Qanundan yeni kitablar
07.12.17

Qanun Nəşrlər Evində yeni kitablar işıq üzü görüb. Bunlar “Farengeyt 451” əfsanəsinin müəllifi Rey Bredberinin “Mars Xroniklaları”, Klassiklər seriyasından Çarlz Dikkensin “İki şəhərin hekayəsi”, Prosper Merimenin “IX Karlın hakimiyyət tarixçəsi”, Dünya Uşaq Ədəbiyyatı seriyasından Artur Konan Doylun “İtmiş Dünya” adlı kitablarıdır.

“Farengeyt 451” müəllifindən yeni kitab!
QİYMƏT: 6.99 AZN
MARS XRONİKALARI – Rey Bredberi


Marsı – bu əcaib dəyişkən dünyanı, sirli, ələkeçməz sakinləri olan və Adəm övladına o qədər də xoş münasibət bəsləməyən planeti fəth etmək istəyirsiniz? Buyurun. Amma peşmançılıq və sıxıntı dolu qədəhi də başınıza çəkməyə hazır olun, çünki köksünüzdə həmişə yaşıl Yer planetinin yeri göynəyəcək.
Rey Bredberinin Mars hekayətləri dünya ədəbiyyatının qızıl fonduna daxil olan klassik romandır.

Tərcümə Kifayət Haqverdiyevaya  məxsusdur.



Fransa haqda bir İngiltərə klassiki!
QİYMƏT: 9.99 AZN
İKİ ŞƏHƏRİN HEKAYƏTİ – Çarlz Dikkens


Çarlz Dikkensin “İki şəhərin hekayəti” əsəri ingilisdilli ədəbiy­yatda populyar romanlardan biri hesab olunur. Elə təkcə ingilis dilində bu roman 200 milyon tirajla çap olunub.
Əsərin əsas qəhrəmanları Lüsi Manett və Çarlz Darney iki düş­mən ailənin gəncləridi. Bu düşmənçilik ona gətirib çıxarır ki, Lüsi­nin atası doktor Manett iyirmi il həbsxanada yatır və nəticədə ağlını itirir. Təsadüf elə gətirir ki, Lüsi ilə Çarlz tanış olub bir-birini sevir, evlənirlər.
Həmin vaxt Böyük Fransız İnqilabı yetişmək üzrəydi. 1789-cu ildə Bastiliyanın alınmasıyla inqilab başladı. Fransa qan gölündə üzürdü; inqilab qurban tələb edirdi. Həmin qurbanlardan biri də Çarlz Darney olmalıydı və iş elə gətirdi ki, Çarlz Darney inqilabçıların əlinə keçdi. Artıq sağalıb ağlı başına gəlmiş doktor Manett, Lüsi, ailənin yaxın dostu, qoca bank işçisi mister Lorri gənc Çarlzı xilas etmək üçün əllərindən gələni edirlər. Lakin heç bir nəticə alınmır. Bu yerdə  istedadlı vəkil, Lüsini hədsiz dərəcədə sevən, lakin onunla evlənə bilməyən vəkil Sidni Karton işə qarışır. Karton bu işə qarışmaya da bilərdi, lakin qarışdı və öz həyatı bahasına Lüsinin həyat yoldaşını ölümdən xilas etdi...
Dramatik hadisələrlə dolu, çox maraqlı bir əsər olan “İki şəhərin hekayəti” romanı Azərbaycan dilində ilk dəfə çap olunur.

Tərcümə Ramiz Abbaslıya  məxsusdur.



Tarixi roman həvəskərları üçün yenilik!
QİYMƏT: 7.99 AZN
IX KARLIN HAKİMİYYƏTİ TARİXÇƏSİ – Prosper Merime


Bu kitab məşhur novella ustası Prosper Merimenin yeganə tarixi romanıdır. Roman Fransa tarixinə qanla yazılmış XVI əsrdə baş verən dini-vətəndaş müharibəsindən bəhs edir. Əsərin qəhrəmanı tarixi dövrdür, vətəndaş müharibəsinin hələ də sönməyən alovları, insanı qardaş qatilinə çevirən bir dövr; surətlər isə cəmiyyət adlanan toplunun ayrı-ayrı iştirakçılarıdır.
Əsərin süjet xətti bu dövrə təsadüf edən, Bernar Merjinin başına gələn sərgüzəştlərdən ibarətdir. Zəmanəsinin qurbanı olan müsbət və gənc qəhrəman Bernar amansız döyüş zamanı özü də bilmədən sevimli qardaşının qatilinə çevrilir.
Macəralarla dolu roman oxucunu Fransa cəmiyyətində baş verən hadisələrin müşahidəçisi və xəyali iştirakçısı edir.

Tərcümə Aliyə Məstəliyevaya  məxsusdur.



Professor Çellencerlə tanışlıq...
QİYMƏT: 4.99 AZN
İTMİŞ DÜNYA – Artur Konan Doyl


“İtmiş dünya” romanı ingilis yazıçısı Artur Konan Doylun professor Çellencer silsiləsindən olan ilk əsəridir. Romanda britaniyalı ekspedisiya üzvlərinin Cənubi Amerikaya qeyri-adi səyahətindən bəhs olunur.
Sıldırım qayalıqların arxasına sığınan yaylada professor Çellencer ekspedisiya yoldaşları professor Sammerli, lord Con Rokston və müxbir Melounla birlikdə dinozavrlarla, qeyri-adi canlılarla, insanabənzər meymunlar və ibtidai insanları xatırladan xalqla üz-üzə durub. Bura – “itmiş dünya”dır və bu dünyanın öz qanunları var.
Görəsən, vətəndən ayrı düşən, geri qayıtmağa bütün yolları bağlanan ekspedisiya üzvləri bu qədər çətinlik və təhlükə qarşısında duruş gətirib Britaniyaya dönə biləcəkrmi?!

Tərcümə Natiq Səfərov və Əyyub Qiyasa  məxsusdur.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.