Rəşad Məcid: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”
19.01.18

“525-Cİ QƏZET”İN BAŞ REDAKTORU CÜMHURİYYƏT LİDERLƏRİNİN NƏŞİNİN ÖLKƏMİZƏ GƏTİRİLƏRƏK HƏMİN BAĞDA DƏFN OLUNMASINI VƏ XATİRƏ ABİDƏSİNİN UCALDILMASINI TƏKLİF EDİR

“Azərbaycan Prezidenti cənab İlham Əliyev keçən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb, 2018-ci ili isə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bununla bağlı bütün dövlət müəssisələri, ictimai təşkilatlar silsilə tədbirlər həyata keçirir, Cümhuriyyətimizin 100 illiyinə öz töhfələrini verməyə çalışırlar”.

Bu sözləri “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib. Baş redaktor bildirib ki, “525-ci qəzet” uzun illərdən bəri həm Cümhuriyyət dövrü materiallarını dərc edib, həm də yeni araşdırma yazıları, tədqiqat işlərini işıqlandırıb: “Cümhuriyyət dövrü ilə bağlı görkəmli tədqiqatçı, professor Şirməmməd Hüseynov, professor Vilayət Quliyev və başqalarının silsilə yazıları ilk dəfə məhz “525-ci qəzet”də işıq üzü görüb”.

R.Məcid Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar paytaxt Bakının mərkəzində yerləşən “Sahil” bağının “Cümhuriyyət” bağı adlandırılmasını təklif edib: “Vaxtilə həmin bağda basdırılan 26 Bakı komissarının Azərbaycan xalqının yaddaşından silinməsi, “Sahil” bağının yeni məna kəsb etməsi üçün oranın “Cümhuriyyət” bağı adlandırılması daha məqbul olardı. Zənnimcə, Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin nəşinin vətənə gətirilərək həmin bağda dəfn edilməsi, xatirə abidəsinin ucaldılması Cümhuriyyətin 100 illiyinə Azərbaycan dövləti və xalqının ən anlamlı, ən layiqli hədiyyəsi sayıla bilər”. /525.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.