Nicat Həşimzadə - Ölümsüzlük axtarışı – Gilqameş və biz
26.10.18

Ustad jurnalında çap olunmağa layiq bilinməyən yazı
Müəllif

Bizim insanlar həm işsizlikdən şikayət edir, həm də kitab oxumağa vaxt tapmadıqlarını deyirlər. Obama prezident olan zamanda hər gün 30 dəqiqə kitab oxuyurdu. Angela Merkel hər gün 40 dəqiqə kitab oxuyur. Bizim bəzi gənclər də dövlət əhəmiyyətli məsələlərlə məşğul olduqları üçün kitab oxumağa vaxt tapmırlar. Kaş ki, insanlarımız səmimi olaydılar. “Kitab oxumağa vaxtım yoxdur” deməkdənsə “oxumuram, kitabları sevmirəm” demək daha düzgün olar. Təhtəlşüurumuzda özümüzü savadlı göstərmə cəhdlərimiz olmasa bəlkə rahatlıqla kitabları sevmədiyimizi deyə bilərik. Folkner deyirdi ki, mən olmasam da ədəbiyyat bir şey itirməzdi, Dostoyevski, Tolstoy, Balzak kimi yazıçılar var. Hərdən düşünürəm ki, qədim “Gilqameş” dastanını düzgün anlaya bilsəydik heç Dostoyevskiyə, Tolstoya, Balzaka da ehtiyac olmazdı. Əgər ədəbiyyata mətn hadisəsi kimi baxırıqsa o zaman yeni imzaların, yeni əsərlərin yaranması bizim üçün maraqlı ola bilər. Əgər ədəbiyyata ideya hadisəsi kimi baxırıqsa o zaman düşünmək olar ki, bir çox yazarlar eyni həqiqəti bizə müxtəlif formalarda izah etməyə çalışıblar. Məsələn, Qandinin qeyri-zorakı mübarizə ideyası bir neçə əsr öncə Nəsiminin həyatında və şeirlərində var idi. Qədim Şərqdə də “özünü o dünyaya həsr etmək”, səadəti o dünyada axtarmaq kimi fikirlər əslində qeyri-zorakı mübarizənin bir başqa adıdır. Çünki qeyri-zorakı mübarizə həm də insandan imtina mədəniyyətinə sahib olmaq kimi yüksək insani keyfiyyətlər tələb edir. Sənətin əsl mahiyyəti əslində sənət adamlarının ölümlə barışmamaq, ölümə meydan oxumaq niyyətidir. Sənət adamı əbədi şöhrətə can atır. İstəyir ki, öləndən sonra onu xatırlasınlar, haqqında danışsınlar, filmlər çəksinlər. Bəzi sənət adamları, yazıçılar müsahibələrində deyirlər ki, mən filmi özüm üçün çəkirəm, kitabı təkcə özüm üçün yazıram. Əgər həqiqətən belədirsə, o zaman niyə kitabını, filmini, musiqini nümayiş etdirirsən?                                        

Ölümsüz olmaq üçün insan fiziki ölümündən öncə unudulmamaq üçün xeyirli, faydalı işlər görməlidir. “Gilqameş” dastanının bizə çatdırmaq istədiyi birinci fikir budur. Gilqameş ən yaxın dostu Enkidunun ölümündən sonra anlayır ki, dünya ölümsüz deyil, bir gün o da öləcək. Kral olsan belə ölümdən qaça bilməzsən. Dastanda bir hissədə yazılır. “Tanrılar insanı yaradanda ona ölümü paylaşmaq hüququ verirlər”. Çox mənalı fikirdir. Ölümü paylaşmaq deyərkən görəsən nə nəzərdə tutulub? “Hamımız öləcəyik” fikrimi  və ya ölümdən sonrakı yas mərasimləri, insanların kədərlərini biri-biriləri ilə paylaşması ənənəsimi demək istənilib? Müqəddəs Avqustin deyir ki, insan cəsədi təmtəraqla dəfn edirlər, çünki özlərinin həyatda qalmalarını bayram edirlər. Gilqameşə başqa adla Bilqameş deyirlər. Gil etmək, qılmaq, ərsəyə gətirmək deməkdir. Böyük işlər görmək anlamındadır. Bilqameş sözündəsə sözün kökü bildir. Yəni, hər şeyi bilən müdrik insan. Təbii ki, qədim eposlarda simvolik  mənalar çoxdur. Əsərin çatdırmaq istədiyi əsas fikirlərdən biri budur ki, ancaq müdrik insan ölümsüzlük axtarışına çıxa bilər.            
   
Sənətlə məşğul olmaq da bir növ ölümsüzlük axtarışına çıxmaqdır. Kimin ölümsüz olduğunusa əsrlər müəyyən edir. Məsələn, bir əsr ədəbiyyat üçün çox az zamandır. Rəsm sənəti üçün bəlkə iki əsr çox az zamandır. Ancaq biz zaman məsələsinə qeyri-ciddi yanaşaraq sənət adamlarının aclıqdan, səfalətdən ölmələrinə rəvac verməməliyik. Enkidu vəhşi xüsusiyyətlərə sahib bir varlıq idi. Ancaq məbədin rahibəsi Tehiptilla bu vəhşidən insan yaradır. Tanrı İştar Gilqameşi və Enkidunu öldürmək üçün Göy Buğanı göndərir. Ancaq iki dost birlikdə döyüşərək Göy Buğanı öldürürlər. Şumer dastanında bir buğanı iki qəhrəman-Bilqamıs və Enkidu, oğuz dastanında hər buğanı bir igid – Buğac və Qanturalı öldürürlər. Dünyanın bir çox xalqları Şumer mədəniyyətindən bəhrələniblər, o cümlədən də biz. Mənə elə gəlir ki, Tanrı İştarın Gilqameşi və dostunu cəzalandırmasında əsas səbəb odur ki, onlar bilməli olmadıqları sirri bilməyə can atırdılar. Tanrılarsa sirlərini kimləsə bölüşmürlər. Eyni məqam Adəmlə Həvvanın bilik ağacından oğurluq etməsinə də aiddir. Əslində Adəmlə Həvva bilgiyə can atırdılar. Tanrısa onların bilikli olmasını istəmirdi. Ona görə yox ki, Tanrı yaratdığı varlıqların bilgili olmasını qısqanır, ona görə ki, Tanrı bilginin xoşbəxtlik gətirmədiyini bilir və yaratdığı varlıqların rəzil hallara düşməsini istəmir. Prometey odu oğurlayıb insanlara vermişdi, ancaq Zevs buna qəzəblənmişdi. Çünki Zevs insanların özlərinin səy göstərmələrini, soyuğa-şaxtaya vərdiş etmələrini istəyirdi. Biz yazarlar da kitab yazaraq insanlara nəsə izah etməyə, nəsə öyrətməyə çalışırıq. (Xahiş edirəm burada öyrətmək sözü “yekəxanalıq” kimi qəbul edilməsin). Ancaq nəzərə almırıq ki, bilik insanlara səadət vəd etmir. Dostoyevski yazır ki, həddən artıq dərk eləmək xəstəlikdir. Bəs görəsən, həddən az dərk etmək nədir?

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.