülünə nəyə görə belə biganə münasibət göstərdiyini sonra anlayırıq. Romul kraliça Yuliya ilə söhbətində bildirir ki, mən istəyirdim ki, Romada imperiya sistemi ləğv edilsin. İmperiyanı ləğv etmək üçün mənim imperator olmaqdan başqa yolum qalmamışdı. Romula xəbər çatdırırlar ki, almanlar Romaya yaxınlaşır, dünyamız dağılır,  imperator soyuqqanlı şəkildə cavab verir ki, dünyanın dağılması xəbəri yeni deyil. Xəbərlər dünyanı qarışdırmaq üçündür, bizim edə biləcəyimiz iş onlardan bacardığımız qədər uzaq olmaqdır.

Başqa bir səhnədə imperator Romul deyir:
Əgər almanlar İtaliyaya ayaq açsalar, mədəniyyətimizi əlimizdən alacaqlar, əgər Almaniyada qalsalar, o zaman mədəniyyəti özləri yaradacaqlar, bax bu, çox dəhşətli hadisədir.

Əsəri oxuyarkən bizə elə gəlir ki, Romul çox axmaq adamdır. Romanı qorumaq, xilas etmək əvəzinə onu təslim edir.  İmperator Romul düşünür ki, bir zamanlar Roma imperiya olmaq üçün böyük qanlar axıdıb. Bu günsə o günahsız qanlara görə ağır bədəl ödəməlidir. Siz Romanı məhv etdiniz  ittihamına imperator belə cavab verir: Roma özü-özünü məhv etdi. O, həqiqəti bilə-bilə güc tətbiq etdi. Mən Romaya xəyanət etməmişəm. O, özü-özünə xəyanət edib. Mərhəmətdən xəbəri ola-ola tiranlıq yolunu seçdi. Roma tarixinin qana bulanmış sütunlarından hansı cavabları gözləyirsiniz?

Əsərdən gəldiyim qənaət bu oldu ki, təbiətdə hər şey təkrarlanır. Hər kəs, hər sistem, hər dövlət etdiyi yanlışlara görə mühakimə olunur. Görəsən, Azərbaycan özü-özünü məhv edir, yoxsa onu yazarlar, jurnalistlər, müəllimlər, həkimlər məhv edir? Bütün əsəri danışmaq istəmirəm. Maraqlanan oxucular M.Qorki adına kitabxanadan əldə edib oxuya bilər. Dünya ədəbiyyatında belə ciddi mövzulardan yazırlar. Dünya yazarlarının vətəndaş mövqeyi var, bizim yazarlarının əksəriyyətininsə vətəndaş mövqeyi yoxdur. Sənəti bir imperiyaya bənzətsək deyə bilərik ki, o öz yüksəliş dövrünü böyük qurbanlar hesabına əldə edib. Bəlkə indi sənətin aktuallığını itirməsinin səbəbi elə həmin qurbanların qisas istəyidir. Axı yüksəliş qısa müddətli olur. Sənət çöküş dövrünü yaşayırmı, yoxsa sənəti bizim “ziyalılar” çökdürür. Bu suala özünüz də dəqiq cavab tapa bilərsiniz. Romul Romanın keçmiş imperiya əzəmətindən, Alman imperatoru isə Almaniyanın yeni imperiyaya çevrilməsindən, yəni alman dövlətinin gələcəyindən narahat olur. Sənət də öz keçmiş əzəmətini itirir. Ya da sənət böyüdəcəyi adamları özü seçir.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.