Nə düşünürsən, ölmüş İsam mənim? - Migel de Unamuno
12.04.18

Avanqard.net İspan şair Migel de Unamunonın şeirlərini təqdim edir.

Şair və mütəfəkkir Migel de Unamuno 1864-cü ildə  İspaniyanın Bilbao şəhərində doğulub. Madrid univeristetində ədəbiyyat və fəlsəfə təhsili alıb. Salamanka universitetində qədim yunan dili üzrə professor olub, üç dəfə rektor seçilib. Unamuno bir sıra romanlar, hekayə və şeirlər müəllifidir. Onun "Sülh və müharibə”, "Velaskesin İsası”, "Duman”, "Ölümün aynası”, "Tula xala”, "Sevgi və pedaqogika” əsərləri xüsusi ilə məşhurdur.



Velaskesin İsası

                   İspan rəssamı Dieqo Velaskesin
                      "Çarmıxdakı Məsih” rəsminə ithaf

 
Nə düşünürsən, ölmüş İsam mənim?
Nazaretli, niyə gecənin qaranlığı
sənə duaçı olub
gur saçlar kimi alnına düşür?
Hardadı? Səndədi Tanrının Səltənəti.
Hardadı? Səndədi ruhlara can verən
əbədi günəşin şəfəqləri.
Ayna kimidi ağ bədənin
işığın atasıdı, günəşə can verəndi;
bizim yorğun, avara yer kürəsinin –
anasının başına dolanan,
dolana-dolana canından olan
parlaq ay kimidi ağ bədənin.
Nazaretli, qara pərdəyə bürünən gecə
sənə təşəkkürdür qara saçların təki,
bu gecənin səmasına asudədi,
mayasız çörək kimidi ağ bədənin.
İsa, təkcə sənə –
seçilmiş insana qismət oldu
məğlubiyyətlərin ən böyüyü.
Həyat ölümü yendi
sənə görə ucaldı zirvəyə.
Elə o vaxtdan
bizə həyat verdi sənin bu ölümün
sənə görə ölüm oldu anamız
sənə görə şirinləşdi,
kədər dolu bu həyat;
sənə görə
ölənlər ölümsüz oldu –
qaranlıq gecədə ağ ay kimi
Bu, yuxudaydı, İsa,
yaşamaq və şam kimi yanmaqdı ölüm.
Yer kürəsi yuxudaydı,
Ağappaq aya bənzər, İnsan şamı çarmıxdaydı
hamı yuxudaydı:
əriyirdi qan axmadan İnsan şamı –
əriyirdi zülmət gecədə ay kimi ağ İnsan.
Əriyən İnsan verdi öz qanını
çünki tanıyırdı hamını –
tanıyırdı bütün insanları.
Sən xilas etdin ölümü.
Qucaq açdın zülmət gecəyə
çünki həyat günəşi
alov saçan gözləriylə baxdı sənə,
qaralmış gecədə
belə gözəl günəş yaratdı.
Və gözəldi tənha ay,
ulduzlu gecədə ağappaq ay,
nazaretli, sanki qara təşəkkürdür
gur, qara saçların.
Çarmıxdakı İnsan,
ağ ay kimidir bədənin
həyatın günəşdə
heç vaxt ölməyən əksidir.
Xilaskar, şimşəklər közərtilərindi sənin
bu dünyada bizə bələdçi olur
əbədiyyət gününə qədər
güc verir, qanad verir ümidlərimizə.
Ah, bu gözəl gecə –
şirin yuxuların anası,
ah, bu gözəl gecə,
ümidlərin anası
qara ruhlar gecəsi,
şəfqət bacısısan
ümidləri xilas edən İsanın!
 
 

 
Kastiliya

 
Kastiliya torpağı,
məni sən böyütdün
qabarlı əllərinin içində.
Sevirəm səni
məni göylərə qaldıran,
həyat verən göy üzü.
 
Quruyub cadar-cadar olan torpaq,
güclü əllərin, geniş ürəklərin anası,
səndədir ötən günlərin unudulmazlığı
dadı, ləzzəti.
 
Göylərin yaşıl çəmənliklə görüşdüyü yer
çılpaq tarlalar dövrələyib səni,
səndədi günəşin beşiyi də, məzarı da
səndədi müqəddəs ziyəratgah.
 
Dörd yanımı zirvələr bürüyüb
bürüyüb sanki –
zirvədə hiss eləyirəm özümü
doyunca nəfəs alıram tər-təmiz havadan –
ordadı sənin səma düzənliklərin.
 
Kastiliya torpağı,
nəhəng bir səcdəgahsan,
əngin göylərinə qalxır sözlərim mənim
sənə layiqdirsə torpağına düşsün –
düşüb də ucalsın nəğmələrim.
 

 
 
Yat, mənim ruhum

 
Yat, ruhum mənim
yat və dincəl,
yat öz köhnə beşiyində,
ümidlə yat;
yat!
 
Bax, gecənin günəşi –
sübhün atası
dünyanın altından
yuxuda keçir;
yat!
 
Heç nədən qorxma
yat, ruhum mənim
elə bil öz evindəsən;
rahat yat,
yat!
 
 
Açıq qalmış yaxandan
yuxun axır, süzülür,
yorğunsan, bilirəm
başını əy sinənə;
yat!
 
Həyatın əzablarından
yorğunsan,
dərdi burax öz ayağına
qoy getsin, gedəcək;
yat!
 
Tanrı öz əlləriylə
həm yaradır, həm öldürür –
sənin rahat, kasıb beşiyin
rahatdır,
yat!
 
"Əgər bu yuxudan
heç vaxt oyanmasam...”
Tənhalıq dərdin
yatanda keçəcək –
yat!
 
 
"Ah, nə şirindir yuxu
Heç nə hiss eləmirəm...”
Yat, bu yuxu
şəfa yuxusudur;
yat!
 
"Titrəyirəm, sübh yuxusundan əvvəl,
əbədi titrəyişlə...”
Yat, kədərlənmə,
çünki sabah var;
yat!
 
 
Yat, ruhum mənim, yat
söküləcək dan yeri,
yat, ruhum mənim, yat
açılacaq səhər;
yat!
 
Artıq yatmısan, beşikdəsən
ümidlə yatmısan...
Mən də yatmışam, kədər içində...
Səhər açılıbmı?
Yatmışammı görəsən?
 
İspan dilindən tərcümə edən: Səxavət Sahil

/artkaspi.az/

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.