Əsgərin fırıldaqlığı haqqında hekayə
10.09.18

Avanqard.net Küyülü Nəccari Səidin "Bəbirxan" hekayəsini təqdim edir.

Bəbirxan sonunda gəlib çıxdı. On beş gün olmuşdu gedəli. İzinə getmədən bir gecə öncə səngərdə mənim yanıma gəldi. Sözünü ağzında bir neçə dəfə dolandırdı, havadan sudan danışdı. Sonunda mənim sorğulu baxışlarımla qarşılaşınca əsl sözünü ağzından çıxartdı.
"Deyirəm Əhməd qağa, bir az pulun var, mənə borc verəsən, sabah izinə gedirəm! Bilirsən ki, üç aydır evə getməmişəm, bir qıram pulum qalmayıb!"
"Yaxşı. Neçə istəyirsən?" deyə soruşdum.
Gözləri güldü. Mənim yox deyəcəyimdən çəkinirmiş deyəsən.
Sevinərək, "elə bir yol kirası olsa, yetər. İnşalla qayıdanda qaytararam," dedi.
O gedib qayıdandan sonra mənim izin sıram gələcəkdi. Bölüyümüzdə az sayıda əsgər olduğuna görə, bizə gec-gec izin verirdilər. Mənim də sıram üç aydan sonra gəlib çatmışdı. Bəbirxan'ın gəldiyini gözləyirdim, ondan pulumu alıb, gedib şəhərdən bir neçə parça sovğat alıb kəndimizə gedəcəkdim.
İzindən qayıtdığın günün sabahısı Bəbirxan bizim yataqxanaya gəldi. Onu çox sevincək qarşıladım.
"İzin xoş geçdi mi?" gülümsünərək soruşdum.
Bəbirxan, "çox yaxşıydı! Ailəmə, kəndimizə çox darıxmışdım!" deyə cavab verdi.
"Təriflə görək!"
"Fürsətində gəlib tərifləyərəm. Amma indi sənə bir zəhmətim var."
Heç nə demədim. Gözlərimi ona zillədim.
"Bilirsən ki, mənim yazı-pozu savadım yoxdur, iki xətt məktub yazdırmaq istəyirdim, ata-anama göndərəm, sağ-salamat gəlib çatdığımı xəbər verəm onlara," deyib mənim üzümə baxdı.
"Hə, yaxşı," deyib, mənə sarı uzatdığı kağız qələmi aldım.
"Zəhmətdir, bağışla! Sabah postçu bölüyə gəlib məktubları toplayacaq. Ona görə indi gəldim yazdırmağa."
"Nə zəhməti!"
"Belə yaz, Əhməd qağa: Salam, əziz ata-ana! Mən dünən axşam gəlib xidmət yerimə çatdım. Yolda üç dəfə maşın dəyişməli oldum. Bilirsiz ki, kənddən bura birbaşa maşın yoxdur. Hələ yolun sonunda iki saat da piyada gəlməli oldum. Amma Allah'a şükür sağ gəlib çatdım. Hə, bir şeyi də deməliyəm. Yolda gələndə pulumu maşında oğurladılar. İndi pulsuzam, mənə pul yollayın, yoldaşımın borcunu verim. Allah amanında qalın. Hamıya salam yetirin. Oğluz Bəbirxan!"
Sözləri bitcək mənim çaşqın üzümə baxdı. Nə deyəcəyimi bilmədim. Soyuq tər basdı məni. Çaşqınlıqdan çıxıb özümə gələnəcən, Bəbirxan sağollaşıb getdi.
Bir az sonra, səngərdən çıxarkən Aydın'la qarşılaşdım.
"Bəbirxan'ı gördüm, əlində kağız var idi. Deyəsən, bu dəfə sənə məktub yazdırıb,” deyə qaqqıldadı.
Təəccüblə, "nədən gülürsən, Aydın?!" dedim.
"Ona pul borc vermişdin?! Fırıldağın biridir e! Geçən dönə məndən borc almışdı, məktubunu da mənə yazdırdı, indi də sənə!" deyib gülə-gülə uzaqlaşdı.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.