Rasim Qaraca - Frankfurt yoxsa, Daşkənd?
12.09.18

Bu il Frankfurt Kitab Sərgisinin (Frankfurt Book Fair) qonaq ölkəsi Gürcüstan Respublikasıdır. Yəqin bilirsiniz, Frankfurt Avropanın kitab paytaxtıdır və hər il ən azı 100 ölkə burada təmsil olunur və sərgini ziyarət edənlərin sayı yüzminlərlədir. Sərginin hər il bir qonaq ölkəsi olur, məsələn, 2003-cü ildə Rusiya, 2008-ci ildə Türkiyə Frankfurt Book Fair-in qonaq ölkəsi olub. Böyük ölkələrlə bir sırada, müstəqilliyini yeni qazanmış Gürcüstan Respublikası üçün belə mötəbər tədbirdə qonaq ölkə olmaq son dərəcə yüksək göstəricidir. Bu nə deməkdir? 70 yazıçı ilə sərgiyə yollanan gürcü ədəbiyyatında böyük bir partlayış, öz ifadələrilə desək, irəliyə doğru təsvirolunmaz sıçrayışdır. Yüzlərlə gürcü yazıçı və şairinin əsərlərinin ilk növbədə alman dilinə və digər Avropa dillərinə tərcümə olunması deməkdir.

Bu, Azərbaycan ədəbiyyatının bu gedişlə 30 ilə də çata bilməyəcəyi bir nəticədir.

Gürcü ədəbiyyatı dünyaya açılarkən bizim milli ədəbiyyatımızda nələr baş verir? – gəlin diqqətimizi bu tərəfə yönəldək. Heç nə, Azərbaycanın böyük-böyük yazıçıları öz əsərlərini dünyanın əsas dillərinə tərcümə etdirərək, öz ciblərinin xərci ilə 50 və ya 100 nüsxə basdırıb Bakıya gətizdirir, baxın, kitabım Londonda, Parisdə çıxıb deyə poz verirlər. Əlbəttə, mən hadisəyə biraz bədiilik qatıram, amma inanın ki, gerçək mənzərə bundan o qədər də ürəkaçan deyil.

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Özbəkistana səfəri ilə bağlı təəssüratlarını mətbuatda oxudum və bu yazını yazmaq qərarına gəldim. Anar yazır: “Özbəkistan Yazıçılar İttifaqına yollandıq. Bu təşkilat son illərdə xüsusi tikilmiş iki mərtəbəli yaraşıqlı binada yerləşir. Ən müasir avadanlıqlar və cihazlarla təmin olunmuş binada Yazıçılar İttifaqından başqa, onun dörd aylıq jurnalı və həftəlik qəzetinin redaksiyaları, eləcə də “İcad” və “İlham” fondları yerləşir. Hamısı da dövlət büdcəsindən maliyyələşdirilir”.

Əlbəttə, bütün bu gözəllikləri qeyd edərkən Özbəkistan yazarlarının tamamən hakimiyyətə bağlı və ondan asılı olduğunu yazmır və bu gün Özbəkistanda bir nəfər də olsun dünyaya çıxarılacaq orta səviyyəli yazarın olmadığının fərqində deyil.

Vaxtilə dünyanın çeşidli ölkələrində əsərləri çap olunan baş yazarımız Özbəkistanda 4 kitabının nəşr olunmasından sevindiyini qeyd edir.

Məncə bu acınacaqlı mənzərədir. Zamanında yenilikçi kimi ad qazanmış yazıçının mənəvi məğlubiyyətidir. Məcazi mənada da olsa deməliyəm, Azərbaycan ədəbiyyatının qibləgahı Frankfurt deyil, Daşkənddir.

Təsadüfi deyil, yazıçı səfər təəssüratlarını yazarkən bunları da qeyd etməyi unutmur: “Hörmətli Prezidentimiz İlham Əliyevin Tərcümə mərkəzimizin də büdcəyə salınması barədə qərarı, yazıçılara ev tikməkçün sahə ayırıması, kitabların  latın qrafikasıyla nəşr olunması haqda sərəncamı, binamızın əsaslı təmirinə ayırdığı vəsait, hər il otuz yazıçıya ayda 300 manat, iyirmi gənc yazıçıya ayda 200 manat məbləğində təqaüd verilməsi, 2014-cü ildə təşkilatımızın 80 illiyi və qurultayımızın çoxlu əcnəbi qonaqların iştirakıyla yüksək səviyyədə keçirilməsinə göstərdiyi yardım, jurnalistlərçün tikilmiş evlərdə mətbuat sahəsində çalışan bir sıra yazıçıların da mənzillə təmin olunması - ədəbiyyatımıza dövlət qayğısının bariz örnəkləridir”.

Yazıçının rəsmən “next”i basılmayıb, hələ də oradadır. Dolayısıyla, Özbəkistanda olan şeylər bizdə də olur, demək olar ki, eyni şeylər, bina təmiri, təqaüdlər.., amma ortada ədəbiyyat yoxdur. Anar müəllimin illərlə apardığı mübarizə öz bəhrəsini verib, ən böyük yazıçı adını qoruyub saxlamaq istəyirdi, sonunda Özbəkistana düşdü.

Bu il Azərbaycan ədəbiyyatı Frankfurtda nə cür təmsil olunacaq? Gürcü ədəbiyyatı fontan vurarkən bizim sısqa bulağımız nələr yetirəcək, Anarın liderliyi sayəsində? Bunlar maraqlıdır.

Kultura.az

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.