Mübariz İrəvanlı - Elçinə demək istədiklərim 
06.10.18

Bu da bu cür həyatdır...
yaxud  Elçinə demək istədiklərim

   
Elçinin başlıq seçdiyim eyniadlı hekayəsini oxuduqdan sonra düşüncələrimi yazmaq qərarına gəldim. Elçinin yaradıcılığı haqqında fikir söyləmək niyyətindən uzağam. Əlbəttə ki, mən də Elçini oxumuşam, öyrənmək istəmişəm. Onun yaradıcılığı neçə-neçə tədqiqatçını elmlər namizədi, doktor edib. Bu Elçin yaradıcılığının insanlara bəxş etdiyi yaxşılıqlardır, məhz onun sayəsində alim adı qazanmaq yaxşılıq deyilsə, bəs nədir? Bax elə bu məqamda demək istədiyim bir neçə söz məhz onun İnsanlığı barədədir.

Alim, yazıçı, dramaturq, son vəzifə adı isə Baş nazirin müavini olan Elçin Əfəndiyevin daha çox sevdiyi “vəzifə” yazıcılıq idi. O bunu heç gizlətmirdi də, əksinə bu ada sahibləndiyindən  necə qürur duyduğunu dəfələrlə görmüşəm, müşahidə etmişəm. Əslində o bu məsələdə birmənalı haqlı idi: çünki o, sövqtəbii bilirdi ki, insan tərəfindən verilən hər şey, xüsusən vəzifə nə vaxtsa geri alınır. Əldən alına bilinməyəcək təkcə şey Allahın verdiyi əbədi yaşayacaq addır ki, o da Elçin Əfəndiyevin Elçinliyi idi.

Bəli, birgə çalışdığımız 25 il müddətində onda müşahidə etdiyim  xüsusiyyət  (əslində bu söz də demək istədiyimi ifadə etmir) bundan ibarət idi ki, o məhz sözlə əldə edib təkcə özünün sahibi olduğu, qazandıqları ilə rahatlıq tapır. O təkcə ona məxəsus böyüklüyü ilə seçilirdi. Sambalını, kübarlığını qorumaq, ağanın sözçüzü deyil, sözün ağası olmaq kimi hökümlü və haqlı iddiası onu aparatdakı çinli məmurlardan seçirdi, ayırırdı. Tabeçiliyində çalışan hər bir əməkdaşın yaşam vəziyyəti ilə ağa sözçülərinin (xəbərçilərinin)  xəbərləri ilə məlumatlı olan  Elçin ara-sıra keçirilən kollektiv görüşlərdə onların təmənnasız fəaliyyətini qabardar və dəyərləndirərdi. O böyük dövləti vəzifə daşıyan səlahiyyət sahibi idi, amma klassik anlamda məmur deyidi... Uzaqdan gələn əməkdaşını görüncə kabinetinin qapısındaca dayanar, onunla görüşər, mütləq bir xoş sözləri ilə ruhlandırar, sonra iş otağına keçərdi. Elçin hər zaman belə idi.

... Onunla bağlı düşüncələrim hər an mənə “diktə” edir ki, Elçin başqa cür ola da bilməzdi.

... Yaddaşımda daima ibrətamiz nümunə olaraq qalmış və ömrüm boyu unutmayacağım bir Elçin var. İlyas Əfəndiyevin bu dünyayla vidalaşdığı gün o mənə, iş telefonuma zəng etdi və kədərin əldən saldığı səslə “İlyas Əfəndiyev vəfat etdi”, -dedi. İlk olaraq mənə bu xəbəri verməsi, yəqin ki, işə hamıdan tez gəlməyimlə bağlı olmuşdu. Təbii olaraq, mən də bu barədə lazımı adamları məlumatlandırdıqdan sonra məlum ünvana yollandım ... Mənzildə iki oğul var idi: Timuçin və atasını vaxtsız itirmiş (ümumiyyətlə vaxtlı itki olmur) atasızlıq faciəsini bütün acısı ilə yaşayan, cənazənin yanında göz yaşları axıdan İlyas Əfəndiyevin atası, anası, qızı, qardaşı Elçin İlyas oğlu! Bəli, o  burada  məmur yox, həyatın mahiyyətini bütünlüyü ilə sonuna qədər bilən İnsan idi...

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.