Anarın Türkiyədə yeni kitabı nəşr edilib.
17.01.18

Bugünlərdə Xalq yazıçısı Anarın Türkiyədə yeni kitabı nəşr edilib.
 
Yazıçının 80 illik yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən "Türk dünyası ədəbiyyatı seriyası"ndan çap olunan ikinci kitabdır.
 
"İyi padişahın masalı" adlanan kitabı türkiyəli tərcüməçi, yazar İmdat Avşarla yazıçı-publisist və ədəbiyyatşünas Pərvin hazırlayıb. Kitabda Anarın "Yaxşı padşahın nağılı" hekayəsinin Azərbaycan, türk, türkmən, qaqauz, krım-tatar, qırğız, qazax, özbək, başqırd, rus və fars dillərində tərcümələri yer alıb. Kitaba İmdat Avşar və Pərvin ön söz yazıblar.

Kitabın tərtibatçılarından olan və hekayəni Türkiyə türkcəsinə çevirən İmdat Avşar yazdığı "Ön söz"də uzun müddət türk xalqlarını öz hakimiyyəti altında saxlayan SSRİ-nin despotizmindən, şair və yazıçıların bu rejimə qarşı gizli və aşkar mübarizəsindən, sözügedən hekayənin də bu mübarizənin bir parçası olmasından və kitabın yaranma ideyasından söz açır: "Əlinizdəki kitabda yer alan və bir çox Türk ləhcələrinə çevirilən "Yaxşı padşahın nağılı" adlı hekayənin müəllifi Anar  ömrünün 53 ilini Sovet rejimi içərisində yaşamış görkəmli bir türk yazıçısıdır. Anar, eyni zamanda, Çarlıq dövrünü, müstəqil Azərbaycan Cümhuriyyətini və Sovetlər birliyini görən, bu dövrlərin bütün ağrı və acılarını yaşayan Azərbaycan Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin oğludur... Əsərdə yer alan "padşah", "vəzir", "şair", "aşçı", "faytonçu", "padşahın arvadı", "vəzirin qızı", "fərman", "həbsxana" kimi metaforalar dünyəvidir... Padşahla vəzirlər, padşahla "həqiqi şair" arasındakı münasibətlər, bu münasibətlər əsnasındakı yaltaqlıqlar və bunun nəticəsində dəyişən vəzifə və statuslar (həbsxana da daxil!) əslində, çağdaş cəmiyyətimizin də problemlərindəndir və hətta gələcək toplumların da təməl məsələlərindən biri olacaqdır".

Xalq yazıçısı Anarın hələ 2012-ci ildə "IV Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi"ndə "Türk Dünyasında İlin Ədəbiyyat Adamı" seçildiyini xatırladan İ.Avşar hələ o dövrdə bu ada layiq görülən yazıçının ən az bir əsərinin türk ləhcələrinə çevrilməsi qərarı alındığını da qeyd edir. Koordinatorluğunu öz üstünə götürdüyü bu işin altı il gecikməylə olsa belə, yazıçının 80 illik yubileyi ərəfəsində çap olunmasından məmnunluğunu isə tərcüməçi xüsusilə vurğulayır.

Kitabda ön söz əvəzi yer alan ikinci yazı Pərvinin "Yaxşı padşahlar haqda" adlı məqaləsidir. O, burada müəllifin hekayədəki incə yumorundan, oxucunu güldürə-güldürə düşündürmək bacarığından söz açır: "Yaxşı padşahın nağılı" əsərinin nağıl, folklor üslubunda yazılması təsadüfi deyil. Yazıçı "yaxşı padşah" adı altında simvollaşdırdığı, sarkazmla, kinayə ilə təsvir etdiyi "qəhrəmanı"nın bütün "yaxşılıqlarından", yəni birbaşa yozsaq - əzazilliyindən, savadsızlığından, ədalətsizliyindən danışır. Ustadı Mirzə Cəlilin güldürərək düşündürmək, ağrılardan, problemlərdən gülə-gülə danışmaq priyomundan istifadə edən Anar bu əsərində də hər şeyi incə yumoruyla təsvir edir".

Hekayədən gətirdiyi sitatlarla fikrini daha da qüvvətləndirən Pərvinin fikrincə, əsər totalitar sovet rejiminin bütün yazılı və yazılmamış qanunlarını dəqiqliyi ilə göstərir".

Hekayəni müxtəlif türk dillərinə İmdat Avşar, Maya Samizadə, Şahinə İbrahimova, İbrahim Türkxan, Feyruzə Qəribova, Leniyara Səlim, Seyran Süleyman, Ergali Erbosınov, Güllü Qərənfil və başqaları çeviriblər. /525.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.